Simpsonlar

  • Kino
SimpsonlarBəzilərimizin yadında uşaqlıqdan baxdığımız ən uzun serial “Santa Barbara”, bəzilərimizin yadında isə “Simpsonlar” qalıb. İlk dəfə rus kanalı olan Ren Tv-dən bu seriala baxanda təxminən ibtidai sinifdə oxuyurduq. İllər keçdi, “Santa Barbara” belə bitdi, amma “Simpsonlar” bitmədi. Yaşıdımız olan bu multfilm dünyanın ən uzun mult-serialı olmaqla, həm də ən uzun sitkom və ən çox sayda ulduzların dəvət aldığı televiziya serialı kimi də Ginnesin Rekordlar Kitabına düşüb.

Bundan başqa, 2013-cü ildə ən yaxşı qısametrajlı animasiya filmi nominasiyasında Oskar, 4 müxtəlif kateqoriyada 27 dəfə “Emmi”, 3 dəfə British Comedy Awards və digər mükafatlar alıb. “Time” jurnalı onu, “yüzilliyin ən yaxşı televiziya serialı” “Empire” jurnalı isə “bütün dövrlərin ən yaxşı televiziya şousu” adlandırıb. Serialın şərəfinə Hollivudun “Məşhurlar Xiyabanı”nda ulduz da var. Hal-hazırda dünyanın yüzdən çox ölkəsində tanınır.

Bu multfilm kəskin satira ilə bir çox klişe və stereotipləri dağıdır, “orta statistik amerikalının” həyat tərzini əks etdirir. Serialın yaradıcısı Mett Qreyninq o vaxtlar məşhur olan “Cəhənnəmdə yaşamaq” komiksinin müəllifi kimi tanınırdı. O, əvvəlcə elə bu komiksi qısametrajlı animasiya seriyaları kimi davam etdirmək istəyirdi. Lakin komiks qaydalarını pozmamaq üçün birdən-birə fikrini dəyişdi və o, amerikan ailəsinin həyatı haqqında plan çəkməyə başladı.
Ardı →

Qorxu qandaldır, ümid isə azadlıq

  • Kino
   Amerikan rejissoru Frenk Darabont yazıçı Stiven Kinqin povesti əsasında çəkdiyi “Şouşenkdən qaçış” filmi insan ağlı, qətiyyəti və ümidinin sərhədsiz olması haqqında çəkilmiş ən yaxşı filmlərdən biridir desəm yəqin ki, yanılmaram. 1994-cü ildə ekranlaşdırılmış bu film Kinopoisk saytının 2012-ci ildə keçirdiyi sorğusuna əsasən 250 film arasında birinci yeri tutmuşdur. Frenk Darabont öz yaradıcılığında iki böyük şedevr yaratmışdır və onlardan birincisi yaradıcı və aktyor heyətinə böyük şöhrət gətirmiş “Şouşenkdən qaçış” filmidir.
Davamı →

Ölü Yazarlar Dərnəyi

  • Kino
Film: Ölü Yazarlar Dərnəyi Olu yazarlar dərnəyi
Rejissor: Peter Weir

                     Hələ vaxt varkən tumurcuqları topla
                     Zaman hələ də uçub gedir
                     Və bu gün hələ də gülümsəyən bu çiçək
                                                      Sabah ölə bilər*

Eyni adlı əsərdən çəkilmiş və rejissoru Peter Weirolan “Ölü Şairlər Dərnəyi” filmini izlədim. Filmi izləməyən gənc yəqin ki, qalmayıb. Filmdə, Velton oğlan akademiyasına yeni gələn və ədəbiyyat müəllimi olan Con Kiting (Robin Uilyams) yenilikçi, digər müəllimlərdən fərqli adamdır.
Film irəlilədikcə Cənab Kittingin xeyri simvolizə etdiyini düşünməyə başlamışdım. Tələbələri ilə elə ilk günlərdən münasibəti çox yaxşı olan, onlara aysberqin həmişə digər üzünün də olabiləcəyini diqqətə almağı və anın dəyərini – capre diemi — öyrədən müəllim, tələbələri tərəfindən sevilir.

