Kişilər hisslərini niyə gizlədir?


Mütəxəssislər müasir kişilərin hisslərini gizlətməsinin bir neçə səbəblərini açıqlayıb. 

  • Kişilərin hisslərini açıq şəkildə etiraf etməməyinin əsas səbəbi bir qadına tam bağlanıb, azadlığını itirmək istəməməsidir. Bundan başqa müasir kişilər üçün tanışlıq və seçimlər çoxdur. Kişi fikrini dəyişə bilər ehtimalını düşünür və sevgisini tam hiss etdirmir. Təbii ki, bütün kişilər belə deyil. Əsl sevgini gizlətmək qeyri-mümkündür.
  • Kişilər hər şeyi qapalı edir. Hissləri də bu kateqoriyaya daxildir.
  • Kişilər qadınlar tərəfindən  rədd edilməyə alışıblar. Bu səbəblə də, hisslərini dilə gətirmir və qorxurlar. Başlanğıcda kişilər məntiqli olur və duyğysallığa qapılmır. Duyğusal olmağı zəiflik hesab edirlər. Çərşənbə axşamı öz-özünə “Ona çərşənbə günü zəng edəcəyimi düşnürəm” deyir. Bir çox kişilərin qadının ona çərşənbə günü deyil, başqa bir gün ethyacı olduğunu ağlına gətirmir. Elə isə niyə belə davranırlar? Bunu, “özlərini qorumaq və vəziyyəti nəzərət altında saxlamaq üçün edirlər”.

Ardı →

Kişilərin ağlından nələr keçir?

???Yaşını gizləyən qadın təhlükəlidirmi? 
Kişilər, yaşını deməməkdə israrlı olan qadınların biloji saatının çox sürətlə hərəkət etdiyini düşünür. Kişilər bu qadınlardan uzaq durmağa üstünlük verir. Çünki düşünürlər ki, tanışlıqdan 3 həftə sonra belə qadınlar çox güman ki, evlilik haqqında planlar qurmağa başlayır. 

İdaman salonuna gələn xanımlar
Kişilər idmana gedərkən ancaq idman haqqında düşünür və belə olmalı lazım olduğunu fikirləşir. Lakin idman salonuna baxımlı geyimlərdə gələn qadınların məqsədinin başqa olduğunu düşünür. Həmin qadınların ancaq özünü göstərmək və nümayiş etdiyi üçün gəldiyini düşünürlər. Əslində, bu məsələdə haqsız da deyillər. 

Yeniyetməlikdən ayrılmayan qadınlar 
Kişilər çəhrayı və əlvan rənglərə düşkün qadınları yetkinlik yaşına çatmış hesab etmir. Bütün əşyaları çəhrayı rəngli olan qadınların uşaq xarakterli olduğunu düşünür. 

Rəqabət mühitində narahat olurlar.
Kişilər sevgililərinə dostluq hekayələri anlatmağı sevdiyini deyir. Fəqət, sevgililəri qarşılığında daha maraqlı hekayələr danışırsa, kişilər rəqabət mühitində özlərini yaxşı hiss etmir. Hətta bundan narahat olduğunu gizlətmirlər.
Ardı →

Qadın və Kişi fərqlilikləri

Biri yeni bir avtomobil aldıqda, qadınlar rəngini, kişilər markasını soruşar.
Bir qadına Aya gedib gəldiyinizi söyləsəniz, dərhal kiminlə getdiyinizi soruşar.
Qadınlarda “tez fərqinə varma” geni vardır, bir şeyin çirkləndiyini, köhnəldiyini, bitdiyini daha tez bilərlər.
Kişilər eyni anda 8 kanalı birdən izləyə bilər, amma baxdıqları proqramların heç birinin adını bilməzlər.
Kişilər bir cümləyə başlar… qadınlar da bitirərlər!
Eyni iş üçün kişilərə daha çox pul ödənər.
Kişilər eyni anda həm yoldaşlarıyla danışıb, həm də futbol seyr edə bilərlər.
Qadınlar beyinlərinin hər iki yarımkürəsində də istifadə edə bilərlər.
Qızlar beyinlərinin sağ tərəfini, oğlanlar isə beyinlərinin sol tərəfini daha tez istifadə etməyi öyrənirlər, buna görə qızlarda yaddaş daha güclüdür, daha tez danışarlar, daha çox söz istifadə edərlər, oğlanlar isə riyaziyyatda və problem həll etmədə daha yaxşıdırlar.


Ardı →

Qadınlar kişilərdə ilk nəyə diqqət edər?

