Kreativ proyektin işlənməsi

Bir çox müəssisələrin yenilikləri həyatı keçirmək cəhdləri əksər hallarda effektiv olmayan rəhbərlik və kadrlar məsələsində qeyri adekvat qərarlar üzündən uğursuzluqla nəticələnir.
Novator yeniliklər yaratmaq prosesində əsas fiqurdur. O, müəssisədə «insan resurslarının» idarə olunmasında əsas rol oynayır. Novatorun xarakterik xüsusiyyətinə yeniliklər yaratmaqda aktiv iştirak etmək, qeyri-müəyyənlik və risklərin olduğu şəraitdə düzgün hərəkət etmək, problemin qeyri-standart həllini tapmaq, yüksək istehsal səviyyəsini təmin etmək aiddir. İdeyalar generasiya edən bilikli insan, iş çertyojlarından baş çıxaran mühəndis, məhsul və ya texnologiyanın təkmilləşdirilməsinə aid təkliflərlə çıxış edən ixtisaslı işçi, innovasiya layihəsinə başçılıq edən menecer novator ola bilər.


Ardı →

Təşkilatlarda kreativ mühit

Təşkilatda yaradıcılıq əhval-ruhiyyəsinin təmin olunması üçün rəhbərlik tərəfindən kreativ fəaliyyətin dəstəklənməsi həlledici rol oynayır. Əsl rəhbər o şəxsləri adlandırmaq olar ki, o ya öz sözləri, ya da özünün potensial imkanlarını tam ifadə edib özünü nümunə göstərərək insanları canlandırmaq qabiliyyətinə malik olsun, onların fəaliyyətləri üçün şərait yaratsın və məqsədlərinin realizəsi üçün tam sərbəstlik versin. Menecerin əsas vəzifəsi ondan ibarətdir ki, o bütün məsələləri öz üzərinə götürməməli və bütün qərarları tək qəbul etməməli, əksinə o rəhbərlik etdiyi kollektivdə yaradıcılıq axtarışı atmosferi yaratmalıdır. Bu böyük məna kəsb edir, belə ki, işçilər tədqiqetmə prosesinə cəlb olunur və ən əsası isə özlərinin qəbul etdiyi qərarların reallaşdırılmasında iştirak edirlər.
Davamı →

Endi Uorhol sənəti

Əsl adı Andrew Warhola olub əsasən Andy Warhol adı ilə tanınan bu amerikan dahisi XX əsrin ən maraqlı insanlarından biridir.Əslən slovakiyadan olan mühacirlərin evində Pitsburqda doğulan Endi uşaqlıqdan insanlara çox qaynayıb-qarışmazdı. Hamı onu sakit, qapalı,öpz aləmində olan bir adam kimi tanıyırdı. Bir müddət o reklam işində və rəsmlə məşğul olur.Amma onu populyarlaşdıran Campbell konserv bankalarının şəkli olur:
Ardı →