Kitab oxumayaq, "Facebook"da vaxt öldürək!

Vaxt azlığı bir problemdir. Hamı vaxtın azlığından şikayət edir. İşləyən də, işləməyən də. Tələbə də, müəllim də, fəhlə də.


Vaxt olanda oxuyarıq!
Bizim dəqiq vaxt bölgümüz yoxdur. Eşitmisinizmi ki, bir adam vaxt azlığına görə teleseriala, ya da futbola baxmadığından şikayət edə? Mümkün deyil. Amma həmin o adam “vaxt azlığından” qəzet oxumur, kitab oxumur. Tez-tez görərsiz, adamlardan soruşanda ki, “asudə vaxtınızı necə keçirdirsiz” belə cavab verirlər: kitab oxuyuram. Amma o adama izah etmək gərəkdir ki, kitab oxumaq üçün asudə vaxta ehtiyac yoxdur.



Ardı

BUKkrossinq

Bukkrossinq-Kitabların səyahəti
Təbii ki, kitablar özbaşına gəzə bilməzlər.Onların «səyahətinə» insanlar yardım edirlər.Bunun üçün xüsusi hərəkat olan Bukkrossinq yaradılıb.
Bukkrossinq ingilis sözü olub, «kitab dövriyyəsi» mənasını ifadə edir.
Onun mahiyyəti belədir:bir nəfər hər hansı bir kitabı oxuduqdan sonra onu ictimai yerdə- parkda, kafedə,qatarda, metro stansiyasında «unudur» ki,başqa biri onu tapıb oxusun.Kitabların belə «səyahət»i xüsusi internet saytları tərəfindən izlənilir.
Bukkrossinq təşəbbüsünü amerikalı internet texnologiyaları üzrə mütəxəssis Ron Hornbeker 2001-ci ilin mayında irəli sürmüşdü.
Birinci dəfə o, 20 kitabın içinə təlimat yazılmış vərəqlər qoyaraq onları yaşadığı mehmanxananın foesində yerləşdirmişdi.Yarım ildən sonra onun şəxsi saytında artıq  300 aktiv oxucu vardı.

Ardı

Kitab oxumaq insanda stressin səviyyəsini 3 dəfə azaldır

Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma bu gün çoxumuz nəinki istirahət mövsümündə, heç bikarçılıqdan ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmürük. Günümüzün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçiririk. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var… «Kitab oxuyarkən ürək Döyüntüsü normallaşır» Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır: «Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir».


Ardı

Boş qalan dolu kitabxanalar

Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və  elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Milli.Az xəbər portalı bu dəfə kitabxanaları araşdırır.

İlk kitabxana eramızdan əvvəl olub
Kitabxanalar yazılmışları bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil edən xalq evləridir. Bir çoxumuzun vazkeçilməz qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar barədə nə bilirik?
Kitabxanalar xidmət formalarına görə milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları, uşaq kitabxanaları, məktəb kitabxanaları, universitet kitabxanaları, xüsusi kitabxanalar, şəhər kitabxanaları və səyyar kitabxanalar kimi növlərə ayrılırlar.
Əsrlər boyunca yazılan və bu gün nəşr edilən milyonlarla kitab kitabxanalarımızı hər gün bir az zənginləşdirir. Lakin təəssüflə qeyd etməliyik ki, son vaxtlar bu sahədə kəmiyyət artsa da, keyfiyyət azalıb.

Ardı

Oxumaq, oxumaq yenə də oxumaq

Oxucuların təsnifatının müxtəlif modelləri mövcuddur. Çalışacam sizi bu modellərin bəziləri ilə tanış edim.


R. Başbergerin modelinə görə uşaq və gənc oxucuları 4 -tipə bölmək olar.


1-Romantik tip. Nağılları,macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.


2-Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir.



Ardı