Keçmiş sevgilini unutmağın yolları

  • Sevgi
Bu plan onu həyatından çıxarmağa və qaldığın yerdən davam etmənə yardım edəcək. Bir anda olmayacaq, amma zaman keçdikcə onun sənin üzərindəki təsirləri azalacaq.
Sevgilisindən ayrılanlara bir həftəyə onu unutmağın yollarını təqdim edirik:
I gün: Ağlamaq sərbəstdir
İlk gün həmişə çox pis keçir. Şok, qəbul etməmək və üzüntü kimi duyğular içini yeyir, qəlbini sıxır, canını acıdır. Onu 1 həftəyə unutmaq istəyirsinizsə, bu məqsədinizə çatmağın ilk şərti ayrılıqdan sonrakı ilk 24 saatı təkbaşına keçirməkdir. Bu hallarda səni qarşılıqsız dəstəkləyəcək şəxslər yalnız anan, bacın, ya da ən yaxın dostun ola bilər. Tək etməli olduğun onlardan yardım istəməyindir. 1 gün içində heç bir şey qalmasın: hər şeyi anlat, ağla, lazım gələrsə, evdə salfet qoyma, amma ürəyini tamam boşalt!

Davamı →

Keçmiş sevgilimi necə geri qazanım?

  • Sevgi
Keçmiş sevgilinizə hələ də aşiqsiniz, lakin bir problem var: ayrılmısınız. Daha xoşbəxt ola biləcəyiniz birinin varlığına da şübhə edirsiniz. Elə isə nə etməli? Onu geri qaytarmaq lazımdır. 

İlk növbədə baxımlı olmağınız şərtdir. Əvvəlcə özünüzə əvvəlkindən daha çox diqqət göstərməlisiniz. Sizi gördükdə nə hala düşəcəyi, çaşacağı və nələri itirdiyinin fərqinə varmalıdır. Geyim tərzinizdən makiyajınıza qədər hər baxımdan özünüzə qarşı diqqətli olun.

Bağışlamağı öyrənin
Onu geri qazanmanın ikinci addımında bağışlamaq var. Bir-birinizi bağışlayacağınız təqdirdə yenidən bir araya gələ bilərsiniz. Onu bağışladığınızı hiss etdirin və buzları əridin.
Davamı →

Keçmiş sevgilisini unuda bilməyən kişini tanıyın

Bir çox qadınlar həyatlarındakı kişinin, keçmiş sevgilisini hələ də düşündüyündən şübhələnir. Əslində bunun təsdiqini tapmaq elə də çətin deyil. Onun bəzi davranışlarına diqqət etmək kifayətdir.

Davamlı ondan bəhs edir
Hər söhbəti zamanı onun adını, yaşadıqları xatirələri xatırlayırsa, deməli, hələ də əvvəlki sevgilisini unuda bilir.

Hələ də fotolarını saxlayır
Telefonuna və ya notbukuna baxmağınıza, araşdırmanıza ehtiyac yoxdur. Sosial şəbəkə hesabından köhnə fotolarını silməyibsə, evində və ya otağında, ətrafında hələ də onun şəkilləri varsa, deməli, onu unutmayıb.

Davamı →