Qustav Kurbe

Realizm cərəyanın yaradıcılarından və əsas nümayənlərindən biri Qustav Kurbe idi. O, İsveçrə ilə sərhəd olan Fransa şəhəri Ornanda dünyaya gəlmişdi. Uşaqlığı üzüm bağlarında, Fransanın şərqində, gözəl mənzərəli kiçik şəhərdə keçmişdir.

12 yaşından rəssamlığa maraq göstərməyə başlamışdır. 18 yaşında atasına hüquq üzrə təhsil alacağına söz verərək, Bezanson Kral Kollecində təhsil almağa başlayır. Lakin hüquqdan çox rəsamlıqla maraqlanır və iki il sonra paytaxt Parisə yollanır. Luvr-a baş çəkir, məşhur əsərləri kopyalayır, özünü inkişaf etdirir.

Kurbe Parisə gələndə çox iddialı, cəsur, heç kimdən, heç nədən çəkinməyən gənc idi. Tənqidçilər tək onun əsərlərini deyil, həmçinin onun özünü də tənqid edirdilər. Onu «kəndli ayı» adlandırırdılar. Hətta bir tənqidçi onun barəsində yazırdı:
Davamı →

Niko Pirosmani

Niko PirosmaniParisin «Bel Vyu» adlı miniatür teatrı 1905-ci ildə Tiflis şəhərinə bir həftəlik qastrol səfərinə gəlir. Səfərdən bir neçə gün öncə şəhərin görkəmli yerlərində «Yenilik! Bel Vyu öz ecazkar aktrisası Marqarita de Sevr ilə qonağımızdır!» məzmunlu afişalar yapışdırılır. Afişaların üstünü şanson müğənnisi, ecazkar rəqqasə Marqaritanın şəkli bəzəyir.

Sonralar rus yazıçısı Paustovski bu fransız xanım haqda belə yazmışdı: «Bütün kişilər Marqaritanın gözəlliyinə ehtiyac duyurdu. Lakin onun ürəyinin qapıları həmişə bağlı idi. Xanım davranışlarında özünə etinasız görünsə də, gəzdirdiyi gözəlliyə ciddi qulluq elədiyi hiss olunurdu. Şux ipək geyimi və bihuşedici Şərq ətirləri Marqaritanın gözəlliyinə əlavələr qatır, onu daha „təhlükəli“ gözələ döndərirdi».
Davamı →

Pablonun "Avinyon qızları"

İncəsənətdə modernizm 100 yaşındadır, çünki Pablo Pikassonun «Avinyon qızları» adlı rəsm əsərinin artıq 100 yaşı var. 1907-ci ildə Titanik hələ batmamışdı, kino Bur müharibəsinin titrəyən kinoxronikasından ibarət idi, «Antarktikalı» Skott hələ həyatda idi və Rayt qardaşları aktiv uçuş ixtiralarını təbliğ etmək üçün Avropaya səfər etmişdilər.

San-Fransisko hələ də öncəki ilin zəlzələsinin sarsıntısı altında idi. Ancaq anarxiya və kabarenin yarandığı yerdə — Parisin Monmartr təpəsindəki rəssam və yazıçıların basırıq, uçuq-sökük evlərdən ibarət studiyalarında, 25 yaşlı ispan mühaciri müasir incəsənətin ilk və ən böyük şedevrini yaradırdı.
Davamı →

Edvard Munk müasir dünyanın təlaşını necə ifadə edirdi?

Edvard MunchBunu «Kalo müəmması», ya da «Van Qoq tələsi» adlandırın: bu, incəsənət tarixində köhnə riskdir. Nə zaman rəssamlar həyatlarındakı psixoloji sıxıntıların ifadəsi kimi öz işlərində yüksək səviyyədə fərdiləşdirilmiş estetika və ya mövzular yaradırlar, biz sənətsevərlər bu işlərin arxasındakı mənaların yeganə cavabı kimi onlardan həvəslə yapışırıq.

Bu asanlıqla «Munk protokolu» da ola bilər. Norveçin heyranedici simvolist rəssamı Edvard Munkun rəsmləri (hal-hazırda bu işlər San-Fransisko Müasir İncəsənət Muzeyində «Edvard Munk: Saat və yataq arasında» adlı sərgidə nümayiş etdirilməkdədir) müntəzəm olaraq onun çətin tərbiyəsi, narahat ruhi vəziyyəti və gerçəkləşməmiş romantik həyatından təsirlənmə kimi izah olunur.
Davamı →

Vermeyerin "İnci sırğalı qız"ı: O, kim idi?

Soluna dönərək, o, qəfildən bizə tərəf baxır, onun yumşaq siması gecə göy üzündəki Ay kimi parlaqdır. Başında dəbdəbəli mavi- sarı çalma vardır, inanılmaz dolğunluqda inci isə onun qulağından asılmışdır. Parlaq yaş ləkə sanki indi danışacaqmış kimi açıq olan ağzının küncünü bəzəyir. Lakin onun sözləri sirr olaraq qalır.