7 tələbə müəllimin köhnə albomunu tapır. Hər şey də elə buradan başlayır. Albomda “Ölü Şairlər Dərnəyi” adını görən tələbələr müəllimdən bu barədə soruşur. Cənab Kiting, dostları ilə əvvəl yaratdığı və indi olmayan dərnəkdən tələbələrinə danışır vətələbələr “Ölü Şairlər Dərnəyi”ni yenidən qurmağa qərar verirlər. Hər axşam akademiyanın yaxınlığında yerləşən mağaraya gedir, orada şeir gecəsi keçirirlər. Bir-birlərinin yazdıqları şeirlərlə birlikdə müəllimlərindən öyrəndikləri şairlərin də şeirlərini oxuyurlar.
Ardı →

Filmlər haqda maraqlı faktlar

  • Kino
Dracula1. Haqqında ən çox film çəkilmiş personaj qraf Drakuladı-72 filmdə bu personajın adı keçib. İkinci yerdə Şerlok Holmsdı- 66 film. Üçüncülüyü isə 60 filmlə Tarzan qapayır.

2. “Emanuel” erotik filmi Parisin bir kino teatrında düz 11 il nümayiş olunub.

3. Tənqidçilərin rəyinə əsasən dünya kino tarixinin ən yaxşı trilleri Hiçkokun “Psixo”sudu. İkinci yerdə Spilberqin “Çənələr”i, üçüncü yerdə isə “Quzuların susması”dır.

4. Kinoda ən gec debüt Janna Luiza Kalmana aiddi. O 114 yaşında Kanada istehsalı “Vinsent və mən” filmində elə öz obrazını oynayıb. Bu debütdan sonra aktrisa hələ 8 il də yaşayıb.

5. Hindistan kino istehsalına görə dünyada liderdi. 90-cı ildə bu göstərici ilə 948 (!) filmə çatmışdı.

6. Ən uzun adı olan film İtaliya istehsalıdı. Film belə adlanır: “ Sevgidən və anarxiyadan bəhs edən bir film və ya bu səhər saat 10-da Via Dey Fiora-səbr evi kimi tanınmış məkanda”

7. Kinoda ən məhşur it obrazı Lessidi. Düz 8 Kolli cinsli it Lessi obrazında çəkilib.
Ardı →

Universal Studios

  • Kino
Bildiyimiz kimi, filmlərin ərsəyə gəlməsində ən böyük rol film studiyalarının payına düşür. Hollivud məhz bu studiyaların hesabına böyük kino dünyasına çevrilmişdir. Bu studiyalar arasında “Böyük 6-lıq” adlanan studiyalar barədə hər sayımızda sizə məlumat veriləcək. İlk haqqında yazacağımız studiya “Universal Studios”dur. Kompaniyanın əsası Karl Laeml tərəfindən qoyulmuşdur.

1905-ci ildə Karl Çikaqoda paltar mağazası açmaq üçün yer axtarırdı. O, küçədə “nickelodeon” adlanan kiçik qutucuqlarda göstərilən filmlərə insanların böyük marağı olduğunu müşahidə edir. Bundan həvəslənən Laeml işini dəyişmək qərarına gəlir və “The White Front Theater” qurumunu yaradır. Bir ay ərzində o, lazımi qədər pul toplayır və ikinci teatrı yaradır. “Laemmle Film Service” ölkənin ən iri qurumuna çevrilir.
Ardı →

20th Century Fox

  • Kino
20th Century Fox“20-ci Əsr Foks Kinostudiyası” Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, Beverli Hillsin qərbində yerləşən studiya “News Corporation” şirkətinə məxsusdur.

“20th Century Fox” 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 1915-ci ildə əsası qoyulmuş “Fox Film Corporation”, ikincisi isə 1933-cü ildə yaradılmış “Twentieth Century Pictures” şirkətləri idi.

