Övladlarımızı ev qəzalarından qoruyaq

Uşaqların böyük bir qismi böyükləri təqlid etməyi istədikləri üçün, mütəmadi olaraq hərəkətdə olduqlarından və mühiti kəşf edərək öyrənməyə çalışdıqları üçün bir çox qəzalarla qarşılaşırlar.
Bəziləri isə diqqətsiz, ani bir hərəkət səbəbindən bir sıra kiçik qəzalar baş verir. Uşaqlarda tez-tez qarşılaşan ev qəzaları  televizorun düşməsi, dərman və kimyəvi maddələrlə zəhərlənməsi, qaynar su tökülməsi, elektrik vurması, pəncərə, balkon, nərdivandan düşmələridir.

Davamı →

Ailəyə yeni körpə gəlir

Cütlüklərin iki nəfərlik ailə həyatına yeni bir körpənin gəlişi xəbəri ana və ata olacaq bütün şəxslərdə qarışıq hisslər doğuran bir durumdur. Bu planlı və ya plansız olsa da, belədir.
Körpə sahibi olacaq cütlüklərin ən böyük qayğısı nədir?
Cütlüklərin iki nəfərlik ailə həyatına yeni bir körpənin gəlişi xəbəri ana və ata olacaq bütün şəxslərdə qarışıq hislər doğuran bir durumdur. Bu planlı və ya plansız olsa da, belədir. Xoşbəxtlik, həyəcan və qayğı, bəlkə də, bu duyğuların arasında ən çox büruzə verilən hisslərdir. Bu xəbəri eşidən andan başlayaraq insanın beynində dolaşan sual isə “Yaxşı valideyn ola biləcəyikmi?” olur.
Davamı →

Bir aylıq körpə

Qucağa almaqmı almamaqmı?
Adətən analara uşağı qucağa almamasını, əks halda qucağa öyrəşəcəyini deyirlər. Amma yenidoğulmuş uşağın rahatlığı onu tərbiyə etməkdən daha önəmlidir. Körpəyə sevginizi göstərin ki xoşbəxt böyüyə bilsin. Onu qucağınıza aldıqda sizin iyinizi, səsinizi tanıdığı üçün ağlamasını dayandırıb sakitləşəcəkdir. Üstəlik bunun müvəqqəti olduğunu unutmayın, bir müddət sonra sizdən uzaqlaşacaq, böyüdüyü zaman qucaq istəyi olmayacaq. Körpəliyinin dadını çıxarın…

1 aylıq körpənin refleksləri
Yenidoğulmuşların doğuşdan sahib olduqları bir sıra refleksləri vardır. Məsələn əmmə, axtarma refleksi- yanağına və ya dodağının kənarına əlinizi və ya əmziyi toxundurduqda başını və ağzını həmin tərəfə çevirir. Və ya addımlama refleksi və ya el arasında buna dirəşmə də deyirlər – uşağın qoltuqaltından tutub havaya qaldırdıqda yeriyirmiş kimi edəcəkdir, sərt müstəviyə qoyduqda isə ayaqlarını yerə dirəyir.
Davamı →

Anasız qalmaq uşağın beyin funksiyalarını necə dəyişir?

Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir. İndiana və Purdue Universiteti alimləri bununla bağlı araşdırma aparıb.

Alimlərin siçanlar üzərində tətbiq etdiyi araşdırma zamanı bəlli olub ki, həyatlarının ilk vaxtlarından analarından uzaq qalmaları onlarda travma yaradır. Heyvanların sonrakı dövrlərdə isə beyin funksiyalarının dəyişdiyi müşahidə edilib.
Davamı →

Gecə əmizdirilmələrinin dayandırılması

Gecə tez-tez süd əmmək, yüksək tələbatlı körpələr üçün səciyyəvidir. Bunu, sevimli bir restoranda yeməyə bənzətmək olar. Sakit abu-hava, zövqünüzə yaxşı bələd olan ofisiant, ləzzətli yeməklər və effektiv menecment. Həyat gözəldir! Heç gecə qurmanından incimək olarmı?

