Cənnət anaların ayaqları altındadir yoxsa?!

Heç kəsin gələcəyin prezidentini, baş nazirini, deputatını, prokurorunu, hakimini 13-15 yaşında məktəbdən çıxarıb ərə verməyə, bununla da onun həyatının çox önəmli ola biləcək bir səhifəsini qapamağa ixtiyarı yoxdur!..

Uşaqlar öz arzuları ilə doğulmurlar. Ona görə də onların öz valideynləri qarşısında heç bir öhdəliyi yoxdur, o cümlədən də, öz gələcək həyatlarını valideynlərin diqtəsi ilə qurmaq məsələsində. Valideynin köləsi, ərin köləsi olan qadın isə azad cəmiyyət qura bilməz. Kölə qadın azad fərdi tərbiyə edə bilməz.

Niyə kişilər öz uşaqlarını dünyaya gətirməyi, tərbiyə etməyi, evlərini, ailə qayğılarını qadına etibar edirlər, amma cəmiyyətdə fəallığı onlara yaraşdırmır, dövlətdə, biznes həyatında idarəetməni onlara etibar etmək istəmirlər? Axı bu ölkədə qadınlar kölə olmaq üçün doğulmayıblar. Onlar uşaqdoğan aqreqat, paltaryuyan maşın, mətbəx kombaynı deyillər.

Ardı

Kişilərin eşitmək istəmədiyi 10 ifadə

Bütün kişilər gözəl sözlər eşitmək istəyir. 
İstər qadınlardan, istər dostlarından, istər müdirlərindən, istər yol polisindən...
Amma bəzən istədiklərini eşitmirlər. 

1- «Bu gecə olmaz»
Qadınların kişilərə verəcəyi ən böyük cəzalardan biri yataqla bağlıdır. Kişilər «bu gün olmaz» ifadəsinə nifrət edirlər.

Ardı

Kişi yalanları

«Səni sevirəm», «Sənə zəng edəcəyəm»
Heç şübhəniz olmasın ki, kişilər yalan danışır. Məsələn, hansı kişi «Beş dəqiqə sonra evdəyəm» demir, barda yenicə içki içməyə başladığı saatlarda… Ya da hansı kişi həyat yoldaşını aparmadığı yemək dəvətindən sonra «Qonaqların həyat yoldaşları ilə birlikdə gələcəyini bilmirdim» — demir...
Dürüst olmaq lazım gələndə, hekayətlər quraşdırmaq qaneedici ola bilər. Amma bunun özümüzü aldatmaqdan başqa bir işə yaradığını deyə bilmərik. Xanımlar, elə isə möhkəm dayanın! Sizin üçün kişilərin ən sıx müraciət etdikləri yalanları deşifrə edirik!

Ardı

Kişilər haqqında deyimlər

İki kişinin ən çox böyük ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. (Onore de Balzak)
Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir. (Latın atalar sözü)
Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. (Eleyn Busler)
Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. (Tomas Midlton)

Ardı

Kişiləri niyə sevirik?

Maraqlı sualdır elə deyilmi? Əmin olun cavablar da bir o qədər maraqlı və düşündürücüdür...Elə isə buyurun, Zərif cinsin nümayəndələrinin verdiyi cavablarla- Etiraflarla tanış olaq...

1. Çünki güclü qollarında özümüzü etibarda hiss edirik.
2. Çünki bizdən fərqlidirlər.
3. Çünki hamımız bir mazoxistik, bizə əzab verən şeylər xoşumuza gəlir.
4. Çünki axşam yeməyi üçün etdikləri yalnız qayğanaq olsa da, bu böyük bir fərasətmiş kimi lovğalanırlar.
5. Çünki anasıyla danışarkən birdən necə olur ki, ana quzusuna çevrildiyinə inana bilmirik.

Ardı

Kişilər nədən qorxur?

Kişilər nədən qorxur?

Üz qırxmaqdan
Saqqalı yalnız bəxti gətirməyən kişilər və pijonlar (şıq geyinən yüngülxasiyyət gənc) saxlayır. Birincilər bunu emosiyalarını gizlətmək üçün edir, ikincilər isə onu bahalı daş-qaş kimi əzizləyirlər. Bir də var sifətində az tük olan kişilər, bu onların problemi olduğundan və xarici görünüşünə vaxt ayıra bilmədiyindən xəbər verir. Bu, yeganə səbəbdir ki, onlara bəraət qazandıra bilər. Əslində, üz qırxmamaqda heç bir müsbət cəhət yoxdur. Yeri gəlmişkən, qadın üçün nəzərdə tutulan ülgüclər istifadədə daha rahatdır. Və yalnız soyuq geli üzə vurandan sonra insana xoş gəlir: beləliklə, gün başladı!

