İnsan həqiqətən Aya ayaq basdımı?!

Son illərin ən aktual mövzularından və müammalı məsələlərindən biri də Neil Armstrong-un Aya uçuşu ilə bağlıdır. Armstrong həqiqətən də Apollo 11 ilə Aya getdimi? Yoxsa o fotolar bir çox mütəxəssislərin və kosmonavtların dediyi kimi Nevada səhrasında quraşdırılan studiyada çəkilmişdi?  Neil Armstrong Aya ilk addımını atmamışdan qabaq bu məşhur sözləri demişdi: “Mən indi bu an mənim üçün kiçik,insanlıq üçün böyük addım atıram.” Armstrongun 46 il əvvəl dünya tarixinə həkk olunan bu sözlərinin faktiki olaraq heç bir dəlil-sübutu yoxdur. Çünki o hadisənin orijinal görüntüləri NASA-nın Marylanddəki bazasında çoxdan yoxa çıxdığı məlum oldu. Məşhur bilim adamları NASA-nın öz yalanlarını ört-basdır etmək üçün bu görüntüləri məhv etdiyini bildirdilər. Əslində kosmonavtlar Ayda yox San Benardino yaxınlığındakı Norton Hava Limanı yaxınlığında quraşdırılmış studiyada idilər. İndi isə NASA-nın Aya insan göndərə biləcək gücdə olmadığını və əslində bunun qeyri-mümkün olduğunu göstərən faktlara baxaq.  O məşhur dalğalan ABŞ bayrağının arxasındakı lander (astronovtları Ay üzərinə endirən qurğu) əslində çox güclü eniş mexanizminə sahibdir. Ancaq nədənsə bu qurğu Aya enərkən heç bir iz və krater buraxmır. Amma Neil Armstrong hətta ayaq ölçülərini aydın göstərən ayaq izi buraxır. Sual yaranır-Necə olur ki, lander heç bir iz buraxmadığı halda 70 kilo çəkidə olan Armstrong ayaq izi buraxır və bunu rahatlıqla nümayiş edə bilir?! Astronovt kölgədə olmasına rəğmən necə olur ki,dəqiq və parlaq görünür?! 
Ardı →

Gələcəyin enerji mənbələri

İqlim dəyişikliyi üzrə hökumətlərarası şuranın noyabrda dərc edilmiş son hesabatında parnik effekti yaradan qazların havaya atılmasının kəskin surətdə azaldılması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Bədbin proqnozlar fonunda alimlər və Fortune 500 reytinqli nəhəng kompaniyalar bu problemin həlli istiqamətində iş aparırlar. Bu işlərin bəziləri fantastik görünsə də, heç biri əlçatmaz deyil.

Enerji sahəsinə böyük gələcək vəd edən innovasiyalar isə bunlardır:

 1. Karbon qazının tutularaq ləğv olunması

Bu, energetikanın inkişafına təkan verəcək texnologiya olmasa da, havada zərərli qazın miqdarının azalmasına kömək edə bilər. Texnologiya kömürlə işləyən elektrik stansiyalarında karbon qazının yığılaraq yeraltı anbarlarda saxlanılmasına hesablanıb. Onun Avstraliya və ABŞ-ın elektrik stansiyalarında nümayiş etdirilən sınağı bu texnologiyaya marağı xeyli artırıb.


Ardı →