Qəhvə haqqında bilmədikləriniz

Qəhvə kofe adlanan ağacın meyvələrindən müxtəlif proseslər nəticəsində toxumlarının ayrılaraq bölgədən bölgəyə fərqli dəmləmə üsulları ilə hazırlanaraq əldə edilən bir içki növüdür. ABŞ Beynəlxalq Qəhvə Assosiasiyasına (NCA) görə, dünya üzrə qəhvə meyvələrinin yalnız 5 faizində toxum tək və lobya dənəsinə bənzər olur. İspaniyada belə qəhvə dənələrinə «balaca ilbiz» deyilir. Bu növ qəhvə dənələrinin emalını maşın yox, insanlar həyata keçirir. Bu növ qəhvənin incə dadı və güclü ətiri olur. Döyülməmiş qəhvə dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Qəhvə meyvəsində adətən bir üzü yastı olan iki toxum olur. Bu meyvələrin toxumları müxtəlif proseslərdən sonra suda dəmlənərək istehlak edilir. Hər bir ölkənin mədəni damaq vərdişlərinə uyğun olaraq yaratdığı özünəməxsus içkiləri olsa da, qəhvə onlardan fərqli olaraq yer üzündəki insanların əksəriyyətinin həyatına daxil olmağı bacarıb. Hər bir cəmiyyət qəhvəyə özlərinə görə mənalar aid etmişdir; Özünə xas tərzdə qovurub, dəmlənib və təqdim olunmuşdur. Yarandığı gündən bəri saysız-hesabsız insanların dolanışıq mənbəyi olmuş, böyüdüyü bölgənin iqtisadiyyatını formalaşdırmışdır. Bu gün də dəyərini artıraraq insanların təqdirini qazanmağa və dayanmadan dünyanın hər nöqtəsinə çatmağa davam edir. Bu səbəbdən də dünyada neftdən sonra ən çox satılan məhsul olma xüsusiyyətini hələ də qoruyub saxlayır. Bölgələrinə, mallarına və maddi-mənəvi mənalarına ad verdiyi qəhvəni əvvəldən gəldiyi nöqtəyə qədər təsvir etmək mümkün olmasa da, sizə cavab verəcək şəkildə izah etdik. Kofenin istehsalından tutmuş təqdimatına qədər hər sualınız üçün internetdə yayımlanan ən uzun qəhvə məqaləsini sizin üçün hazırladıq.


Davamı →

İstilərə sərinlik qatacaq ən dadlı kofe reseptləri

Kofesevərlər üçün mövsümün soyuq və isti olması əhəmiyyətli deyil. Yayın istisində belə özünü kofesiz təsəvvür etməyənlər üçün bir neçə resept var.
Evdə rahatlıqla hazırlaya biləcəyiniz soyuq kofe reseptlərini təqdim edirik:
Klassik buzlu frappe
Ərzaqlar: dabl espresso, 1/3 su stəkanı buz, 100 ml süd, şəkər və ya şokolad siropu.
Üzərinə: rəndələnmiş şokolad və kofe çəyirdəkləri.

Davamı →

Kofeyə bunları əlavə edin

Kilo verməyin ən effektiv üsulu metobolizmanı sürətlənirən qidalar yeməkdir. Kofe bir çoxumuzun sevərək qəbul etdiyi qidadır. Kofenin içinə əlavə edəcəyiniz bəzi qidalar ilə metobolizmanızı sürətləndirib, yağ əriməsini asanlaşdıra bilərsiniz.

Kofeyə kokos yağı əlavə etmək
Kokos yağı metobolizmanı sürətləndirir. Xüsusilə də kofenin içində qatıldığı zaman yağları sürətlə yandırır. Araşdırmalar göstərmişdir ki, hər gün 2 və ya 3 dəfə tərkibində kokos yağı olan kofeni içdiyiniz zaman yağ əriməsi asanlaşır.

Kofeyə darçın əlavə etmək
Darçının insan sağlamlığına nə qədər faydalı olduğunu hamımız bilirik. Darçının ən önəmli xüsusiyyətlərindən biri həzmi sürətləndirməsidir. Eyni zamanda qan şəkərini də tarazlaşdıraraq, tox qalmağa kömək edir.
Davamı →

Türk qəhvəsi faydalıdır

Kofeinlə bol olan türk qəhvəsi metabolizmi sürətləndirdiyi üçün arıqlamağı asanlaşdırır. 

İdman etmədən öncə yağ yandırmağı asanlaşdırır.

Tərkibindəki kofein miqdarı metabolizmin sürətlənməsində iştirak edir. 

Qara ciyərin piylənməsinin qarşısını alır.

Bədəndən zərərli maddələrin xaric edilməsinə kömək olur.
Davamı →

Frappe

frappeFrappe (fran. frapper – vurmaq, tıqqıldatmaq, zərbə endirmək) qatı və soyuq kokteyllərdəndir. Onun əsas tərkibi süd, dondurma və meyvə siropundan ibarətdir. Frappe əsasən alkoholsuz içkilərdən hesab edilir, amma, bəzən onu sərt alkohollu içkilərə əlavə edirlər. Frappe kremlərə, likörlərə, tinkturalara, biterlərə əlavə edilərək də içilir. Bəzən frappeyə şokolad, meyvə və giləmeyvə əlavə edib içilir. Onu buzlu və buzsuz içmək mümkündür. Mütəxəssislər gün ərzində 50 ml-dən çox alkohollu frappe içməyi məsləhət bilmir. O soyuq halda və udum-udum içilən içkidir.

