Kəmərlər

Kişi kəmərini necə seçmək lazım olduğu barədə hər şeyi bilməlisiniz. Üstəlik, şalvarı kəmərsiz geyinmirlər, bu dəyişilməz bir qaydadır! Kişi kəmərlərinin tarixi uzun əsrlər boyu davam edir.

Qədim zamanlarda kəmərin(toqqanın) varlığı onun sahibinin sanballılığının və varlı olmasının göstəricisi idi. Kəmərlərin içində qəpik və qiymətli əşyaları saxlayırdılar. Cəngavər üçün kəmər şərəf və ləyaqət rəmzi idi. Onu itirmək böyük rüsvayçılıq sayılırdı.

Bu gün hər kişi asanlıqla öz zövgünə, büdcəsinə və geyim tərzinə uyğun kəmər seçə bilər. Beləliklə, gəlin kişi kəmərini necə düzgün seçmək və almaq, onu necə və nə ilə geyinmək və onu necə düzgün saxlamaq lazım olduğu barədə danışaq.
Davamı →

Kişi kəmərləri


Qayda 1: 
Düzgün seçilmiş kəmər üçüncü deşikdə bağlanmalıdı, kəmərin artıq qalan hissəsi şalvardakı kəmərin taxılması üçün birinci hissədən keçirilməlidir.

Qayda 2: Heç zaman kəmərdə əlavə deşik açmayın, əgər kəmərin ölçüsü uyğun gəlmirsə onda xüsusi bolt vasitəsi ilə tənzimləyin.

Qayda 3: Klassik kişi kəmərinin rəngi ayaqqabı və çantanın rənginə uyğun gəlməlidir.

Qayda 4: Kəmərin rənginin saatın qayışının rəngi ilə uyğun gəlməsi mütləq olmasa da, arzuolunandır.

Qayda 5: İş kostyumu üçün ciddi, heç bir artıq elementsiz kəmər seçmək lazımdı, gündəlik istifadə üçün isə enli və sizə rahat olan kəmər seçməyiniz məqsədəuyğundu.


Davamı →