“Kişi sözü” filmi haqqında

“Kişi sözü” filmi 1987-ci ildə çəkilib. 32 ildir ki, ekranlardan düşmür, sevilərək baxılır və qəhrəmanlarının sözləri aforizmlərə çevrilib.
Hərçənd, film ekranlara çıxanda birmənalı qarşılanmamışdı. Filmi bəyənməyənlər, alınmadığını söyləyənlər də vardı.
Əməkdar incəsənət xadimi və əməkdar məşqçi (yeri gəlmişkən, ölkədə bu titulları eyni vaxtda daşıyan yeganə adamdır – R.Q.), kinorejissor Cahangir Mehdiyevin gənclik yaşlarında ərsəyə gətirdi “Kişi sözü” necə yarandı?

Davamı →

“Babək“ filmi haqqında

Sovetin qılıncının qəbzəsi də kəsən vaxtlarda kinonun dili ilə “Zavallı, sən bilmədin ki, azadlıq yanğısı nə deməkdir”, “Bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən daha üstündür”, “Azərbaycanı azad görməyincə bu qılınc qınına girməyəcək” kimi ifadələri işlətmək hər oğulun işi deyildi.

Davamı →

“Qorxma mən səninləyəm“ filmi haqqında

1978-ci ildə Bakıda payız çox isti keçirdi. Kinoda debütə hazırlaşan gənc rejissor Yuli Qusman isə heç sevinmirdi — havaya görə yox, məmurların kaprizləri onun filmi tamamlamasına mane olurdu.
Hətta filmin əsas hissələrini çıxartmağı tələb edirdilər. Qusmanın isə uzun illərdi arzusu davanın, musiqinin bir yerdə cəmləşdiyi bir film çəkmək idi: “Macəra və müzikl çəkmək istəyirdim. Ona qədər bu janr ya çəkilməmişdi, ya da az çəkilmişdi, bilmirəm. Hər halda, macəra olsa da, müzikl yox idi. Bir dəfə sirkdə hündür, enlikürək bir kişi gördüm arenada. Qılınclarla, xəncərlərlə elə oyunlar göstərirdi ki, heyran oldum”.

Davamı →

Əhməd haradadır filmi haqqında maraqlı məlumatlar

1962-ci ildə böyük Adil İsgəndərov İncəsənət İnstitutunda imtahan götürürdü, öz kursu üçün tələbə qəbul edirdi. Söhbət gəzirdi ki, Adil İsgəndərov komediya filmi çəkəcək, o film üçün aktyor yığır əslində. Söz ki var, bir ucu yalandırsa, o biri ucu doğrudur.
1963-cü ilin filmidir. Sabit Rəhmanın ssenarisi əsasında Adil İsgəndərov ekranlaşdırıb. Həm də kinoda rejissor kimi Adil İsgəndərovun ilk işidir.

Davamı →

Həsən Məmmədov haqqında

1. Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) Salyan rayonunda doğulub. Valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O, isə 2-ci kursda təhsilini yarımçıq qoyub Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə — Mehdi Məmmədovun kursuna daxil olur. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.

Davamı →

Kinosuz kino – Mixail Yampolskinin essesi

  • Kino
Mixail Beniaminoviç Yampolski incəsənət və mədəniyyət tarixçisi, nəzəriyyəçi, filosof, kinoşünas və filoloq, kinematoqrafiyadan bəhs edən on yeddiyə yaxın kitabın, saysız-hesabsız məqalələrin müəllifi, Nyu-York universitetinin professorudur. 1988-ci ildə “İskusstvo Kino” jurnalının 6-cı nömrəsində dərc olunmuş “Kinosuz kino” adlı məqaləsində M.Yampolski sovet kinosunun problemlərini tamamilə fərqli rakursdan araşdırmağa çalışıb.
Sovet İttifaqı çoxdan yoxdur. Amma onun köynəyindən çıxmış respublikaların, xüsusilə də Azərbaycan kinematoqrafiyası üçün Yampolskinin 88-ci ildə toxunduğu problemlər yenə də aktualdır. Odur ki, Məqaləni olduğu kimi, ixtisarsız təqdim eləyirik. Bəlkə bəzi məsələləri anlamağa kömək elədi.

