Kələmli peraşki

Tərkibi:
4 stəkan un
1 stəkan su
4 x/q bitki yağı
2 x/q şəkər tozu
1 paket quru və ya 20 qr təzə maya
yarım ç/q duz
1 ədəd balaca bərk kələm
500 qr soğan
ədviyyatlar zövqə görə

Hazırlanma qaydası:
Un ələnir. Bir stəkan isti suya şəkər tozu və maya əlavə edilir. Üzərində köpük əmələ gələndə unun boşqabına əlavə edilir. Duz əlavə edilir. Xəmiri yuğurmağa başlayırırq və axıra yaxın ona otaq temperaturunda olan bitki yağı əlavə edirik. Xəmir çox bərk alınarsa ona lazımı qədər su əlavə edilir. Şar formasına salınır. Dəsmalla üstü örtülüb, bir saat yarımlıq isti yerə qoyulur.
Davamı →

Pendirli göbələklər

Tərkibi:
15 ədəd iri göbələk (şampinyon)
500 qr pendir (duzlu suluquni)
250 qr kərə yağı
100 qr əridilmiş yağ

Hazırlanma qaydası:
Göbələklər nəmli salfet ilə silinir və qabıqları soyulur.  Suluquni pendiri iri sürtkəcdən keçirilir. Həmçinin iri sürtkəcdən soyuq kərə yağı da keçirilir.  

Pendirlə yağ qarışdırılır və göbələyin içi doldurulur.  Sobanın tavasına folqa kağızı sərilir, üstü yağlanır və hazırlanan göbələklər tavaya düzülür. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada, 15 dəqiqə bişirilir.  Hazır olduqda süfrəyə verilir. Nuş olsun!
Davamı →

Lavaş ruletləri

Lavaşdan sadə və asan başa gələn çox dadlı ruletlər hazırlamaq olar. 20 müxtəlif tərkibə malik içliklər isə ruletlərə daha çox ləzzət və gözəl görünüş qatacaq.

Lazım olan məhsullar:
— Lavaş İçliklər:
1. Ev kəsmiyi (200 qram), 2 diş sarımsaq, duz, göyərti və biraz mayonez.

2. Krab çubuqları (1 paket), soyutma yumurta, sürtgəcdən keçirilmiş pendir, 2 diş sarımsaq, mayonez və göyərti.

3. Soğanla qızardılmış şampinyon göbələyi, 1 qab “Yantar” tipli krem pendir, göyərti. Əgər acı xoşlayırsınızsa, biraz xırdalanmış marinad xiyarlarından əlavə edə bilərsiniz.

4. Ev kəsmiyi, sarımsaq, göyərti, sürtgəcdən keçirilmiş pendir və duzlu xiyar.
Davamı →

Ratatuy

Tərkibi:
1 ədəd yunan qabağı
1 ədəd badımcan
1 ədəd qırmızı şirin bibər
1 ədəd yaşıl şirin bibər
1 ədəd iri baş soğan
1 diş sarımsaq
50 ml zeytun yağı
8-10 ədəd reyhan yarpağı
350 ml tomat əzməsi

Hazırlanma qaydası:
Ratatuy — tərəvəzlərdən ibarət olan Fransa Provansının ənənəvi yeməyidir. Adətən süfrəyə qarnir kimi təqdim olunmasına baxmayaraq əsas yemək kimi də istifadə edilə bilər. Bir növ Macarstan leçosuna bənzəyir. Pomidor bu yeməyin əsas inqredientidir. Ratatuyun müxtəlif növ hazırlama qaydaları mövcud olmasına baxmayaraq, hazırki resept fransanın ənənəvi reseptidir.
Davamı →

Sobada qayğanaq

Tərkibi:
2 ədəd yumurta
göy soğan
pomidor
4 x/q qaymaq
yaşıl noxud
kərə yağı (formaları yağlamaq üçün)
zövqə görə duz
zövqə görə istiot

Hazırlanma qaydası:
İnqredientlər hazırlanır. Soba 180°C temperaturunda qızdırılır. Forma qabları yağlanır. İçlik əlavə edilir: xırda doğranmış soğan, yaşıl noxudlar, pomidor, üzərinə bir xörək qaşığı qaymaq əlavə edilir.

