Albert Camus - Yad


Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqca
keşməkeşliuşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra dünyada Nobel mükafatını alan ən gənc yazardır.

Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “ Yad ” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində bir Ərəbi öldürən orta təbəqədən olanbir fransız, özünün addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.

Yad...kimdir yad? Bizim kimi olmayanlar? Bizim kimi düşünməyənlər? Bizim kimi geyinib, yeyib içməyənlər? Oxşar xüsusiyyətlər hər zaman insanları birləşdirir nəticədə qruplar yaranır. Cəmiyyət də belədir. Cəmiyyətin başında duranlar isə standartdan fərqlənənləri uzaqlaşdırmaq istəyirlər. İnsanların oxşar xüsusiyyətlərinin çox vaciblik təşkil edən dünyada yaşayırıq.

Povest, cəmiyyətdə yaşaya yaşaya o cəmiyyətə yadlaşmış birisinin həyatını təsvir edir. Həyatının bütün məqamlarıyla bizə yad insanın hansı hisslər keçirdiyini göstərməyə çalışır. Bir insanda insanlığın bütün xüsusiyyətləri var. Sadəcə nisbətləri müxtəlifdir. Olur ki, insan bəzən özünü çox tənha hiss edir. Çox şeyə məna verə bilmir.( Şəxsən məndə bu hallar tez-tez olur.) Olur ki, insan özünü çox fərqli hiss edir, bir birinə oxşayan standart insanlara və onların həyat tərzlərinə gülür. Olur ki, insan bəzən çox peşmançılıq hissi keçirdir, keşkə geriyə qayıdıb daha başqa cür yaşaya bilsəydim deyir. Olur ki, insan yaşadığı cəmiyyətin, dünyanın ədalətini, dəyərlərini, azadlığını, inancını “ sorguluyur ”. Olur ki...

Əsərin baş qəhrəmanı həyata məna verə bilməyən, sevməklə sevməməyi, ölümlə yaşamağı bir birinə bərabər tutan birisidir ( çox guman ki, bu onun özüdür – şəxsi fikrimdir ). Az dostu olan, sevgilisinə səni sevirəm deməyi bacarmayan ( bunu mənasız görən ), anasını  ölümünə kədərlənməyən, hər şeyə öyrəşmək olar fikrini öz həyat fəlsəfəsi edən və bu dünyanın bizə təqdim edə biləcəyi şəffaflıq və mənanın olmadığını müdafiə edən bir insanla qarşı qarşıyayıq. Bu insan ətrafına, hisslərə, gözləntilərə və ən əsası öz özünə özgələşmişdir, yadlaşmışdır. Absurd fəlsəfəsi ona hökmranlıq edir. Dostu Raymonda qarşı təhlükə törədən və Raymondun keçmiş məşuqəsinin qardaşı olan bir ərəbi öldürməklə Cənab Mersonun ( bu onun soyadıdır ) məhkəməsi başlayır. Burda biz iki məhkəmə görürük. Bir tərəfdə olduqca stereotipli cəmiyyətin onun üçün qəti əhəmiyyəti olmayan dəyərləri ona qarşı istifadə edərək onun mühakimə edən məhkəmə. Digər tərəfdə isə Mersonun öz – özünə qarşı olan ( tam olaraq məhkəmə deməzdim ) sanki bəzi şeyləri başa düşmək mənasını ifadə edən oyanış. Sanki ölmədən öncə ölür Cənab Merso. Hər şeyi bir daha xatırlayır və başqa cür düşünə və yanaşa biləcəyini qəbul edir. ( əslinədə ikisinin arasında qalır ) Buna baxmayarq artıq gecdir. Çünki onun üçün atıq edam qərarı verilib. Povestin digər maraqlı hissəsi onun dəfələrlə keşişdən imtina etməsi və sonra onunla olan söhbətidir.

Verilmək istənən mesaj: Həyatın avtomatlaşmış təkdüzən mühitində robotlaşmış insan ölümü rahatlıqla qəbul edir. Əsas olan mənadır amma nə yazarın özü nə də əsərin qəhrəmanı bunu tapa bilmir. Insan oğlu bunu min illərdir axtarır. Bu əzabdan qurtulmaq üçün məncə biz Allaha sığınmalı və ona inanmalıyıq. Ətrafımızdakı gözəllikləri görmək, sevdiklərimizin sevgisini başa düşmək  heç də hamıya nəsib olmur.

Bir neçə saatda oxuya biləcəyiniz amma bir neçə gün düşünəcəyiniz bir kitab.

Səbrinizə görə təşəkkürlər...

Əlavə yazılar üçün: niftiyevibrahim.blogspot.com

"Kitab Allahı" | Elman Mustafayev

Heydər Əliyevin sözünü kəsən, DİN mayorunun rütbəsini sökdürən, Orxan Pamuku təəccübləndirən — Elman Mustafayev


 Hələ sentyabr ayında işdə həmkarlarım arasında kiçik bir sorğu keçirib, ölkənin maraqlı adamlarının siyahısını hazırlamışdım. İndiki zəmanədə nə qədər təəccüblü görünsə də, özünə yemək əvəzinə axırıncı pulunu kitab almağa xərcləyən həmkarım Vəfa xanım (bəlkə bu tərifə görə, mənə yenə kitab bağışladı) çox getdiyi bir ünvanda — Qız Qalasının düz yanındakı kitab mağazasında gördüyü həm müdir, həm satıcı, həm də maraqlı həmsöhbət olan Elman Mustafayevin adını çəkdi. «Niyə də yox», dedim. Həm də əlavə etdim ki, Elman müəllim mənim dostumun dayısıdır. Amma «operativ»liyimi nəzərə alsaq, Qız Qalasının yanına getməyim bir xeyli uzandı. İki aydan sonra, noyabrda təsadüfən həmin dostum Zaur Şəkidən Bakıya gəldi. Özü də məndən xahiş elədi ki, dayımın yanına getmək istəyirəm, məni ora apar. Bax, bu lap yerinə düşdü.