Bu problemin həlli yolunu axtarmazdan əvvəl, özünüzdən sual verin, həqiqətənmi gecə əmizdirmələri problemdir? Bu dövr öz-özünə keçib gedəcəkdir. Bir gün, tezliklə, körpəniz daha bütün gecəni süd əmməyəcək və hər ikiniz səhərə qədər yatacaqsınız.
Davamı →

Uşağın dırnağı necə kəsilməlidir?

Körpə uşağın dırnağını kəsmək bir çox anaların qayğılarından biridir. Dərinin kəsilməsi, dırnağın az və ya çox kəsilməsi, körpəni incidib-incitməməsi, dırnağın arasında mikrob qalıb-qalmaması anaları narahat edir. Üstəlik, uşağın da əlini sakit saxlamaması bəzən anaya mane olur. Uşağın dırnağını kəsərkən bəzi incə məqamları diqqətdə saxlamaq lazımdır. 

— Dırnaq kəsmə əməliyyatına başlamazdan əvvəl ilk növbədə körpəyə uyğun dırnaq qayçısı seçməlisiniz.
Davamı →

Körpəyə qulluq zamanı 10 mühüm qayda

Yeni doğulan körpəyə qulluq zamanı ilk 6 ay daha çox əhəmiyyətlidir. Uşağı qucaqda düzgün tutmaqdan yuxu nizamı, əmizdirmə, qazının çıxarılması kimi bir çox əhəmiyyətli məqamlar var.

Körpəni tutarkən diqqətli olun
Yeni doğulan körpələrin əzələləri hələ inkişaf etmədiyi üçün qucağınıza alarkən diqqət etməlisiniz. Xüsusilə boyun hissəsi yumşaq olduğu üçün bir əlinizlə boynundan tutmalısınız. Beşikdən götürərkən və yatırarkən də körpəni boynundan tutmağı unutmayın. Tutarkən çox sıxmamağa çalışın. Əks təqdirdə beyninə zərər verə bilərsiniz.

Əmizdirərkən körpəni uyğun mövqedə tutun
Ana südü sağlamlıq baxımından olduqca faydalıdır. Körpənin immunitet sistemini gücləndirir. Əmizdirərkən körpənin südə rahat çata bilməsinə diqqət edin. İlk zamanlar bunun təmin edilməsi sizin üzərinizə düşür. Bunun üçün əvvəlcə körpəni sinənizə doğru gətirin. Ac olduğu üçün bəlkə ağzını açacaq, açıq ağzını döşlərin ucuna yerləşdirin. Boynundan dəstəkləyərək daha rahat formada əmməsinə şərait yaradın. Körpənin iki döşünüzü də ən az 10 dəqiqə əmməsinə icazə verin.
Davamı →

Körpəni qucağa götürmək faydalıdır

Yeni araşdırmalara əsasən daha çox qucaqda olan körpələr böyüdükdə daha sağlam, daha məhsuldar, daha anlayışlı, mehriban və daha az depressiyaya meylli olurlar. Darcia Narvaez araşdırması əsasında 600 böyük adamı müşahidə etmişdir. Müşahidələrə əsasən məlum olmuşdur ki, körpəlikdə daha çox qucaqlananlar böyüdükdə daha sağlam psixikaya malik olaraq, daha az psixoloji narahatlıqlar keçirirlər. Həmçinin bu insanlar stresin öhdəsindən daha yaxşı gəlirlər. 

“Qucaqlamaq fərq edir” deyən həkimlər, bu araşdırmadan sonra köhnə yanaşma olan ” qucağa öyrəşdirmə” anlayışının tamamilə süquta yetdiyini qeyd edirlər. Qucağa götürməklə körpənizin tərbiyəsini korlaya bilməzsiniz, əksinə ağlayan və mızıldayan körpə hər istəyində qucağa götürülməlidir.
Davamı →