Körpə qoxusu

 

 Döyüş meydanındakı kimsəsiz bir evə girdi

Qəlbi nifrətlə dolu, hirsli Azəri əsgəri.

Ətrafına göz gəzdirdi,

            Gördü küncdəki beşiyi...

Başqa heç kimsə yox idi,

                        uçuq daxma bomboş idi.

Mərmilərin gurultusu,

             güllə-boran səsindən

                        Əsgər sanki sərxoş idi.


Ardı →

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ


 – Müharibə haqda nə düşünürsüz?
 -Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir.

 – Axı insanlar bir-birini öldürür, burda vacib olan nədir?
– Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedir. Bu, tamam başqa məsələdir. Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var.

 – İnsanlıq müharibəni sevir?
– Bəs necə? Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir.


Ardı →

Müharibə uşaqları

Müharibə uşaqlarını tanıyırsız? Sərhəddə, erməni əsgər postundan 1 km məsafədə yaşayan soydaşlarımız üçün həyat davam edir. Onlar hər kəs kimi sevirlər, evlənirlər və sonunda həyata bir körpə, bir dünya gətirirlər. O dünya ki, həyatın acısına-şirininə baxmadan uşaqlığını yaşayaraq böyüyür... 

Sizi onlarla fotojurnalist Famil Mahmudbəylinin fotokameranın yaddaşına həkk etdiyi görüntülərlə tanış edəcəyik. 
Fotolar erməni postundan 1 km məsafədə yerləşən Tovuz rayonunun Ağdam kəndində, Agdərənin Markuşevan cəbhə bölgəsi ilə üzbəüz kənddə çəkilib. 

Ardı →

"Qəzəb"

  • Kino

qəzəb«Fury» və ya bizim dildə desək sadəcə qəzəb deyil, «insan oğu niyə savaşır?» sualına cavab tapmaqda bizə kömək edən 134 dəqiqənin adı. Filmdə baş rolları «Brad Pitt», "Şia Labeouf" və «Loqan Lerman» bölüşür. Amerikalı məşhur rejissor «David Ayer» tərəfindən çəkilən Amerikan müharibə filmində hadisələr İkinci Dünya Müharibəsi dövründə cərəyan edir.  Filmin çəkilişlərinə ilkin hazırlıq 2013-cü ilin sentyabr ayının əvvəlində İngiltərənin Hertfordshire qraflığında başlayır, daha sonra əsas çəkilişlər 30 sentyabrda Oksford qraflığında həyata keçirilir. Çəkilişlər bir ay, Oksford şəhəri də daxil olmaqla müxtəlif ərazilərdə davam edir və noyabr ayının 15  də çəkilişlər başa çatır. Fim isə tam şəkildə 2014-cü ilin 17 oktyabr tarixində tamamlanır. Filmdə hadisələr 1945-ci ilin aprel ayında baş verir. Alman qoşunları geri çəkilməkdədi. Üçüncü reyx dağılsada, alman əsgərləri hələ də müqavimət göstərməyə davam edirlər. Döyüşlərdə iştirak edən Wardaddy ( «Müharibə atası») ləqəbli serjant idarə etdiyi Şerman tankı və onun 5 nəfərlik heyət üzvü ilə rəqibdən az olmalarına baxmayaraq Nazi Almaniyasının ürəyinə zərbə endirmək üçün qərhrəmanlıqla döyüşə başlayırlar. Başdan sona nəfəs almadan baxacağınız bu film 68 million dollara başa gəlmişdir.

 


Ardı →

Sevgisizlik dünyanı məhv edir

Pislik, haqsızlıq, kədər, bədbinlik. sıxıntı, tənhalıq, qorxu, stress, inamsızlıq, vicdansızlıq, narahatçılıq, qəzəb, qısqanclıq, kin, narkomaniya, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, yoxsulluq, oğurluq, dava-dalaş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma və zülm… Bütün bunlar, demək olar ki, hər gün qəzetlərdə və televiziyada rast gəlinən, gündəlik həyatda qarşılaşdığımız problemlərdir.

İnsanların və xalqların xilas olmaq istədiyi, hər sahədə mübarizə apardığı bu cür pisliklər, qarışıqlıq dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün qədim Yunanıstana və ya Böyük Roma İmperiyasına, Çar Rusiyasına və ya iki böyük dünya müharibəsinə, böyük ictimai hadisələrə səhnə olan XX əsrə nəzər salmaq kifayətdir. Ancaq hansı əsrə baxsaq, dünyanın hansı guşəsinə getsək, bu mənzərə dəyişmir. Çünki keçmişdə olduğu kimi, dövrümüzdə də bu cür pisliklərin mənbəyi dünyadakı ən böyük problem olan sevgisizlikdir.

