Küncüt yağının faydaları

Küncüt daha çox Hindistanda bitir. Arxeoloqlar qədim məskənlərdə ilk küncüt yağının qalıqlarını tapıblar.
Bu gün küncütün mədəni sortları Asiya, Afrika və Amerikada yetişdirilir. Dünyada küncütü ən çox idxal edib, yeyən Yaponiya və Çindir. Yağı isə bütün Yaxın Şərqdə istifadə edilir.
Küncüt yağı bitkinin ağ və qara toxumlarından alınır. Qovrulmuş toxumlarından soyuq sıxılma üsulu ilə çıxarılır. Ən keyfiyyətlisi qara küncütdən alınan hesab olunur.
Bu yağda yarıdoymuş yağ turşuları və mikroelementlər var. Bu məhsulda sezamolin və sezamin adlı antioksidant da vardır ki, hüceyrələri sərbəst radikallardan qoruyur, E vitamininin təsirini artırır.
Şərqdə küncüt yağından yanıqlarda, bağırsaq imaləsində, bədənin təmizlənməsində, masaj və üzə qulluqda istifadə olunur.

Davamı →

Küncüt haqqında

Küncütün faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.
 
Belə ki, qədimdə küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. Küncüt qadın və kişi cinsiyyət sistemləri üçün həqiqətən çox faydalıdır. Bu bitki güclü afrodiziakdır (cinsi həvəsi artıran məhsul), həmçinin onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.
 
Küncüt qanda «pis» xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.
Davamı →

Küncüt

Küncütün vətəni Cənubi Afrikadır. Lakin bu faydalı müalicəvi bitki qədim zamanlardan bir çox Şərq ölkələrində, Hindistanda da geniş istifadə olunur. Küncüt dünyada tək mətbəxtə deyil, tibdə və kosmetologiyada da istifadə olunur.

Küncütün bir çox faydalı xüsusiyyətləri var:
— Bu bitkinin tərkibində güclü antioksidant olan «sezamin» maddəsi var ki, bu maddə bir çox xəstəliklərin, o cümlədən şiş xəstəliklərinin profilaktikasında istifadə olunur, «pis» xolesterolun səviyyəsini aşağı salır.
Davamı →