Kolbasa alarkən nələrə diqqət etməliyik?

Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. İstehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.

Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır.
Davamı →

Vetçina nədir?

Əslində vetçina qeyri-adi ərzaq deyil.
Vetçina kolbasa məmulatıdır. Bütün marketlərdə kolbasa, sosiska bölməsində satışda olur. Vetçina təzə məhsul deyil. Onun yüzillərlə yaşı, tarixi var.

Kolbasadan fərqli olaraq o hamar, bütöv ət tikəsindən olur. Ət sümükdən bütöv lay-lay, yağdan ayrılır, marinadda saxlanılır, preslənir. Vetçinanın çiy, bişmiş və hisə verilmiş növü olur.

Vetçina donuz, mal əti, hinduşka və toyuqdan ola bilər. Seçim sizin. Vetçina duzlu olur. Amma bəzən digər ədviyyatlar da qatırlar. Quru və ya yumşaq, şirəli ola bilər.
Davamı →

Kolbasanın tarixi

Sosiska və kolbasa istehsalının uzun, təxminən iki min illik tarixi vardır. Keçmişdə müasir dövrdə olduğu qədər cürbəcür forma və növlər olmasa da, istehsalın ümumi cizgiləri məhz o zaman meydana gəlməyə başladı. Ötən yüz illiklər ərzində kolbasalar və sosiskalar müasir insanın menyusunun zəruri hissəsinə çevrilib. Kolbasaya oxşayan yemək haqqında ilk məlumat «The Orya» və ya «The Sausage» qədim yunan pyesində verilib. Bu pyes eramızdan əvvəl 500-cü ildə yazılıb. Ondan sonra bu sözə tez-tez yunan yazılarında rast gəlinir. Katolisizmin çiçəkləndiyi dövrdə bu məhsul dindarlar üçün ən sevimli yeməklərdən birinə çevrildi. Bayramlarda ondan çox istifadə edirdilər. 

Ardı →

"BİOLOJİ TERROR"1-KOLBASA

Mütəmadi olaraq aparılan laborator araşdırmalar zamanı hisə verilmiş kolbasa məhsullarının tərkibində fenol olduğu aşkarlanıb. Texnologiyaya görə kolbasa məhsullarının tərkibində fenol olmamalıdır. Çünki bu məhsulun hazırlanma texnologiyası kolbasaların hisə verilməsi zamanı yalnız odun məhsullarından istifadə edilməsini tələb edir. Məlum olduğu kimi yanma zamanı odun məhsulundan fenol ayrılmır.

Bir maraqlı məqam isə odur ki ətin qiyməti ilə kolbasa sosiskanın qiyməti arasında xeyli fərq var. Burada maraqlı bir məqam ortaya cıxır ki, əgər kolbasa məmulatları sex sahiblərinin iddia etdikləri kimi keyfiyyətli ətdən hazırlanırsa o zaman bazarda kiloqramı 8 manata yaxın satilan sümüklü et sonda necə 4-5 manatlıq kolbasaya çevrilir?? Bu ikiqatlıq fərq bir yana qalsın bəs bu istehsal prosesi, daşınma satış xidmətlərinin xərci haradan ödənilir?


Ardı →

Kolbasa

Ətdən hazırlanan ən məşhur məmulat kolbasadır. Kolbasanı Şərqdə də, Qərbdə də xoşlayırlar.
Qədim yunanlar donuz qanına piy parçaları, yarma və sarımsaq qatıb, qan kolbasası hazırlayırdılar.
Məlumdur ki, qədim romalılar Lukaniya və Qalliyyadan hisə verilmiş sosiska alırdılar. Müasir tipli bağırsaq kolbasalarını XIII əsrdən etibarən hazırlamağa başlamışlar.


Ardı →