Körpəni qucağa almaq lazımdırmı?

Körpənin qucağa alınmasıyla əlaqədar fərqli fikirlərin olması ana namizədlərini çaşdıra bilər. Bəzi fikirlərə görə körpə mümkün qədər  az qucağa alınmalıdır  ki, qucağa öyrəşməsin və ana rahat olsun. Bəzi yanaşmalar isə bunun tam tərsini, analara körpələri hələ ana qarınındaymış kimi uzun zaman demək olar ki, yapışıq bir həyat keçirməsini təklif edir. 

Körpə ananın qarınına düşdüyündən etibarən (bəlkə də çox daha əvvəl) ananın zehinində bir yerə sahib olmağa başlayır. Bu «yer» ananın öz psixoloji vəziyyəti, bir körpə sahibi olmaqla əlaqədar duyğuları, hazırlığı, öz uşaqlığı və böyüdülmə tərzi ilə, öz ana atası, həmçinin yoldaşı ilə əlaqəsinə əsasən müəyyən edilir. Ananın özü bir körpə sahibi olmaq mövzusunda nə qədər qayğıdan uzaqdırsa, yoldaşıyla birlikdə nə qədər mehriban münasibətdədirsə, ayrıca öz uşaqlıq dövrü ilə əlaqədar emosional qarşıdurmaları nə qədər azdırsa, körpəsinin də sakit olma ehtimalı bir o  qədər yüksəkdir. Ana özünü rahat və dinc hiss edirsə, körpənin ehtiyaclarını qarşılamaq mövzusunda daha uğurlu olacaq. Ehtiyacları qarşılanan körpə daha dinc və sakit olacaq. Körpə üçün əvvəllər çox yeni və aydın olmayan, bəlkə də təhlükəli kimi görünən dünya, ananın qayğısı və sevgisi sayəsində yavaş yavaş etibarlı bir yerə çevrilməyə başlayır. Beləcə  güvən duyğusu yaranır. Güvən duyğusu inkişaf etdikcə və körpə sakitləşdikcə, başlanğıcda bəlkə də davamlı qucaqda olmaq  istəyən körpə artıq daha çox ayrı qala bilir. Çünki artıq bilir ki, yenidən nəyəsə ehtiyacı olduğunda ana ehtiyacını qarşılamaq üçün yanında olacaq.


Ardı →