Uşaqlara kitab oxumağın faydaları
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Oxuyan bir qızla sevgili ol. Pulunu pal-paltar əvəzinə kitablara sərf edən bir qızla sevgili ol. Kitablarından dolayı rəfinə sığa bilməz o. Oxuyacağı kitabların siyahısını tutan, 12 yaşından bəri kitabxana kartı olan bir qızla sevgili ol.
Oxuyan bir qız tap. Oxuyan bir qız olduğunu çantasında hər zaman oxumaqçün kitab gəzdirməyindən anlaya bilərsən. Kitab dükanında sevgiylə rəflərə baxan və axtardığı kitabı tapanda səssizcə sevinəndir o. Bukinistdə köhnə bir kitabın səhifələrini qoxlayan gözəl xanımı gördünmü? Bax, o oxucudur. Üstəlik kitabın səhifələri saralıbsa qoxlamadan durmaz...1. Heç vaxt darıxmazsınız. İctimai nəqliyyatdasınız? Kitabınızı açın. Gözləmə zalındasınız? Kitabınızı açın. Dostlarınız həmişə kitab oxuduğunuza görə sizi qonaqlıqlara, gəzməyə çağırmırsa, kitabınızı açın.
2. İlk görüşdə qarşınızdakını qiymətləndirməyiniz üçün əlinizdə möhtəşəm bir test var. “Kitab oxumuram” – dedisə, bundan sonra münasibətin ölüm fərmanı imzalandı.
3. Ətrafınızdakı adamlar sıxıcı, monoton, yalnız bir həyat yaşayanda siz yüzlərlə fərqli həyatı təcrübədən keçirə bilər, yüzlərlə insanın beynində gəzişə bilərsiniz.