Xalqa necə kitab oxutduraq?

Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər (R.Bredberi)

Ata tərəfdən uzaq qohumlarımız var, kəndə yaşayırlar. Ata təsərrüfatla məşguldu, ana isə evdar qadındır. Üç uşaqları var. Adətən, yay aylarında onlara qonaq gedərdik. Bəzən bir həfət onlarda qalırdıq. Bu həftə boyu bir şeyə diqqət etmişdim ki, uşaqlar boş vaxtlarında kitab oxuyurlar. Düzü, təəccüblənirdim. Kənd yerində yaşayan uşaqların mütaliəyə belə güclü həvəsinin olmağı mənə qəribə gəlirdi. Düşünürdüm, indi məktəbdə belə uşaqlara kitabə zorla oxudurlar, qaldı evdə onların könüllü müataliə etməsi…

Davamı →

Niyə kitab oxumuruq?!

Mütəxəssislər bunu ciddi ədəbiyyatın yaranmaması, dil baryeri və texnoloji inkişafla əlaqələndirirlər

İlk kitab çapından beş əsrdən çox vaxt keçir. Yüzilliklər ərzində kitab çapı avadanlıqları, üsulları əsaslı dəyişiblər. İlk dəfə almaniyalı alim İohan Quttenberq tərəfindən 1445-ci il sentyabrın 30-da xristianlığın müqəddəs kitabı «Bibliya» metal lövhələrin köməyi ilə çap olunub.

Davamı →

Azalanda çoxalan xoşbəxtlik – “Minimalizm” kitabı haqqında

Ətrafda səs-küy, qaçaqaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir.
Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən insan yaşayarkən yerə-göyə sığmır. Bəs nə edək sualına “Minimalizm” kitabında çox gözəl cavab veriblər.

Davamı →

Elias Kanetti | Məni formalaşdıran kitablar

Məktəbə getməyə başladıqdan bir neçə ay sonra bütün gələcək həyatımı müəyyən edən əlamətdar və həyəcanlı bir hadisə baş verdi. Atam mənə bir kitab gətirdi. O, məni biz uşaqlar üçün yataq otağı kimi ayrılmış arxa otağa apararaq izah etməyə başladı. Bu kitab uşaqlar üçün nəşr olunan «The arabian Nights» – «Min bir gecə» idi. Kitabın üz qabığında rəngbərəng bir şəkil vardı, deyəsən, Ələddin və sehrli çırağı idi. Atam mənə ruhlandırıcı sözlər deyir, ciddi tərzdə danışır, kitab oxumağın böyük bir sevinc olduğunu söyləyirdi. O, kitabdan bir əhvalatı ucadan oxuyub dedi ki, bu kitabdakı digər əhvalatlar da bu əhvalat qədər gözəldir. Sonra əlavə etdi ki, oxuduqlarım barədə axşam ona danışım. Bu kitabı oxuyandan sonra başqa bir kitab gətirəcəyini də söylədi. Xahişi təkrarlamağa ehtiyac qalmadı, oxumağı yenicə öyrənməyimə baxmayaraq, bu ecazkar kitabı əlüstü oxumağa girişdim və artıq axşamlar atama söyləyəcək nəsə var idi. O, öz vədinə əməl etdi – hər bitmiş kitab dərhal yenisi ilə əvəz olunur, oxumaq bir gün də olsun kəsilmirdi.

Davamı →

Xüsusən Məşhur adamın məşuqəsi haqqında

Yaxşı tanıdığımız, zəif və güclü tərəflərinə kifayət qədər bələd olduğumuz ədəbi mühitdən kənarda böyük yazan-pozan dəstəsi yaranmışdır. Avqust ayında bu dəstənin ayrı-ayrı üzvlərinin kitablarını oxudum. İndi oxuduğum kitablar haqqında fikirlərimi, aldığım təssüratları yazmaq istəyirəm. Burda yazacağım fikirlər aşağı-yuxarı dəstənin digər üzvlərinin də kitablarına aiddir.

