Loqopediya nədir?

Loqopediya  — nitq inkişafı zamanı əmələ gələn qüsurların aradan qaldırılması və qarşısının alınması ilə məşğul olan pedaqoji elm sahəsidir. Nitq, insana məxsus olan ali psixi funksiyadır. O, uşağın bütün psixi həyatında mühüm rol oynayaraq onda əsas idrak proseslərinin formalaşmasına şərait yaradır. Sözsüz ki, uşağın nitq inkişafında baş verən pozğunluq, onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitdə ünsiyyət yaratmaq çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılmasında ciddi qüsurlar əmələ gəlir. Bütün bunlar da uşağı ən vacib vasitədən – özünütəsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.


Davamı →

Animaloterapiya - Heyvanlarla müalicə

Heyvanların insanlara təsir edə bilməsini tibb işçiləri qədim zamanlardan təsdiq ediblər. Hippokratın əlyazmalarında da bu barədə qeydlərə rast gəlmək mümkündür. Hippokrat öz xəstələinə at miməyi və atla gəzməyi məsləhət bilmişdir. O bunun sinir sisteminin möhkəmləndirdiyini və orqanizmin həyat tonusunu yüksəltdiyini öz əlyazmalarında qeyd etmişdir.

Müasir tibb elmi də heyvanlarla müalicənin effektli olmasənı təsdiq edir. Aşağıdakı heyvan növləri ilə müalicələrə daha çox üstünlük verilir.
Davamı →

Ozonoterapiya

Ozonoterapiya nədir?
Müasir təbabətdə xəstəliklərin müalicəsi və qarşısının alınması, orqanizmin həyat gücünün yüksəldilməsi məqsədi ilə daim effektiv, təhlükəsiz və yeni müalicə metodlarının axtarışları aparılır. Belə proqressiv müalicə metodlarından biri də ozonoterapiyadır.

Təbii, dərmansız, fizioterapevtik müalicə metodu olaraq, ozonoterapiya nəinki xəstəliklərin malicəsinə şərait yaradır, eləcə də, orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası, xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.
Davamı →

Ən qəribə müalicə metodları

Dünyada tibb elmi durmadan inkişaf edir. Bununla yanaşı, bizim üçün çox qəribə görünən müalicə metodları da qalır.

1. Mətbəx baltası – çapacaqla müalicə
Son illərə qədər Çin və Tayvanda bu gün hamımızın evində istifadə etdiyi ət doğradığımız mətbəx baltası – çapacaqla müalicə geniş yayılmışdı. Nə qədər qəribə də olsa, iti kəsici imkanları olan bu çapacaqlardan masaj məqsədilə istifadə ediblər. Çapacağı bədənə yumşaq toxundurmaqla onu irəli-geri hərəkət etdiriblər. Bu qəribə masaj növü əsasən insanın bel, baş əl-ayaq nahiyələrində tətbiq edilirdi. Müalicəvi funksiyası isə qanın bədəndə normal axınını təmin etmək, bədənin bir nöqtəsində ilişib qalan enerjini bütün bədən boyunca hərəkət etdirməkdən ibarət olub. Çapacaqla masajın ən önəmli cəhəti bədəndə yatan enerjini oyatmaq və insanda aktivliyi bərpa etməkdir. Bu üsul Çinin bəzi yerlərində indi də tətbiq edilir.
Davamı →

Dünyanın qəribə müalicə üsulları

Texnologiyayla birlikdə tibb sahəsində də yeni ixtiralar edilir. Ancaq insanlar dədə-baba qaydalarını bir kənara atıb, bu yeniliklərdən yaralanmaq istəmir.

Hindistanlılar bakirə inəyin sidiyini içməyin bütün xəstəliklərin şəfası olacağını düşünür. Jairam Sinqal adlı 42 yaşlı hindu inək sidiyini içəndən bəri şəkər xəstəliyinin sağaldığını deyir. İnək sidiyinin şəkər xəstəliyi, vərəm, şiş,  bir çox xərçəng növlərinə faydalı olduğu deyilir.

 Çin həkimlərinin çox müraciət etdiyi arı müalicəsinin revmatizma xəstəliyi olan insanlara faydalı olduğu düşünülür. Arı zəhəri arı iynəsi vasitəsiylə bu xəstəliyi olan insanların bədənlərinə vurulur.

Keçmişdə də tibbi zəlilər insan bədənindəki zəhərli qanı sovuran kimi istifadə edilirdi. Hazırda zəlilər qan dövranını sürətləndirmək üçün istifadə edilir.


Ardı →

Qəribə müalicə üsulları

guluş də mualicədirİnsan yarandığı gündən etibarən ölümsüzlüyün yolunu və gənclik «eleksiri»nin repestini tapmağa çalışır. Sağlam yaşamaq və gənc qalamq üçün effektli müalicə üsulları axtarır.
Gənc və sağlam qalmaq həvəsi insanları qəribə və elmi cəhətdən təsdiq olunmamış təhlükəli addımlar atmağa sövq edir. Baxmayaraq ki, tibbdə və elmdə bəzi müalicə üsulları rədd edilir, dünyanın bir çox yerində hələ də istifadə edilir. 

Qurğuşun — Azərbaycanda və bir çox müsəlman ölkələrində qorxunu aradan qaldırmaq üçün qurğuşun əridilər. Bunun təkcə qorxunu deyil, bədəndə yığılan bütün stress və gərginliyi aradan qaldırdığdığına dair də inanclar olduqca yüksəkdir. 

Peruda hamilə qadın delfinlərlə müalicədən istifadə edir. Delfinlərin buraxdığı yüksək tezliklə səslər ana bətnindəki uşağın beyninə müsbət təsir göstərir.
Ardı →