Davamı →

Kinomuzun son səssiz filmi

  • Kino
Əsərin süjeti: Hadisələr ucqar kənddə baş verir. Gənc Almaz burada məktəbdə müəllimə işləyir. İlk səhnədə kənd sakini Yaxşı ona hamilə olduğunu deyir və bu sirri saxlamağını xahiş eləyir. Çünki Yaxşının əri qardaşı arvadının qətlində günahkar bilinərək il yarımdır ki, həbs olunub. Uşağın ərindən olmadığını bilsə, o, qaynı tərəfindən qətlə yetirilə bilər.

Davamı →

Həyatınızı dəyişəcək filmlər

  • Kino
1. Requiem for a Dream (Arzu üçün rekviem)
Narkotik aludəçisi olan yeniyetmə, onun televiziya qurbanı olan anası və onların arasında günü-gündən böyüyən uçurum… Çarəsiz anasını sağ saxlayan yeganə şey onun sevimli oyun şousudur. O, bir gün bu müsabiqədə iştirak etmək hüququ əldə etdikdə, onun yeganə qayğısı mükafat olan qırmızı paltara geymək olacaq.

Davamı →

Bitməyən berqmanomaniya

  • Kino
Dağıstanlı dostum Ramazan Məmmədşahova
Keçən əsrin 90-cı illərinin ortalarıdır, Sankt-Peterburq Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin üçüncü kursundayam. Günlərdi İnqmar Berqmanın ölümün, həyatın fanilik fəlsəfəsinin ideal kinematoqrafık həllini verə bildiyi «Yeddinci möhür» filminin təsirindəyəm, ilk dəfədir ölümün həm vizual, həm də dialoq və pritça-hadisələrdə əks olunan fəlsəfəsindən ləzzət alıram. «Görən, Berqman sağdır?». Məni qəfil yaxalayan bu suala cavab tapmaqçün fakültəmizlə eyni binada yerləşən «Skandinaviya filologiyası» kafedrasına dəymək ağlıma gəlir. (Kompüter, internet təzə-təzə meydana çıxıb, hələ ki onlardan istifadə edə bilmirəm.) Fasilədə kafedraya daxil oluram, ilk gözümə dəyən ortayaşlı, karesaçlı qadın müəllimə «Sabahınız xeyir» deyib, utana-utana soruşuram:

Davamı →

Kinomuzda qadınlar

  • Kino
İlk dəfə 1897-ci ildə Lümyer qardaşlarının kinoapatı Azərbaycana gəlib çıxmış, 1898-ci ilin 8 yanvarında isə milyonçu H.Z.Tağıyevin evində, «Bakinskoye Obşestvennoye Sobraniye»nin zalında ehtiyacı olan "Şagirdlərə Yardım Cəmiyyəti«nin xeyrinə keçirilən gecədə „Canlandırılmış fotoşəkillər“ nümayiş etdirilmişdir. Bu canlı fotolar — kiçik filmlər bunlar idi: „Bibiheybətdə neft mədənində yanğın“ (1898-ci il iyul ayının 27-də Bibiheybətdə neft mədənində yanğın baş vermişdi. O vaxtlar bu yanğınlar adi hal idi. Ancaq həmin gün fransız A.M.Mişon tərəfindən lentə alınmış bu kiçik sənədli film Parisdəki kino muzeyində qorunub saxlanır), „Əlahəzrət Buxara Əmirinin yola salınması“, „Qafqaz rəqsi“ və „İlişdi“ filmləri. Bunların arasında cəmi bir oyun filmi vardı. „İlişdi“ adlı həmin kinosüjetlə demək olar ki, ilk Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.

Davamı →