  • Qadın

“Mənim üçün əsas xasiyyətdir”.-Qadınlar kişilər haqda danışanda çox vaxt bu şablon ifadəni işlədirlər.
Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib. Amma etiraf etməliyik ki, bizə yoldaşlıq edən insanı seçəndə xarakter önəmlidir. Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir. Həm vacibdir, həm də ki, çətin.
İlk görüşdə biz qarşı tərəfin xarakterindən xəbərsiz oluruq.

Görünüş, gözlər, geyim bizə ilkin siqnalları verə bilər. Ancaq ilkin təəssüratlar bizi yanılda bilər. Tanışlıqlar çox vaxt eyni yerlərdə olur: iş yeri, qonaqlıq, internet, küçə və s. Bu ortamlarda insanların fikir verdikləri şey qarşı tərəfin görünüşdür. Bəs görəsən, cinslər bir-birlərində ilk nəyə baxır?
Ardı →

Kişilərin ilk diqqət etdiyi 6 şey

Hər zaman kişiləri diqqətsizlikdə günahlandıran xanımlara xoş xəbər. Sizə kişilərin qarşısındakı zərif cinsin nümayəndəsinə baxdığı zaman ilk 6 saniyədə diqqət yetirdiyi 6 şeyi təqdim edirəm. Bir çox xanımlar, mən də daxil olmaq şərti ilə kişiləri qadınlara nisbətən ətrafındakılara qarşı diqqətsiz olmaqda günahlandırır. Amma ilkin təəssürat hər kəs üçün maraqlıdır, yəni bu kişilər üçün də keçərlidir.  
Bir kişi qadını gördüyü anda 6 saniyə içində 6 şey onun diqqətini çəkir:

Bunların ilki gülümsəmənizdir. Həqiqətən, yoxsa yalandan, məcburiyyət qarşısında qalaraq gülürsünüz? Ya da gülüşünüz günorta yenməyində nə yediyinizdən xəbər verir mi?

İkincisi saçınızdır. Qadınların xarici görünüşlərində ən önəmli aksessuarlarından olan saçlarının düzümü, tərzi və ya rəngi kişiləri o qədər də maraqlandırmır. Onlar sadəcə saçlarınızın yumşaq, təmiz və gözəl qoxulu olub-olmadığına diqqət yetirirlər.


Ardı →

Kişi və qadınları daha çox nə qıcıqlandırır?

kişi və qadın
Britaniya mütəxəssisləri kişilərdə qadınları və qadınlarda kişiləri qıcıqlandıran səbəblərin siyahısını hazırlayıblar.

Belə ki, kişilər daha çox qadınların fikirlərini birbaşa ifadə etmələrindən qıcıqlanırlar.
Keçirilən sorğu nəticəsində aydın olub ki, kişilərin 50%-i sevdikləri xanımın fikir və istəklərini birbaşa deməmələrindən qıcıqlanırlar. 

Qadınlar arasında keçirilən sorğu nəticəsində aydın olub ki, onları ən çox qıcıqlandıran amil həyat yoldaşlarının paltarlarını hara gəldi ataraq evdə paltar zənciri yaratmasıdır. 

əllif: Muza E.F.

 


Davamı →

Kişiləri dəli edən 50 səbəb

dəli oluramBiz qadınların hansı hərəkətlərinin kişilərin xoşuna gəlmədiyini bilirsinizmi?
Ərinmədim, ətrafımda olan kişilərdən “Bir qızda/qadında xoşunuza gəlməyən cəhətlər hansılardır?”- deyib soruşdum.
Demək olar ki, hamısı aşağıdakı xüsusiyyətləri saydılar.
Bəzilərinə çox hirsləndim, “elə bil, siz də eyni şeyləri eləmirsiz heç?!” deyə içimdə fikirləşdim. Amma obyektiv olacağıma söz verdiyim üçün kişilər nə dedilərsə hamısını yazdım.
Buyurun, kişilərin bizdə xoşları gəlməyən və hətta bəzən onları dəli edən 50 səbəb. Oxuyaq və qeydlərimizi alaq.

1. “Danışmalıyıq” sözü ilə başlayan cümlələriniz (Oğlanların fikrincə, bu cümlə münasibətlərdə ilk sızıntıların meydana gəlməsinin siqnalıdır).


Ardı →

Kişi kimi kişi

         “Qadının yanında söz danışmayın? Hulqumu yoxdur”. Anlaşılan dillə desək, xanımlar emosionaldır. Hər hansı hissə qapılıb sözünü saxlaya bilmir. Keçmişdə belə deyərdilər. İndi  tam fərqlidir. 

