Leço

Dadlı leço hazırlamaq üçün 5 sirr
  1. Leçonun hazırlanması üçün yalnız yetişmiş və keyfiyyətli pomidorları götürün.
  2. Leçonu çox uzun müddət bişirmək lazım deyil. Onun tərkibindəki bibər bir az sərt qalmalıdır.
  3. Leço hazırlayarkən unutmayın ki, pomidorlar və bolqar bibəri ilə cəfəri, reyhan və kəklikotu uyğun gəlir. Həm də hamısından yaxşı qurudulmuş göyərtilərdən istifadə etməkdir.
  4. Pomidorlar nə qədər ətli olarsa, leço o qədər daha dadlı alınacaq.
  5. Orijinal macar leçosunun tərkibinə 3 məhsul – pomidor, bolqar bibəri və soğan daxildir.

Davamı →

Südlü sufle

Süddən hazırlanmış çərəzlər yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçün də çox dadlı və faydalıdır. Sizə hər kəsin xoşuna gələ biləcək bir çərəz resepti təqdim edirik.

Südlü sufle – yüngül və olduqca zərif bir çərəzdir. Onda yalnız bir çatışmazlığı var ki, onu bişdikdən dərhal sonra süfrəyə vermək lazımdır.

4-5 porsiya üçün:
Otaq temperaturunda olan süd – 1 litr,
Yumurta – 10 ədəd,
Buğda unu – 125 q,
Kərə yağı – 50 q,
Şəkər tozu – 300 q + 4 x.q.,
Vanil.

Hazırlıq prosesi:
Unu odavamlı qabda 300 q. şəkər tozu ilə qarışdırın, üzərinə kərə yağı və 6 yumurta sarısını əlavə edin və orta oda qoyun. Qarışığı daim qarışdıraraq dərhal onun təkibinə incə axınla süd əlavə edin.

Ardı →

Krivetin faydaları və bişirilmə qaydası

Balıqdan sonra ən çox istehlak edilən canlı krivetlərdi. Krivet çəhrayı, boz, qəhvə və sarımtıl rənglərdə ola bilər. Bütün il boyunca həm donmuş, həm də təzə olaraq istehlak edilə bilən bu canlı xüsusilə omeqa-3 yağ turşuları baxımından çox zəngindir.

Krivetin Faydaları
Krivet selenyum mineralı baxımından olduqca zəngindir. Selenyum xərçəng və bu tərz ciddi xəstəliklərə səbəb olan maddələri təsirsiz hala gətirir.

Krivet aşağı kalorili bir zülal qaynağıdır. Bir boşqab krevetdə təxminən 23,7 qram zülal və 112 kalori vardır.

D vitamini qaynağı olan krivet dişlərin və sümüklərin güclənməsinə köməkçi olur. Bundan başqa kalsium və fosfor tarazlığını da təmin edir.

Omeqa-3 yağ turşuları baxımından zəngin olan krivet beyin funksiyalarının nizamlı inkişafında və işində təsirlidir. Ehtiva etdiyi B12 vitamini ilə qan hüceyrələrinin inkişafını dəstəkləyir.

Diş ətləri narahatlıqlarında da anti-enflamatuvar təsiriylə bilinir.
Ardı →

Piti

Bizim ailələrdə və yeməkxanalarda çox iştahla yeyilən əziz xörəkdir. Mümkün qədər qoyunun çox yağlı döş-maçasından, peysər, sərdəs ətindən bişirilir. Pitiyə ətlə bərabər quyruq da salınsa daha ləzzətli olar. Piti sümüklü ətdən də bişirilir. Saxsı külpələrdə bişirilən piti xüsusilə ləzzətli olur.

Hazırlanma qaydası:
qabaqcadan isladılmış noxud küpədəki suyun içinə tökülərək bişirilir.
30-40 qrama yaxın doğranmış sümülü və sümüksüz ət noxud qaynayan qaba atılır, içinə duz, soğan salınır. Kəfi alınır.

Ümumiyyətlə xörəklər, xüsusən piti, nə qədər dəmlə bişərsə, bir o qədər dadlı olar. Bişənə yaxın içinə ədviyyat (sarıkök, istiot), olsa albuxara, olmasa təzə və yaxud qurudulmuş alça salınır.

Bundan sonra soyulub yuyulmuş kartof, əgər iridirsə iki bölünərək bişən ətin içinə atılır. Piti süfrəsində mütləq soğan olmalıdır.

Bəzi ailələr pitinin suyuna çörək doğrayıb ayrıca yeyirlər, sonra isə həmin qabda ətini əzib yeyirlər. Bəziləri isə ətlə suyunu biryerdə qarışıq yeyirlər. Zövqə görə bunların hər ikisi ləzzətlidir.
Davamı →

Əriştəli plov


Bu da o biri plovlar kimi bişirilir. Fərqi ondadır ki, buna düyüdən başqa əriştə də tökülür. Düyü qaynadıqdan bir qədər sonra, yəni bir az yumşaldıqdan sonra içərisinə əriştə tökülür. Əriştə ilə də 3-4 dəqiqə qaynadıqdan sonra süzülür.

