Iudaizm dini haqda

İudaizm (qədim yəhudi dilində “yaradut”) – yəhudi xalqının milli dinidir. Bizim eradan əvvəl II minillikdə (Şimali Ərəbistanın köçəri yəhudi tayfalarının siyasi inancları və adətləri əsasında) yaranıb. Bizim eradan əvvəl XIII əsrdə onlar Fələstini işğal edir (Xanaan), yerli kultların dini təsəvvürlərini özünə hopdurur. İudaizmin yaranmasına İudlar tayfası (ad da buradandır) xüsusi təsir edir. Onların Yaxve allahına kultları (sitayişləri) var. Sonralar Yaxve tək allah olur. Hökmdar David İud nəslindən idi (bizim eradan əvvəl XI əsrin sonu-bizim eradan əvvəl təxminən 977-ci il) və onun dövründə İsrail-İudey çarlığı gücləndi ki, bu da indey nəslinin üstün vəziyyətini (mövqeyini) təmin etdi. İudaizmdə inanc təlimi və kult elementləri erkən formalaşır.
Davamı →

Yəhudilik

Yəhudilər İbranilərin nəslindəndilər. Bu nəsil Ərəblər, Assuriyalılar və Yaxın Şərq regionunda olan bir neçə başqa xalqla müştə- rək kökə malikdir. Bu xalqların dili, ədəbiyyatı, mədəniyyəti, adət- ənənələri və dini etiqadları o qədər bir-birinnə yaxındır ki, alimlər bütün bu xalqların özəyinin bir qövmə, yəni Sam qövmünə çatması qənaətinə gəliblər. Bu xalqalrın hər birisinin mədəniyyəti sahəsində tədqiqat və araşdırma aparmaq üçün digər Sam xalqlarının da mədə- niyyətinə nəzər salmaq lazımdır. Məsələn; əgər biz Ərəb ədəbiyyatı barədə araşdırma işləri aparmaq istəsək İbrani, Süryani və Həbəşi dilləri sahəsində də tədqiqat və mütaliə işləri aparmaqla daha böyük nailiyyətlər əldə etmiş olarıq.
İbrani xalqının tarixi keçmişi barəsində dəqiq məlumatımız yoxdur. Bəzi alimlərin nəzərincə “İbrani” adını Kənan əhli Həzrət İbrahi- min (ə) Kənan ərazilərinə daxil olmasından sonra onu İbrani adlan- dırmağa başlamışlar.1 Bu ad onun bütün ailəsi üzərində qaldı, çünki İbrani çaydan keçmək mənasını verir. Yəni onların nəzərincə Həzrət İbrahim (ə) Fərat çayından keçərək Kənana daxil olmuşdur.
Davamı →

Magen David (Davudun ulduzu)

Magen DavidƏfsanəyə görə, «Goliat» adlı nəhəngə qarşı döyüşərkən, kiçik Davidi(Davudu) qoruyan qalxanın üzərində  altıbucaqlı bir simvol vardı. Bu simvol bəlkə də şəklini David adının İvritcədəki yazılışına borcludur. David ivrit dilində üç hərflə: «Dalet-vav — Dalet» hərfləriylə yazılır. Çox köhnə İvrit  əlifbasında isə Dalet hərfi Yunan əlifbasındakı «Delta» ya bənzəyən kiçik bir üçbucaq şəklində yazılırdı.İki «Dalet» in birləşməsi, yəni iki üçbucağın altıbucaqlı bir ulduz şəklində çəkilməsi Kral Davidin adını təmsil edirdi. Bu şəklin Kral Davidin monogramı olması məntiqli bir fərziyyədir.

İvrit dilində «Magen» sözü, müdafiə mənasındakı «Lehagen / Hagana» sözü ilə eyni kökə malikdir və «müdafiəçi, qoruyucu» mənasını daşıyır. Magen, ayrıca, qoruyucu bir alət olan qalxana verilən addır. Buna görə, Magen David, «Davidin qalxanı, Davidin qoruyucusu» deməkdir.
 Digər bir əfsanəyə görə, Goliyat'ın qalxanını böyük bir ulduz bəzəyirdi. Gənc David, bu nəhəngi öldürdükdən sonra, qalxanına sahib olur və ulduzu da Tanrıya sığınmanın bir simvolu olaraq qəbul edir.
Ardı →

Yəhudi mərasimləri

Sinaqoq
Yəhudi icmasının dini və ictimai həyatının mərkəzi sina­qoqadır (synagoge yun. toplantı deməkdir). Onun mövcudluğu haqqında ilk məlumatlar e.ə. III əsrə aiddir.
Qədim zamanlarda yəhudilərin yeganə ibadət yeri hər gün ibadətlər edilən və din xadimlərinin qurban kəsdiyi Qüds məbədi idi. Məbəd dua və moizə üçün məkan rolunda çıxış edirdi; həmçinin orada dindarlar Əhdi-ətiqi öyrənir və Yəhudi qanunlarına müvafiq olaraq necə hərəkət etmək barədə izahatlar alırdılar. E.ə. IV əsrdə Babil çarı Navuxodonosor məbədi dağıtmış, yəhudi əhalisinin xeyli hissəsi zorla Babilə apa­rılmışdı.
Vətənindən ayrı düşmüş və məbəd qurbanları icra etməkdən məhrum olan sürgün edilmiş yəhudilər əsas diqqəti ibadətə və Əhdi-ətiqin öyrənilməsinə yönəltdilər. Onlar ibadət toplantılarını keçirirdi; belə toplantı məkanları «sinaqoqa» adını aldılar.
Davamı →