İynə udduqda orqanizmdə nə baş berir?

Əgər kimsə iynə udubsa, o zaman onu təbii ki, təcili olaraq rentgenə aparmaq lazımdır. İynə udan şəxsin uşaqdır ya böyük. Əgər imkan varsa həmin dəqiqə həkimə tələsin. İynənin özünün bədəndən çıxmasını gözləməyin, çünki bu, pis fəsadlara səbəb ola bilər. 

Əgər yaxınlıqda həkim yoxdursa və ya həkimə getmək imkanınız yoxdursa o zaman kömək gələnə qədər bir sıra variantları nəzərdən keçirin. Belə olan halda "ölümcül” iynənin bədənə ziyan vurmaması üçün immuniteti minimuma endirmək tələb olunur. Həmçinin də kəskin hərəkətlər və əyilmək də qadağan olunur. Bundan əlavə zərərçəkəni qəsdən qusdurmaq, döş qəfəsinə vurmaq, qarnına basmaq qətiyyən olmaz. Həmçinin əgər iynəni uşaq udubsa, onu tərs çevirərək silkələmək qəti qadağandır.
Davamı →

Qılınca qalxanımız var, bəs iynəyə?

Agalar MəmmədovQılınca qalxanım var, iynəyə yoxdu.
Adamı iynələyə-iynələyə öldürmək olar. Adamı iynə-iynə, incə-incə, sanca-sanca məhv etmək olar.
Adama iynə ilə gor qazmaq olar, quyu qazmaq olar.
“İynə ilə gor qazmaq”ın mənası xəlbirlə su daşımaq kimi boşa gedən nəticəsiz əməklə məşğul olmaq deyil. İynə ilə gor qazmaq başqasına ölümü iynə-iynə hazırlamaqdır. İynə ilə gor qazmaq cəza deyil, xəyanətdi.
“Torba tikən” alət olub iynə həmişə. Quyu qazmamışdan qabaq tor, tələ hörüb iynə. Biz bəzən sözlərimizlə iynələrik, bəzən baxışlarımızla, bəzən incə bir hərəkətimizlə. İynə kimi göz “ucu” ilə baxar, iynələrik, ağız “ucu” ilə dindirər, iynələrik. “Sümüksüz”, “tikansız” adam olmaq iynəsiz olmaqdır.
(Qədim insan iynəni ilk dəfə balıq sümüyündən, tikandan düzəldib.) İynə oxdan qədimdi.
“İynə-iynə, ucu düymə, yarıl-yırtıl, su iç qurtul”. İynələnmiş adamın acığından partlamasına təsəllidi bu. Yəni, di dur, atıl-düş, su iç, acığın ötsün, deyir. Çünki iynə elə batırır ki, uda da bilmirsən, unuda da,
dillənə də.
Biz də iynəyə çatmaz, çuvalduz da, ox da. “İynənin işini çuvalduz görməz” deyiblər. “İynə saplamaq” iynəyə sap keçirmək deyil, əksinə, iynəni kiminsə qəlbinə saplamaqdır.
Ardı →