O biri plovlar kimi ya yumurta qazmağı hazırlanır, yaxud dağ olmuş yağa töküb, adi qazmaq almaq üçün dəmə qoyulur. Dəmə qulluq edilir, dəm zamanı yağ tökülür. Dəm aldıqdan sonra iri buludlara çəkilib süfrəyə verilir. Əksər hallarda bunu, bişmiş ləpə, qiymə, soğança, tomat və yumurtadan hazırlanan qara ilə yeyirlər.

Süfrədə kələm şorbası, göyərti, duzlu xiyar, soğan olmalıdır.
Davamı →

Limon şərbəti

Qonaq çağırıldığımız hər bir evdə süfrələrimizi kola, limonat, qazlı içkilərlə bəzəyirlər. Lakin bir qədər keçmişə nəzər salsaq Azərbaycan süfrəsi müxtəlif meyvələrdən hazırlanan şərbətlərlə zəngin olub.

Bu gün sizlərə limon şərbətinin reseptini təqdim edirik. Əminəm ki, ev şəraitində hazırlanmış şərbət, insanların kökəlməsinə səbəb olan digər içkilərdən daha çox sizin tərəfinizdən bəyəniləcək.

Limon şərbəti üçün ərzaqlar:
4 limon
25 parça qənd
1litr su
1 damcı gül yağı, ya da 1 çay qaşığı gül şirəsi
0,1 q zəfəran

Hazırlanması:
Ətirli su və qənddən şirə bişirilir, limon qabığı (portağal qabığı da ola bilər) tökülüb qarışdırılır. 10 dəqiqədən sonra ya qızılgül şirəsi, ya da qızılgül yağı, daha sonra isə limon şirəsi tökülüb qarışdırılr, zəfəran suyu əlavə edilib soyuq yere qoyulur.
Davamı →

Zoğal kompotu

Ərzaqlar:
Zoğal
Şəkər tozu
Su
Bankaların ağzına bağlamaq üçün yapışdırıcı

Hazırlanması:
Zoğalı təmizləyib yuyuruq.
Bankaya dörd barmaq hündürlüyündə meyvə tökürük.

Hər bankaya 1 stəkandan bir barmaq aşağı şəkər tozu tökürük.(Şəkər tozunu zövqə görə azaltmaq da olar. Çox şirin istəməyənlər 1 armudu stəkan tökə bilərlər)

Su qaynadırıq.Qaynar suyu bankaya əlavə edirik. Qapaqları qaynar suya qoyuruq. Bankanın ağzını qapaqla örtüb yapışqanla bağlayırıq. Sonra bankaları çalxalayırıq içindəki şəkər tozu əriyir.
Ardı →

Gilas kompotu

Ərzaqlar:
Gilas
Şəkər tozu
Su
Bankaların ağzına bağlamaq üçün yapışdırıcı

Hazırlanması:
Gilasın saplağını təmizləyib yuyuruq. Bankaya 6 sm hündürlüyündə gilası tökürük.

Hər bankaya 1 stəkandan bir barmaq aşağı şəkər tozu əlavə edirik. (Şəkər tozunu zövqə görə azaltmaq da olar. Çox şirin istəməyənlər 1 armudu stəkan tökə bilərlər)

Su qaynadırıq. Qaynar suyu bankaya əlavə edirik. Bankanın ağzını qapaqla örtüb yapışdırıcı ilə yapışdırırq. Sonra şəkər tozunun əriməsi üçün bankaları çalxalayırıq.

Bankaları ədyalın arasına qoyub bükürük.
Soyuyandan sonra bankaları çalxalayıb götürürük.
Nuş olsun!
Davamı →

Kral blinləri

Tərkibi:
Buğda unu – 3 st
Süd – 300 ml
Yumurta – 3 ədəd
Kərə yağı – 100 qr
Qaymaq – 150 qr
Maya – 40 qr
Duz
Şəkər

Hazırlanması:
İlıq süd, unun yarısını və mayanı qarışdıraraq isti yerdə saxlayırıq.
Süd mayalandıqdan sonra kərə yağı ilə qarışdırılmış yumurta sarılarını əlavə edirik və hamısını qarışdırırıq.

Un əlavə etdikdən sonra zövqünüzə görə duz və şəkər qataraq qarışdırın və isti yerdə saxlayın.

Yumurtanın ağını və qaymağı ayrı-ayrılıqda çalın. Xəmir qalxdıqdan sonra içinə çalınmış yumurta ağını və qaymağı əlavə edin. Xəmiri 15-30 dəqiqəlik saxladıqdan sonra blinləri bişirə bilərsiniz.

Nuş olsun!
Davamı →

Cupcake

Tərkibi:
3 yumurta
2 su stəkan şəkər
1 su stəkan maye yağ
1 su stəkan süd
3 su stəkan un
1 vanil
1 qabartma tozu
1 paket kakaolu pudinq
Tort bəzəmə şəkəri
10 dənə altı düz dondurma papağı

Hazırlanması:
Keks xəmirini mikserlə çırparaq hazırlayırıq.
Papaqları 2 barmaq boşluq qalacaq şəkildə doldururuq. ( Kəkələ qabaracağı üçün bir az boşluq qalmalı)
Cupcake nimçəsinə və ya düz bir nimçəyə yerləşdirib bişiririk.
Kakaolu pudinqi hazırlayırıq. İstəsəniz krem şanti və ya tort kremi, əridilmiş şokolad və ya nutella da sure bilərsiniz.
Tort bəzəmə şəkərini səpirsiniz.
Davamı →