Davamı →

Günel Mövlud dünyanın kitab paytaxtından yazır

Bir yazıçı olaraq, sosial şəbəkə hesablarımda dostluq siyahım əsasən kitab işi ilə bağlı, ya da mətbuatla əlaqəli insanlardan ibarətdir. Naşirlər, yazıçılar, jurnalistlər, tərcüməçilər...Bu siyahıda xeyli insan da qonşu Gürcüstandadır.
Bu il başlayandan, dostluq siyahımdakı gürcülərin paylaşımları birdən-birə intensiv və rəngarəng olmağa başladı, ana səhifəmi Tbilisidəki kitab tədbirlərindən çəkilmiş isti, hərəkətli videolar, şəkillər bürüdü. Heyranlıq və həsədlə baxdığım bu fotoların çoxluğu təəccüblü deyildi, axı Gürcüstanın paytaxtı Tbilisi 2021-ci idə “Dünyanın kitab paytaxtı” elan edilib. Və il başlayandan Tbilisi dünyanın bütün ölkələrindən axışıb gələn yazarların, şairlərin, naşirlərin toplaşdığı mədəniyyət mərkəzinə çevrilib.

Davamı →

Oxumağı sevdirəcək kitablar

Kitablar istəyərək və ya istəməyərək həmişə həyatımızdadır. Elələri var ki, gözünü açandan valideynlərinin şəxsi kitabxanalarını görüb və kitablar həyatının bir hissəsinə çevrilib. Elələri də var ki, məktəb dərsliyindən başqa əlinə kitab almayıb. Oxumağa başlamağın yaşı və vaxtı olmasa da, hansı əsərdən başlamağın böyük əhəmiyyəti var. Çünki ilk kitab sonrakılara təkan verməli, kitabı sevdirməli, oxuma alışqanlığı yaratmalıdır. Əlbəttə, yeni oxumağa başlayan birinə «Səfillər»i məsləhət görsək, onun həcmini görüb qorxacaq. Və ya «Cinayət və Cəza» desək, yarıda saxlayacaq. Oxumağa yeni başlayanlar üçün həcmi az, təhkiyəsi oxumağa vadar edəcək, axıcı kitablar daha məsləhətdir. Bu əlamətləri özündə daşıyan bir neçə kitab haqqında danışmaq istəyirəm.

Davamı →

Niyə kitab oxumalıyıq?

“Mən kitablarımı yaratmazdan öncə kitablarım məni yaratdılar“.
Mişel de Monten
 
Bütün hadisələr, yaşantılar, ilk baxışdan önəmsiz görünən bir fikir, söz belə, beynimizdə müəyyən izlər buraxır. Bu izlərdən heç izi-tozu qalmadan silinib gedənlər də olur, tədricən dərinləşib yeni-yeni cığırlar, yollar açanlar da. Təkrarlardan ibarət gündəlik yaşam ritmində bu cür cığırların öz-özünə açılacağını gözləmək sadəlövhlük olar. Komfort zonası nə qədər arxayınlıq, rahatlıq duyğusu yaratsa da, oradan çıxmadan zehnimizdə fərqli-fərqli izlər formalaşdıra, həmin izləri cığırlara, yollara çevirə bilmərik...

Davamı →

Kitab oxumağın bizə bəxş etdiyi möhtəşəm faydalar

Kitab sehrli bir əşya kimidir. Əlimizdəki səhifələrin üzərinə işlənmiş 32 hərfdən ibarət kombinasiyaları oxuyaraq getmədiyimiz yerlərə gedib, başqaları kimi düşünüb, hətta fərqli zamanlara səfər belə edə bilərik. Kitabların insanlara qatdığı dəyər olduqca çoxdur. Hər şeydən əvvəl kitablar daha yaxşı bir şəxsiyyət olmağımızı təmin edir.
Bu siyahımızda kitab oxumağın bizlər üçün faydalarını sıralamışıq. Kitab oxumağın bir insana qatacağı 13 möhtəşəm özəllik:
Davamı →

Uşaqlara mütaliə vərdişi uşaqlıqdan aşılanmalıdır

Uşağınıza kitab oxuma vərdişi qazandırmanın yolları nələrdir?
  • İlk olaraq özünüz də kitab oxumağı sevməlisiniz. Çünki siz kitab oxumasanız, uşağınız da sizdən bunu görməyəcək və tətbiq etmək istəməyəcək.
  • Uşağınızın oxumağı sevdiyi bir jurnalı davamlı ala bilərsiniz. Bu formada uşağınız bu jurnalın özünə aid olduğunu hiss edəcək və oxuma həvəsi artacaq.
  • Neçə yaşında olursa olsun, uşağınıza yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bu, onda yaranacaq həvəs üçün olduqca əhəmiyyətlidir.

Davamı →