Yumurta əlavə edilir. Duz və istiot vurulur. Yenidən bir xörək qaşığı qaymaq əlavə edilir. Forma bişirmə formasının içinə yerləşdirilir və bişirmə formasına yarı miqdarda su əlavə edilir. Hazır olana qədər sobaya yerləşdirilir. Bişərkən diqqət edin, əsas odur ki qurutmayasınız. Səhər yeməyi hazırdır! Nuş olsun!
Davamı →

Gicitkənli spagetti

Tərkibi:
5-6 porsiya üçün:
200 qr gicitkən yarpağı
300 qr spagetti
4 x/q zeytun yağı (+ 2 x/q sonda əlavə edilir)
4 diş sarımsaq
1 ç/q qırmızı quru bibər (acısız)
0.5 ç/q əzilmiş qara istiot
0.5 ç/q duz
150 qr parmesan pendiri

Hazırlanma qaydası:
Lazım olan inqredientlər hazırlanır. Gicitkən yaxşı yuyulmalıdır (adətən buna sərf olunan vaxt ümumi hazırlanmaya gedən vaxtdan çox olur). Gicitkəni yumağın iki üsulu var. Ya gərək əlcəkdən istifadə edəsiniz, ya da ilk olaraq gicitkən dəstəsinin üzərinə qaynar su töküb sonra isə onu soyuq suda yaxalayaraq yarpaqlarını dərəsiniz. Ümumilikdə inqredientlərin sayı az olduğu üçün: yağ, spagetti, gicitkən, pendir — onların keyfiyyətinin yaxşı olması məsləhətdir.
Davamı →

Kartof Şato

Kartof Şato — Fransa mətbəxinin ənənəvi qarniridir.

Tərkibi:
6-8 ədəd orta ölçüdə kartof
kərə yağı
2 x/q zeytun yağı
duz
ağ istiot

Hazırlanma qaydası:
2 Kartof yuyulub təmizlənir.  İti bıçaqla, ehtiyyatla kartoflara "çəllək" forması verilir. Bu şəkildə kartof balaca görsənər və daha tez qızarar. Kartofdan bu cür səliqəli formalar hazırlanır. Sonra kartoflar qaynayan suya salınır və 5-7 dəqiqə bişdikdən sonra çıxarılır.
Davamı →

Narnumru

Deyin görüm bu narlı yumurta şəklini görəndə ilk reaksiyanız necə oldu? Əgər siz “Wow!” dedinizsə, onda çox sağ olun! Sevindim ki, bəyəndiniz. Əgər “İkisi bir yerdə? Nə? Necə yəni? Elə niyə? Hmm.” Deyə düşündünüzsə yenə də sağ olun. Bu sizin günahınız deyil. Çünki, həqiqətən də, bir-biri ilə qətiyyən əlaqəsi olmayan bu iki ərzağı bir yeməkdə birləşdirmək kimin ağlına gələ bilərdi?

Əgər kiminsə bunu etdiyindən xəbərim olmasaydı mən də elə sizin verdiyiniz sualları verərdim. Amma mən bilirəm ki, kimsə bunu artıq edib. Azərbaycanın Salyan rayonunda, nar və yumurtanın narnumru adlı qeyri-adi xörəkdə birləşdiyi gözəl məkanda.
Davamı →

Keşniş sousu

Keşniş sousu toyuq, balıq, ət xörəkləri üçün əla sousdur. Qeyd olunan qidalara xüsusi dad verən bu sousu uzun müddət saxlamaq olmaz. Hazırladıqdan sonra soyuducuda cəmi bir həftə saxlamaq mümkündür. 

Tərkibi: 
4 iri dəstə keşniş
2 göy soğan
2-3 diş sarımsaq
1,5 sm təzə zəncəfil kökü
1 acı istiot (göy, yaxud qırmızı)
3 x.q. limon şirəsi
1 x.q. şəkər tozu
1 ç.q. duz 
Davamı →

Folqada bişirilmiş ət

Dietoloqların fikirinə görə, ətin bu üsulla bişirilməsi ən düzgün sayılır. Bu üsulla bişirilmiş ət bütün öz faydalı xüsusiyyətlərini saxlayır, bişirilmə zamanı yağdan istifadə olunmur.

Folqada bişirilmiş ət həm dadlı, həm də faydalıdır. Bu ət həm isti, həm də soyuq şəkildə (qəlyanaltı kimi) masaya verilə bilər.


Ardı →