Studiyanın ən uğurlu filmləri sırasında “Star Wars” (“Ulduz Müharibələri”), “Ice Age” (“Buz Dövrü”),” X-Men” (“X – Adamlar”), “Die Hard” (“Məğlubedilməz”), “Alien” (“Yad”), “Planet of the Apes” (“Meymunlar Planeti”), “Home Alone” (“Evdə Tək”) film seriyaları, “The Simpsons” (“Simpsonlar”), “Family Guy” (“Qriffinlər”) və “American Dad!” (“Amerikalı Ata!”) animasiya serialları və s. var.

Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu. Digər məşhurlar arasında Betti Qreybl, Cin Tirni, Merilin Monro, Ceyni Mensfild və b. da var idi. Studiya ilk dəfə “Ən Yaxşı Aktrisa” nominasiyasında Oskara namizəd olan və ilk afro-amerikalı film ulduzu sayılan Doroti Dendric ilə müqavilə bağlamış ilk Hollivid studiyası idi.
Ardı →

Warner Bros.

  • Kino
Hollivudun 6 böyük studiyasından biri. 1918-ci ildə əsası qoyulan studiya “Paramount” və “Universal”-dan sonra ən qədim studiyadır.

Studiyanın adı dörd qardaş – Harri, Albert, Sem və Cek Uornerin adı ilə bağlıdır. Onlar 1903-cü ildə ilk teatrlarını açdılar. Birinci dünya müharibəsi illərindən etibarən film istehsal etməyə başlayan qardaşlar 1918-ci ildə studiyanı yaratdılar. 1923-cü ildən isə şirkət “Warner Bros. Pictures, Inc” adlanmağa başladı. Studiyanın ilk ulduzu “Rin Tin Tin” adlı it idi. Alman rejissor Ernst Lubitşin 1924-ci ildə çəkilmiş “The Marriage Circle” (Evlilik Dairəsi) filmi studiyaya böyük uğur qazandırdı.

1927-ci ildə studiya kino tarixində yeniliyə imza atdı. Al Colsonun iştirakı ilə ilk səsli film “The Jazz Singer” (Cazz Müğənnisi) ekranlara çıxdı.
Ardı →

Şir evdən getdi və... güllələndi

şirİlk film “Qız, oğlan və şir” filmi olub. Berberovlar ailəsi öz mənzillərində çəkilib. Ata, ana, qızları Yeva və oğlanları Roma. Filmi Çingiz Rəhimov lentə alıb. Rəssamı Elçin Axundov olub, bəstəkarı Oqtay Rəcəbov. 

Bu məşhur şir barədə söhbətləşdiyimiz Elçin Axundov danışır ki, şir evə daxil olanı adamı yaxınlaşıb iyləyirdi: “Mənim də düz çiynimə qabaq pəncələrini qaldırıb qoydu, iyimi alıb dönüb getdi. Bir az dəm oldum, sonra özümə gəldim. Düşündüm və bununla da cəsarətləndim ki, bu şir yiyəsini yemir, uşaqlarla oynayır, artıq rejissorla dostlaşıb, məndə yeməli nə var ki, məni yesin. Eyni ilə Oqtay Rəcəbovu da iylədi, o da evdən çıxıb birbaşa öz evinə qaçdı. Filmin maliyyə işlərinə baxan oturub sənədləri yazırdı, şir yaxınlaşıb yan tərəfdən onun qıçını iyləyir, bu da ayağı ilə vurub deyir “paşol”, elə bilir itdir. Birdən çönüb görəndə ki, qarşısında şir oğlu şir dayanıb rəngi oldu əhəng kimi. 
Dedi adə, “mən ölüm”, bilmir, “sən öl” qanmır mən getdim, qaçdı. İşıqçılar da yuxarıdan aşağı düşmürdülər”.

Bu olub 1974-cü ildə. O vaxt şir balaca imiş. Ona tərəf müqabili dişi şiri Rostov heyvanxanasından tapıb gətiriblər. Çəkiliş vaxtı şirlər arasında sevgi macəraları da yaşanırmış, özü də cəmi 3 aylıq olublar. Film ekranlara çıxıb və uğurlu da nümayiş olunub. 
Ardı →