Seks nə vaxt vəzifəyə çevrilir?

  • Esse
Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var.

Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.

Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa-başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən?
Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!
Davamı →

Qadınları necə sevək?


Onunla sosial rollarla bağlı razılaşın

Yəhudi analar kimi kompleksi olan, əbədi uşaq qalan, hətta qəhvə hazırlaya bilməyən, hər kəs ona həsəd apardığı halda model kimi gözəl bədən quruluşuna sahib olduğundan xəbərsiz, bir sözlə, hər cür qadın var. Sizə lazım olan qadın sizin və onun sosial rollarının uyğun gəldiyi bir qadındır.

Qadınların hər təklifi ilə razılaşın
Bir çox ailə münaqişlərinin səbəbi məhz tərəflərdən birinin o birindən onun verə biləcəyini deyil, öz istədiyini gözləməsidir. Buna görə ilk başdan onun sizə verə biləcəyi və sizdən nə istədiyini aydınlaşdırın.

İlkin çözümü siz təklif edin
Gender olaraq qadınlar ailə qurduqdan sonra onların həyatları ilə bağlı başqa birinin qərar verməsindən, hüquqlarının pozulmasından narahat olurlar. “İlkin çözümü, qərarı siz təklif edin” demək “sizin fikriniz müzakirə olunmazdır” anlamına gəlməsin. Vacib məsələ odur ki, çıxılmaz problemlərdə ilkin çözümü siz təklif edib qadının da fikrini öyrənin. Sadəcə qadınlar mızıldanmağı xoşlamır. Məsələn, qadın sizə “Əzizim, axşam yeməyini bayırda yeyək”, — deyəndə “Gedək, əzizim. Hara istəsən gedərik, mənim üçün fərq etməz”, — demək yerinə “Gedək, əzizim. Hətta mən bu yaxınlarda yaxşı bir restoran gördüm. İstəsən ora gedərik. Nə deyirsən?”, — deyə ilkin təklifi siz edin.
Davamı →

Kişini necə əldə etməli?

Bəyəndiyinizn kişinin sizə diqqət etmsini istəyirsinizsə, yazılanlara əməl edin. Məsləhətlər sayəsində istədiyinizi əldə etmək mümkün olacaq.  Bəyənidiyiniz kişinin diqqətini çəkmək üçün işə nədən başlamağı düşünməlisiniz. İlk addım çətin olsa da, onun nələrdən xoşlandığını öyrənin və hərəkətə keçin. 

Yaxın olun 
Yaxın olmaqda məqsəd kişini daha asan ələ keçirmək və təsir qüvvəsini artırmaqdır. Fəqət, ona bu məqsədlə yaxınlşadığınızı qətiyyən hiss etdirməməlisiniz. Ona elə yaxınlaşmalısınız ki, gözləri sizi görə bilsin. Tək oturubsa, yanında da əyləşə bilərsiniz. Xoşunuz gəldiyi kişinin necə bir insan olduğunu bilmək üçün ona yaxınlaşmaq mütləqdir. Əks halda ruhunuzun və enerjinizin bir-birinizə uyğun olub-olmadığnı təxmin edə bilməyəcəksiniz. Əgər gedişat zamanı pozitivlik hiss etmisinizsə, hər şey yaxşı olacaq. 
Davamı →

Ləzzət mərkəzi

  • Sevgi
Bu günlərdə oxudum ki, alimlər insan nəfsinin sirrini tapa biliblər. Adını «ləzzət mərkəzi» qoyublar. Əvvəl tapıblar, sonra tapdıqlarından diksiniblər. Yenicə kəşf edilmiş nöqtəyə təsir eləməklə təcrübə altındakı adi insanları dahilərə və optimistlərə çevirmək mümkün olurmuş.
Amma təcrübəni davam etdirdikcə tezliklə bu insanları həyatda yemək, içmək və ləzzət almaqdan başqa heç nə maraqlandırmayıb. Həmin nöqtəyə həddən artıq təsir eləsən, ləzzət almaq həvəsi bütün hissiyyatı, həyatdakı bütün duyğuları öldürüb məqsədə çevrilirmiş.  Bundan sonra alimlər həmin nöqtəni cümlə cahana faş eləmək fikrindən daşınıblar. Qorxublar ki, insanlar yalnız ləzzət haqqında düşünər, ondan başqa həyatdan heç nə istəməzlər.
Davamı →

Kişilər nə istəyir?

Kişilərin istədikləri:
1. Qadınların heç bir şey istəməməsini istəyir.
2. " Səni sevirəm " sözünü bir dəfə söyləyərək, qarşı tərəfi bununla 20 il idarə etməyi istəyir.
3. Göydən yağış deyil, qadın yağsın istəyir.
4. Futbolun 90 dəqiqədən 24 saata çıxarılmasını istəyir, bu 24 saatı də televiziya qarşısında, pijamaları və pivəsiylə keçirmək istəyir.
5. Evli olmaq, amma subay kimi yaşamaq istəyir.
Ardı →