Bakını niyə xaraba qoydular

Həmid Piriyevin hekayələrindəki razyana qoxusu çoxdan məni özünə çəkib, hələ Nərmin Kamal son müsahibəsində onun haqqında danışmamışdan, Seymur Baycan bu yaxında yazı yazmamışdan əvvəl.
Onun hekayələrini birinci dəfə oxuyanda Abşeronun, Bakı bağlarının havasını duymuşdum, qeyri-ixtiyari uşaqlığım yadıma düşmüşdü. Deyəsən, “Şaftalı çiçəkləri fəsli” adlanan həmin hekayəsini oxuyandan sonra Həmiddən müsahibə də götürmüşdüm.

Davamı →

Kənddə yaşayırsansa çalış xəstələnmə

Əgər sənin sağlamlığın təhlükədədirsə və təcili tibbi yardım tələb edirsə, o zaman müraciət edəcəyin ilk yer ya Təcili Tibbi Yardım xidməti, ya da ən yaxınlıqdakı tibb məntəqəsi olacaq. Azərbaycanda, paytaxt Bakıda bunu etmək və lazımi kömək almaq mümkündür. Düzdür, burada da bəzi çatışmayan cəhətlər var, amma yenə də şükür etmək lazımdır ki, adamı ölməyə qoymurlar. Regionlarda isə vəziyyət tamam başqadır. O qədər başqadır ki, insanı hətta Azərbaycanda Bakıdan başqa yaşayış məntəqəsinin olmadığına inanmağa vadar edir.
Bu günlərdə Oxfam təşkilatının təşkil etdiyi bir səfərdə iştirak etdim. Səfərdə bu təşkilatın Aran zonasında yaşayan müxtəlif icmalardakı insanlara etdikləri yardımlarla tanış oldum. Bu təşkilatın insanlarımız üçün etdikləri gözəldir, amma məni düşündürən başqa şey oldu. Əgər bu təşkilat olmasaydı, səfər etdiyim ərazilərdəki tibb məntəqələri nə vəziyyətdə olacaqdı? Ordakı insanlar təcili tibbi yardıma ehtiyacları olduqda nə edəcəkdilər?
Ardı →

Təndir başındakı söhbətlər | Alpay Azər

Utancaq idim, etiraz eliyə bilmirdim, yay tətili rayonda dincəlirdim deyə, nə nənəmə, nə də babama deyə bilmirdim ki, məni təndir çörəyi, lavaş almağa göndərməsinlər.
Birincisi, səhər gedib növbə tutmaq lazımıydı, ikincisi də, çörək bişib müştərilərə verilənə qədər isti təndirin qırağında oturub arvaddarın mənasız qeybətdərinə qulaq asmaq məni əsəbiləşdirirdi: onda ikinci sinifdə oxuyurdum, onnarın nə dediyini, nə istədiklərini başa düşmürdüm....
— Zülüüüüş! Ay Zülüüş!!! Canın yanmasın ay qız, harda qaldın?!!! Xamır qıjqırdı axıııı!!!
Təndirdə çörəyi bişirən Sahsənəm arvad iyirmi iki yaşlı ən kiçik qızı Zülfiyyəni çağırırdı.
Zülüşün səsi gəlirdi: “Ay maa!!! İndi gəliləm...”, pəltək idi, deyə nə dediyini bəzən tam başa düşmək olmurdu, amma anası qızının pəltəkliyinə öyrəşmişdi, başa düşürdü onu.
Ardı →

"Mən pəltəyəm"

Bəxtsiz adamam, hətta doğma kəndimizdə mənə qız vermədilər.
Məcbur olub qonşu kənddən, özümdən on iki yaş böyük qarımış birini aldım.
On ildi evlənsəm də uşağım olmur, deyəsən, bu, yaxınlarımı da narahat etmir:
“Özü nədir, ondan olan nə olacaq”- atam deyinirdi, rəhmətlik anamsa ölən günə kimi həyat yoldaşımı həkimdən çox, pirə- ocağa apardı.
Dünyasını dəyişəndən sonra: “ Canım qurtardı qapılar gəzməkdən”- dedi arvadım, bu yaşda uşaq dünyaya gətirməyin çətinliklərini danışıb əməlli- başlı qorxutmuşdular onu, gec bir zamanda rəngi- ruhu üstünə gəldi.
Ardı →