Ən məşhur frappe Kofe Frappedir. Onu Nestle şokolad firması hazırlayır. Bu frappe tez hazırlanan qidalardandır. Kofe Frappenin tərkibində kofe, süd, şəkər var. O buzla içilir.

Alkoholsuz, kofe və meyvə-giləmeyvə tərkibli frappe orqanizmi tonuslandırır. Onun tərkibində çoxlu faydalı maddələr var. Bu maddələrin siyahısında əvəzolunmaz amin turşuları, heyvan mənşəli yağlar və s. var. Süd və dondurma tərkibli frappenin tərkibində çoxlu miqdarda kalsium, fosfor, kalium, dəmir və s. var. 
Davamı →

Ac qarına qəhvə içmək olmaz

Əksəriyyət günə enerjili başlamaq üçün qəhvə içməyin yaxşı fikir olduğuna inanır. Lakin oyanan kimi, xüsusilə də ac qarına qəhvə içmək düzgün deyil.

Mədədə olan hidroxlorid turşunun səviyyəsi normal miqdarda olanda vücudumuz qidaları asan həzm edə bilir. Mədə boş olan vaxt həmin turşu fəaliyyətdə olduğuna görə, bu, qarın ağrılarına səbəb olur.

Ac qarına qəhvə içəndə isə vücud daha çox turşu ifraz etdiyi üçün problem artmağa başlayır. Eyni zamanda səhər ac qarına günə başlayanda beyin serotoninin düzgün işləmə qabiliyyəti azalır və belə hal depressiyaya səbəb ola bilir.
Davamı →

Əmizdirən ana qəhvə içə bilərmi?

Körpə əmizdirərkən qəhvə içmək olarmı? Kaffeinin südverən anaya və körpəyə hansı zərərləri ola bilər?
Hamilə olarkən bəzi qidaların qəbulunda məhrumiyyətlər normaldır, deyilmi? Bəs körpə doğulduqdan sonra necə olmalı? 9 aylıq qida qəbulundakı qadağalardan sonra köhnə yemək vərdişlərinə birbaşa qayıtmaq mümkündürmü?
 
Hamilə qadınlar əlbəttə ki, daha təmiz və faydalı ərzaqlar yeməyə çalışırlar. Hətta hamilə olduqlarını bilənə qədər yedikləri yumşaq pendir və suşi onların körpəsinə necə zərər verə bilər deyə təlaşa düşürlər. Amma südverən anaların narahatlığı körpə dünyaya gəldikdən sonra da davam edir.
Davamı →

Qəhvə hansı xəstəliklərdən qoruyur?

Qəhvə bəzi ciddi xəstəliklərin inkişafı riskini xeyli azaldır. Belə qərara Harvard Universiteti alimləri gəliblər. Bir neçə il ərzində alimlər 130 min qəhvə sevən insana nəzarət etdikdən sonra aşkar ediblər ki, qəhvənin müntəzəm istehlakı orqanizmi bu xəstəlik və pozulmalardan qoruyur:

1. Neyrodegenerativ xəstəliklər: Alsgeymer və Parkinson xəstəliyi 
Bu xəstəliklər məhz beyinin qocalması ilə bağlıdır. Araşdırmalar göstərib ki, qəhvə beyinin qocalmasını ləngidir.
Davamı →

Arabika və Robusta arasında fərq nədir?

Arabika kofesi üstün keyfiyyət ilə sinonimdir. O, azca turş və əla şokolad dadı verir. Robusta çox kəskin və daha acıdır. Çünki daha çox kofeini var.

Arabika kofesi (coffea Arabica) ən qədim və məşhur kofe növüdür. Dünyadakı kofeinin 70%-I bu növə məxsusdur. Arabika yeganə növdür ki, onun toxumundan yüksək keyfiyyatli kofeni heç bir əlavə olmadan əldə edirsiniz.
Davamı →

Kofe həvəskarları

Ən çox kofe İtalyanlar, Yunanlar və ya İspanlar tərəfindən içilmir. Kofeni ən çox içənlər Skandinavlardır.

Orta Avropa vətəndaşı illik olaraq beş kiloqram kofe istehlak edir. Aparılan reytinqlərə görə, Finlandlar ən çox kofe istehlak edən millətdir. Finlandiyanın hər bir yetkin vətəndaşı illik 12 kiloqram kofe istehlak edir. İkinci yer Norveçə məxsusdur- 8.85 kq, Danimarka- 8358 kq və İsveç – 8 kq. ABŞ reytinqdə 16-cı yer tutur. Amerikalılar içində kofe cüzi miqdarda olan içkiləri xoşlayırlar. Maraqlısı odur ki, dünyanın ən çox kofe istehsalçısı Braziliya onun istehlakına görə ABŞ-dan aşağı pillədədir. Digər tərəfdən, kofe sevən kimi tanınan İtalyanlar bir nəfərə 5.1 kqlar 10-cu yerdədir. Onların yanında İsveçrə, Hollandiya, Almaniya, Avstriya və Fransa var.
Davamı →