        Emosionallıq da, hulqumsuzluq da indi kişilərin azarına çevrilib. Üstəlik qeybət edən, gileylənən, xəbər daşıyan kişilərin də sayı artıb.Qısacası, qadınların başı ailə saxlamağa, bəzi kişilərinki isə söz-söhbət yaymağa qarışıb. Hərdən adam xoflanır. Cəmiyyətdə dəyişkənlik baş verir? Qohum-əqrəbada küsülünü barışdıran, ehtiyacı olana əl tutan, yetimə yiyəlik edən, bir kəlməsi ilə qan bağlayan buxara papaqlı, əli təsbehli kişilərimiz niyə yoxa çıxıb?  Yerini araqızışdıran,  ev yıxan, yetimin malına göz dikən “kişilər” tutub. Yoxsa bu da avropalaşmaqdır? Əgər belədirsə, onda vay bizim halımıza. Çünki böyüyən uşaqlar əsl Azərbaycan kişisinə xas keyfiyyətləri yadırğayacaqlar. Axı, onlar böyüdükdə ucqar rayonlarda qalan tək-tük buxara papaqlı, sərtbaxışlı, sözü kəsərli kişilər də qalmayacaq. Onda doğrudan da halımız xarab olacaq. Övladlarımız kimə baxıb tərbiyələnəcək? Kimi təqlid edib böyüyəcək?Düşünək. Və çalışaq ki, hərəmiz evimizdə heç olmasa bir kişi kimi kişi böyüdək. Buxara papağı olmasa da olar. Əsas odur ki, aslan kimi ürəyi olsun. Ürəyi olsun ki, ürəklərdəki torpaq həsrətini söküb ata bilsin. Bax, bizim belə kişilərə ehtiyacımız var. Əgər hər şeyi Qərbin, Avropanın ümidinə qoysaq, onlar bizə özləri kimi kişi tərbiyə edəcəklər. Elə kişi ki, bir məsələyə iki yanaşma sərgiləsin, elə kişi ki, bir yox, bir neçə üzü olsun. Elə kişi ki, söz xətrinə söz desin. Necə ki, illərdir  Qərbin müxtəlif statuslu, müxtəlif rəngli kişiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kəsəri olmayan min bir bəyanat səsləndirirlər.  Bizə kişi kimi kişi lazımdır!
Davamı →

Kişilər, kişilər...

Marqaret Dürasın «Məşuq» povestinin təsirindən tez çıxsaydım və homoseksualla xoşbəxt həyat sürən yazıçının indi yazacağım fikirləri ilə rastlaşmasaydım, heç bu yazını da yazmayacaqdım. Madam Düras müsahibələrinin birində belə deyib: «Rober Antelm, gecə-gündüz yolunu gözlədiyim, düşərgələrdən qayıdıb gizlicə təqib etdiyim, bağlandığım, nə inkar, nə də unuda bildiyim insandır. Onu bundan artıq sevə bilməzdim. Dionis Maskolo isə, sadəcə mənə həyatın mənasını və oğlum Janı bağışladı.»
Davamı →

Çətin kişilər...

Kişilər çox vaxt dözülməz olur. İstər həyat yoldaşı və ya sevgili, istər oğul, istərdəki işdəki yoldaşlar, sürücü və satıcı kişilər… Ümumiyyətlə onları başa düşmək çox çətindir. Bəzən kişilər öz hərəkətləri ilə bizə çox məntiqsiz, sözləri yalan, hissləri isə düşünülməmiş görünür. Amma nə olur olsun, güclü cinsin nümayəndələri ilə yola getməliyik. Çünki kişilər öz anlaşılmaz hərəkətləri ilə həm də bizim intellektual səviyyəmizi və iradəmizi möhkəmləndirir.
Çətin münasibət qura bildiyimiz kişilər bir neçə tipə bölünür. Birinci nümunə məsləhət verənlərdir. Onlar çox təmkinli, səbrli və düzgünlüyü sevir. Heç vaxt səhvləri bağışlamır və ən böyük məşğuliyyətləri məsləhət verməkdir. Qadına qarşı onun çox tələbləri olur. Əgər siz ondan yüksək mövqeyə malik deyilsinizsə, onda hər zaman məzəmmət və töhmət gözləyin. Belə kişi ilə münasibət tezliklə pozulacaq. Onun yanında özünüzü ağılsız və fərasətsiz hesab edəcəksiniz. Tezliklə isə ona, eləcə də həyata olan məhəbbətinizi itirəcəksiniz.
Ardı →