Kişilərdə seyrək saqqal problemi

Kişilərin yeniyetməlik dönəminə girdiyi vaxtda vücudunda tüklənmələr olur. Ancaq bu proses bəzi kişilərdə ya özünü gec göstərir, ya da tüklənmə seyrək olur. Bunun adətən genetik olduğu düşünülür.

Kişilərdə seyrək saqqal problemi tez-tez görülən vəziyyətdir. Hər gün saqqal təraşı olmaq bezdirici olsa da, saqqalın çıxmaması da eynilə cansıxıcı olur. Kişilərdə saqqal çıxmamasının iki bilinən səbəbi var.

Bunlardan birincisi saqqalın çıxmasına kömək edən hormonun vücudda kifayət qədər ifraz edilməməsidir. Digər səbəbi isə həmin bölgədə tüklənməni təmin edən saqqalın olmamasıdır.

Davamı →

Gözəl saqqal üçün bunları edin

Saqqal saxlamaq indi dəb halını alıb. Amma hansı səbəblərdənsə bəzi kişilərin üzündə tüklər tez uzanır və cod olur, bəzilərində isə gec uzanır. Əgər siz də üzünüzdə sağlam və cod tüklərin çıxmasını istəyirsinizsə, o zaman bir neçə texniki hiyləgərliyə əl atmaqla buna nail ola bilərsiniz.

1. Üzünüzü daima təmiz saxlayın və qulluq edin.
Piy, çirk və toz dəridə təbəqə əmələ gətirib follikulların inkişafının qarşısını alır. Üzün təmizliyi follikulların inkişafına təkan verir və tüklərin tez uzanmasına səbəb olur. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır:

— Üzünüzü isti su və az miqdar təmizliyici vasitə ilə gündə iki dəfə yuyun. Yuyucu vasitənin sadə yuyucu vasitə olmasına çalışın ki, dəriniz qıcıqlanmasın.
— Günün istənilən vaxtı üzünüz kirləndikdə, tərlədikdə və yağlandıqda onu isti su ilə yuya bilərsiniz.
— Əgər üzünüzdə tük əvəzinə səpgilər meydana gələrsə, o zaman həftədə iki dəfə kəpək əleyhinə şampunla üzünüzü yuya bilərsiniz. Bu zaman çalışın dərinizi qıcıqlandırmayasınız.
Davamı →