İslam “silm” və “salam” kökündən törəmiş sözdür. “Silm” sülh, təhlükəsizlik, əmin-amanlıq və sevgi, “salam” isə xoşbəxtlik, salamatlıq və təhlükəsizlik mənalarını verir.

Axırzamanın ən mühüm problemlərindən olan sevgisizlik və inamsızlıq dövrümüzdə insanların çatışmayan cəhətidir. Bu gün dünyada baş verən müharibələrin, qırğınların, yardımlaşmadan qaçmağın, qısaca desək, dünyadakı əxlaqi pozuntunun səbəbi budur. İnsanlar dünyanın hər yerində bir-birlərinə etibar etmədən qorxu içində yaşayırlar. Qorxu mühitində sevgi olması, əlbəttə, qeyri-mümkündür. Dövrümüzdə heç kimin bir-birinə salam verməməsi, salam verənin salamının ardında pis niyyət axtarılmasının kökü də sevgisizlik mühitinin meydana gətirdiyi inamsızlıqdır.


Ardı →

DEPO

Vüsal Nuru

Depo

 

Avtobus qapılarını  açan kimi adamlar içəridən daşıb çölə töküldü. Tələsik düşənlərdən birinin ayağı büdrədi və ağzı üstə yerə yapışdı. Əl atıb durğuzdular, o da pərtliyini gizlədərək metroya tərəf getdi. Yuxulu görünürdü. O, Avtobusdan yox,  fırlancaqdan düşən adam kimi idi.

Kişinin 35-40 yaşları olardı. Başına qara kepka qoymuşdu. Əyninə də qəhvəyi rəngli qısa gödəkcə və mavi rəngli cins şalvar geyinmişdi. Əllərini gödəkcənin cibinə qoyub, cibiylə bərabər qarnını qucaqlamışdı. Hiss olunurdu ki, səhərin ayazı onu üşüdür. O, çiyinlərini qulağının dibinə qədər qaldırıb, əsnəyə-əsnəyə özünü metronun şüşəli qapılarına çatdırmağa çalışırdı.

Yol boyu əsnəyirdi. Ağzını ayğır kimi  acıb, gözlərini yumurdu. Özü də alt çənəsini sağ tərəfə əyərək əsnəyirdi.  Üzü arıq olduğundan əsnəyəndə sifəti eybəcərləşirdi. Bu çox gülməli görünürdü.  Nazik, bir az da donqar olan burnunun  üstü qırışırdı. Qaşlarının biri alnına qədər qalxanda, o biri bərk-bərk yumulmuş gözünün üstünə əyilirdi. Ağzını yuman kimi tənbəl-tənbəl əlini cibindən çıxardıb yumruğuyla sulanmış gözlərini silirdi. 


Ardı →

Mən yazıyam (esse)

Mən yazıyam. Yazılmışam. Qələmin mürəkkəbi sərf olunub mənə. Ya da XXI əsrdi, yəqin klavişlərə yazılmışam. Hər halda artıq yazıyam.

Özümü çox vacib varlıq hesab edirəm. Ən azı ona görə ki, siz mənim hesabıma  minillər əvvəlindən xəbərdar ola bilirsiz. Mən olmasam fikirlərinizi sizin səsiniz yetməyən yerlərə çatdırmağınız mümkün olmayacaq. Mən elə bir əhəmiyyətli varlığam ki, bütün qanunlardan, qaydalardan, məxfi sənədlərdən xəbərdaram. Dövlət işlərinin hamısını bilirəm. Hətta insanların şəxsi həyatlarından da xəbərim var.

Mən bəzilərinin gündəliyi, bəzilərinin ürəyindəkiləri çatdırdğı vasitəyəm. Mən, bəzən düşünülüb, lakin deyilməyə cürət edilməyən fikirlərəm. Mən sizin beyninizəm, düşündüklərinizəm. Mən hekayələr, esselər, məqalələr, məktublaram. Hətta romanlar, epopeyalar da mənəm.

Hə, indi gördüz ki, mən nə qədər əhəmiyyətliyəm. Amma məndən öz miskin fəaliyyətləri üçün istifadə edənlər də var. Mən, yüzlərlə, bəlkə minlərlə və bəlkə də daha artıq müharibənin səbəbkarıyam. Mən olmasam hökmdarların mənasız yazışmaları olmazdı, mən olmasam həmin hökmdarlar bir-birini hədələyə bilməzdilər. Mən olmasam xəritələr olmazdı. Dünya hissələrə bölünməzdi. Mən dünyanın ölkələrə bölünməsinə səbəb olmuşam. Mən ölkələrin bölgələrə parçalanmasına səbəb olmuşam. Ən dəhşətlisi mən, bəzən bir ölkənin iki yerə bölünməsinə səbəb olmuşam.


Ardı →