Pozitiv düşünməyi vərdiş edin

Hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Sən də daha xoşbəxt və hər gününü dolu dolu yaşamaq istəyirsənsə müsbət düşünməyi bir vərdiş halına gətirməlisen. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər. Müsbət düşünmə quruluşunu bir dəfə ələ keçirdikdə həyatı daha enerjili və daha həvəsli yaşamağa başlayacağıq.

Müsbət düşünmə tərzi həyatımıza bir çox gözəllik qatacaq və onlardan bəziləri isə özümüzə olan etibarımızı artırması, streslerimizi, hirslilik və depressiya hallarimizi ən aza endirməkdir. Bu pis hallardan xilas olmaq ve çox daha sağlam yaşamağı bizə təqdim edir deməkdir. Səhv etməkdən qorxmayın, müvəffəqiyyətli hər insanın gün içində etdikləri bir çox səhvləri vardır və o etdikləri onlarla səhvləri onların daha uğurlu olması üçün əslində bir köməkçidirlər.
Davamı →

Müsbət düşün, rahat ol

Dünyada 100 milyondan çox insan depressiya ilə yaşayır. Belə ki, müasir dövrün  xəstəliyi olan depressiya, artıq uşaqlarda da müşahidə edilir. Mütəxəssislər kömək etməyi xoşlayan insanlarda əhval ruhiyyənin yüksək olduğunu söyləyirlər. Başqalarına kömək etmək müsbət duyğuları inkişaf etdirir. Kömək etdiyiniz insanla ünsiyyət qurarkən təklik hissi azalmaqla yanaşı insanın özünüzə və yaşadığı dünyaya güvən hissi artır. Kömək etmək insanın özünə qarşı hörmət və sevgi hissini gücləndirir. 

İnsan öz gündəlik həyatının 10 dəqiqəsini müsbət davranışlara ayırması, uzun müddət əhval ruhiyyəni yüksək səviyyədə saxlayır. Pozitiv hərəkətlərin hər gün yerinə yetirilməsi beyində depressiya ilə əlaqədar bəzi strukturların qan dövranını gücləndirir.


Ardı →