Möminin niyyəti, onun əməlindən üstündür

Həzrət Peyğəmbər (s) buyurur: “Dünya möminin zindanı və kafirin behiştidir”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dua — möminin silahıdır”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin niyyəti möminin əməlindən üstündür”.
İmam Əli (ə) buyurur: “Hikmət — möminin itmişidir”.
Rəsulallah (s) buyurur: “Namaz — möminin nurudur”.
Davamı →

Aşurə Günü

Əziz müsəlmanlar, bu il Noyabr ayının dördünə təsadüf edən Aşurə günü Məhərrəm ayının onuncu günüdür. Bu günün fəziləti ilə əlaqədar Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur: “Ramazan orucundan sonra ən fəzilətli oruc, Məhərrəm ayında tutulan (Aşura) orucudur”

Əziz qardaşlar, Məhərrəm ayı tarix boyunca insanlıq üçün sevindirici və kədərləndirici hadisələrin baş verdiyi bir aydır.  Məhərrəm ayının İslam dünyasında bu qədər məşhurlaşmasının səbəbi bu ayda Kərbala faciəsinin baş verməsidir. Hicri tarixlə altmış birinci ildə Peyğəmbərimizin (səs) nəslindən gələn bir qrup seçkin insan Kərbalada vəhşicəsinə şəhid edilmişdir. Bu faciə İslam tarixinin gördüyü ən dəhşətli hadisələrdən biridir. Bu cinayətin İslam dünyasının bağrında açdığı yara hələ də qanamaqdadır. Peyğəmbərimizi və onun mübarək əhli beytini sevən hər bir müsəlmanı bu hadisə dərindən kədərləndirməkdədir. Hz. Hüseyn, Peyğəmbərimizin həm əmisi oğlu, həm də kürəkəni olan Hz. Əli ilə cənnət qadınlarının anası Hz. Fatimənin övladıdır. Hz. Hüseyn, Hz. Peyğəmbərin: “Dünyanın iki çiçəyi, axitətdə də cənnətdəki uşaqların əfəndiləri” dediyi iki nəvəsindən biridir. Hz. Hüseyn, Peyğəmbərimizin: “Allahım! Mən onları sevirəm, sən də onları sev!” deyə dua etdiyi və  adını şəxsən qoyduğu nəvəsidir.


Ardı →

Allah`ı haqqı ilə təqdir etmək

  • Quran

Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.

Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.(Bəqərə surəsi, 255)

 Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.(Talaq surəsi, 12) 

Ancaq insanların çoxu Allah`ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz başlarında çıxardıqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allah`ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar «Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!» (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir. 


Ardı →

Möminlərin dostluğu

Hər insan «yaxın bir dost» axtarışı içindədir. Xoşbəxtliklərini paylaşacaq, çətin anlarında özünə dəstək olacaq, həll olunmamış qaldığı mövzularda həll yolları göstərəcək, özünü qeydsiz şərtsiz sevəcək, sədaqət göstərəcək, qoruyub gözləyəcək, səhvlərinə şəfqətlə yaxınlaşacaq, sağlığında olduğu qədər xəstəliyində və ya yaşlılığında da özünü tək buraxmayacaq insanlar axtarar.
Ardı →