Ardı

Daha yaraşıqlı görünmək üçün 10 sağlam vərdiş

Mükəmməl görünmək üçün Hollywood aktyorları kimi bıçaq altına düşmək lazım deyil, bunun üçün daha asan və faydalı yollar var. Həqiqətən,  bu heç də çətin deyil. Çünki hamısı da özünüzə və bədəninizə daha yaxşı baxmanızla əlaqədar şeylərdir. Daha sağlam bir həyat tərzi fiziki baxımdan daha yaxşı görünmənizi təmin edər və dərinizdən göz altı torbalarınıza, hətta saçınızın parlaqlığına qədər hər şey üçün faydalı olar.


Səhərlər aynada gördüyünüz adamın hər zamankından daha cazibəli olmasını istəyirsinizsə, bu 10  sadə sağlamlıq və qidalanma tövsiyələrii tədbiqiniz yetərli.



Ardı

Kişilərin sevmədiyi suallar.

Bu paltar məni kök göstərir?
Sizin öz gözaltınız,nişanlınıza,hətta həyat yoldaşınıza verə biləcəyiniz ən dəhşətli sual!Yadda saxlayın:kişilər etiraf etməsələr də,özünə inanan qızları sevirlər.Bu sual isə inamsızlıq saçır.Bu sualı anaya,bacıya,rəfiqəyə,stilistə ünvanlamaq lazımdır.

Əgər ölsəm mənə nə qədər yas saxlayarsan?
Allah eləməmiş əgər o həlak olarsa,siz nə qədər tək qalarsınız?Məhəbbətdə heç nəyi öncədən planlaşdırmaq olmur.Bir də ki,qadınların heç nədən özlərini qurban kimi qələmə verməsi kişilərin heç xoşuna gəlmir.

Ardı

Kişilər,ax,kişilər...

  • Kişilərin bir prinsipləri var: məqsəd vəzifəni doğrultur. Və bu, bütün hallarda keçərlidir.

  • Kişilər bizdən hündürdülər. Amma tənbəlliklərindən divandan qalxıb yuxarı rəfdəki kitabı verməzlər.

  • Kişilər bizə kirli corablardan və məişət problemlərindən başqa heç nə bağışlamırlar, əvəzində biz onlara bütün məhəbbətimizi və qayğımızı bağışlayırıq.

  • Kişilər qala bilməyəndə min bir bəhanə uydurub yalan danışır, bizi də onu anlamamaqda günahkar çıxardırlar.

  • Kişilər bizimlə kafeyə və kinoya getməyə nifrət edirlər. Birinci səbəb, bütün hesabı onlar verir, ikincisi, istədikləri yeməkləri və filmi seçə bilmirlər. Ən əsas səbəbisə, bu onları sevimli divanlarından və televizordan uzaq salır.

  • Kişilər bizim ad günlərimizi, ilk görüşdə nə geyindiyimizi və ümumiyyətlə, bizlə bağlı bütün xırda, amma qəlbi isidən detalları unudurlar. Bunu əsl kişilik simvolu sayırlar.

  • Kişilər bizim arıqlamağımızı istəmirlər. Çünki başqa kişilərin onun mülkünə baxmasını istəmirlər. Bu da kişilik kriteriyalarına ziddir.

  • Kişilər bizim həyatımızı dəyişmək istəyirlər. Evdə oturub küftə-bozbaş bişirməliyik. Onun icazəsi və möhürü olmadan evdən bayıra çıxmaq olmaz.

  • Kişilər işdən qayıdandan sonra ayaqlarını yuyub, hər dəqiqə onun mövcudluğuna şükür edib, nəzir paylamağımız kişi tərəfindən həyatı dəyişilmiş xanımların həyat tərzinə çevrilir.

  • Kişilər sevgi haqda düşünmürlər. Sevgini oynamaq, sadəcə, qələbə qazanmaq üçün üsuldur.

  • Kişilər dalaşqandır. Çünki özlərinin haqlı olduqlarını ancaq bu yolla daha tez sübut edə bilirlər.



Ardı

Kişilər ağlamır...

Qadın göz yaşı kişinin gözyaşından fərqlidir. Qadınlar ağlayarkən diqqət, qayğı, hörmət görmək, dəyər verilmək istər. Qadın gözyaşı biraz eqoistliklə əlaqədardır.Bəzən ağlayaraq qəzəblərini, hissələrini boşaldarlar. Əsasən qadınlar ağlayarkən qarşı tərəfin onlarla incə rəftar etməsini istər. Kişilər isə köməksizdirlər deyə ağlamazlar, lakin o an həqiqətəndə köməksiz olarlar, kişilər ağlayaraq qarşı tərəfin ona yazığı gəlməsini istəməz, çünki kişilər hər işin öhdəsindən özü gələr, onların rəhmə ehtiyacı yoxdur. Bəs kişilər niyə ağlayar… Kişilər tükəndiklərindən ağlayar, nəyisə etməyə gücü çatmamışdır, nələrinə dəyişə bilməmişdir, mübarizədə uduzmuşdur, kişinin göz yaşı dərdin harayıdır və qadınlardan fərqli olaraq kişilər yanlız tək qaldıqda göz yaşını tökər.