Ardı

Milli kitabcıq müsabiqəsi

Azərbaycan absurdistan olmalıdır əslində.Bu ölkədə hər şey qəribədir. Elə ədəbiyyatı da.
Günlərin bir günü Əli və Nino adlı kitab mağazasının böyüyü Nigar Köçərli başına bir dəstə adam yığıb deyirlər ki,gəlin Milli Kitab müsabiqəsi keçirdək.Qalibə də pul mükafatı verək. Deməli Milli Kitab Mükafatına 265 əsər qəbul edilir. Ekspertlər (Yaşar, Etimad Başkeçid, Zahir Əzəmət, Mahir Qarayev, Muxtar Kazımoğlu) həmin əsərlərdən 10-nu seçərək münsiflərin ixtiyarına buraxmışdılar. Münsiflər heyətinə isə bu adamları dəvət etmişdilər:

Ardı

Cəhalət sənin düşmənindir

Atanın oğula məktubu.

Əziz balam Enriko!
Ananın dediyinə görə dərs oxumaq sənə çox çətin gəlirmiş. Mən hələ görməmişəm ki, sən məktəbə sevinərək gedəsən və sənin bu həvəssizliyin məni məyus edir. Azca düşün. Tutaq ki, sən məktəbə getmədin və bütün gününü həyətdə oynadın. Düz bir həftədən sonra isə bu sənə çox bezdirici gələcək. İnan ki, sən sevinclə məktəbə gedən uşaqları gördüyün zaman özün özündən utanacaqsan və gəlib bizə yalvaracaqsan ki, biz səni məktəbə yollayaq.

Əzizim Enriko, hamı işləyir. Boş gəzən ancaq dəlilər və avaralardır. Düşün, bütün günü işləyib, sonar da, gecə məktəbinə yollanan fəhlələri düşün. Qadınları, qızları düşün, hansı ki, bütün həftə boyu işləyib, sonra da bazar günləri məktəbə gedirlər. Əsgərləri düşün, o əsgərləri ki, təlimlərdən yorğun qayıdır və sonar da, əllərinə kitab dəftər alırlar. Sən gözləri görməyən, qulaqları eşitməyən uşaqları düşün, onlar belə oxumağa çalışırlar. Məhbusları göz önünə gətir. Məhbuslar da oxuyub-yazmağı öyrənməyə çalışırlar.



Ardı

Skafandr və Kəpənək.

«Bəzən mənə elə gəlir ki ki, mən ürəyimin döyüntülərini eşidirəm, amma, mən hər dəfəsində özümü əmin edirəm ki, -bu kəpənəyin qanadlarıdır...»

Kitabın hekayəsimi, yoxsa, bilmirəm kitabı yazanın hekayəsimi desəm -hansı düzgün olar?! Yaxşı ilk öncə filmdən bəhs edim, sonra keçəcəm kitaba.

Həyatdan götürülmüş filmlər hər zaman həyatın özü kimi maraqlı olur. Niyə də olmasın?! Əslində, belə götürsək, bütün filmlər elə həyatın özüdür. Amma, elə filmlər var ki, real həyatı əks etdirir və təbii ki, bu da maraq dərəcəsinə görə digərlərindən fərqlənir.

Jan Dominik Bobun kitabı əsasında çəkilmiş «Skafandr və kəpənək» filminin mənim üçün xüsusi yeri var. Çünki, filmi çox bəyənir və maraqlı sayıram. Çünki film həyatdan götürülüb, o həyatdan ki, adi həyat deyil...
Heç düşünmüsünüzmü insult keçirən bir şəxs nə fikirləşir deyə? Onun bədəni işləmir, amma, görür, eşidir və düşünür.

Ardı

Oxumaq, oxumaq yenə də oxumaq

Oxucuların təsnifatının müxtəlif modelləri mövcuddur. Çalışacam sizi bu modellərin bəziləri ilə tanış edim.


R. Başbergerin modelinə görə uşaq və gənc oxucuları 4 -tipə bölmək olar.


1-Romantik tip. Nağılları,macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.


2-Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir.



Ardı

İnternetə heç nə yetməz...

Görəsən bütün dünyada internet materiallarını çap etmək üçün nə qədər kağız, mürəkkəb, vaxt lazımdır? İnterneti hara köçürmək və sığdırmaq olar?


Creative Cloud adlı bir qrup bu suallara cavab tapıb. Araşdırmanın nəticələrinə görə, bütün interneti yazmaq üçün yarım milyon litr mürəkkəb lazımdır. Eyni miqdarda təyyarə yanacağı bir Boeing 747-ni tam 18 min mil uçura bilmək üçün kifayət edər.
İnterneti çap etdirmək üçün 3 805 il vaxt lazımdır. Yəni məlumatları oxumağa başlamaq üçün bu əməliyyatın e.ə. 1800-cü illərdə Babillilər tərəfindən başlanması gərək idi. Amma komanda ilə işi bir az yüngülləşdirmək olar. Belə ki, əgər bütün ABŞ əhalisi (təxminən 400 milyona yaxın) eyni vaxtda yazıları çap etməyə başlasa, internet 6 dəqiqə 36 saniyə sonra oxunmağa hazır hala gələ bilər.



Ardı

Kitab ətri

Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.



Ardı