Cazibədar, ancaq səssiz olan bu incə, adsız varlıq sadəcə "İnci sırğalı qız" kimi tanınır. Treysi Şevalyenin bestseller olmuş və öz növbəsində 2003-cü ildə baş rolda Skarlett Yohanssonun iştirakı ilə ekranlaşdırılmış tarixi romanına ilham verən bu rəsm təqribən 1665-ci ildə holland Qızıl əsr incəsənətinin sənətkarlarından biri, Yohannes Vermeyer tərəfindən çəkilmişdir.
Davamı →

Qogenin son mirası

Pol Qogenin, «nəcib vəhşi»yə çevrilmiş Paris birja dəllalının, Taiti və Sakit okeanın cənubuna etdiyi iki səfərdən (1891-93 və 1895-1903) yaranan şəkillər, heykəllər və digər əsərlərdən ibarət, bu zamana qədər keçirilmiş ən geniş sərgi Parisdə Qrand Palasda ziyarət sayına görə rekord qırdıqdan sonra, 29 fevralda Bostonda Təsviri İncəsənət Muzeyinə gəlir.

Niyə Boston? Çünki Təsviri İncəsənət Muzeyi Qogenin Taiti dövrünün ən möhtəşəm və şübhəsiz ki, ən böyük nümunəsinə, «Biz haradan gəlirik? Biz kimik? Biz haraya gedirik?» əsərinə sahibdir. Çox az adam başa düşür ki, bu rəsm Manenin "Çəmənlikdə səhər yeməyi", Söranın «Qrand-Jatt»ı və ya Pikassonun «Avinyon qızları» kimi pre-modernist nailiyyətini əks etdirən milli xəzinədir.
Davamı →

Bu məqalə deyil: Niyə Rene Maqrit əbədi dahidir?

Maqritin sürrealist təsvirləri klassik boyakarlıqla birləşdirən alma və qəlyanları bütün dünyada buzdolabı maqnitlərində görünməkdədir. Ancaq bütün bunların əsasında nə isə tükürpərdici və ekzistensial narahatlıq doğuran bir şey var.

Biz heç bir zaman Rene Maqrit sənətinə təəccüblənməyə bilməyəcəyik. 1967-ci ildə vəfat edən bu belçikalı sürrealist əbədiyyən müasirdir; onun əsərləri heç bir zaman köhnəlməmişdir və əsla köhnəlməyəcəkdir. Onlar heç vaxt həll edilə bilməyəcək hiyləgər bilməcələrdir və XXI əsr, onlar üzərində baş sındırmaqdan, sadəcə, özünü saxlaya bilmir.

Bu onillikdə Maqrit əsərlərindən ibarət, Teyt Liverpul bir yana, Nyu-York və Çikaqodakı böyük sərgilərin ardınca "Şəkillərin xainliyi" adı verilmiş Maqrit retrospektivi Parisin Pompidu Mərkəzində açılmaq üzrədir. Niyə muzeylər böyük Maqrit sərgilərini göstərməyə davam edir və niyə insanlar bu sərgilərə gəlməkdədir?
Davamı →

Piter Paul Rubens

Peter Paul RubensFlamand rəssamı Rubensi müasirləri “rəssamların kralı və kralların rəssamı” adlandırırdılar. Antverpenin ən gözəl guşələrindən birində rəssamın öz layihəsi əsasında inşa olunmuş evi və emalatxanası — “Rubens-hyuz” bizim günlərə gəlib çatıb. Bu evdən təqribən üç min tablo və çoxlu sayda gözəl rəsm əsəri çıxıb.

Rəssamın hələ erkən əsərləri, məsələn, “Xaçın qaldırılması” (1610) və “Xaçdan endirilmə” əsərlərindəki obrazlar onun çox istedadlı olduğunu təsdiq edirdi. Sərt kilsə qadağaları çərçivəsində işləməyə məcbur olan Rubens əsərlərində cərəyan edən hadisələrin bütün dramatizmini, ağrı-acısını cəmi bir neçə fiqurun köməyi ilə ifadə edə bilmişdi.

Rubens 1609-cu ildə Cənubi Niderland hökmdarları – infanta İzabellanın və ers-hersoq Albertin saray rəssamı olur. Onun emalatxanasında iş qaynayır, sifarişlərin ardı-arası kəsilmir. Əsərlərində ayrı-ayrı detalları yerinə yetirmək üçün ustad Van Deyk və Sneyders kimi böyük rəssamları əməkdaşlığa cəlb edir. Rubens əsərlərində sevdiyi mifoloji süjetləri təsvir edir: “Venera və Adonis”, “Sereranın heykəli”, “Levkippin qızlarının oğurlanması”.
Davamı →

Fransisko Qoyya

Francisco Goyaİspaniyanın Saraqosa şəhəri yaxınlığındakı kənddə mehrablara zər vuran yoxsul kişinin oğlu balaca Fransisko bir dəfə yaşadığı evin divarına donuz şəkli çəkir. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedad sezir və Fransiskoya oxumağı tövsiyə edir. Qoyya haqqında bu əfsanə İntibah dövrünün başqa fırça ustaları, xüsusən, bioqrafiyaları şübhə doğuran sənətkarlar barədə danışılanlara çox bənzəyir. 

Həqiqətən, 14 yaşlı Fransiskonun hansı yolla saraqosalı rəssam Lusano Martinesin şagirdi olmasını yalnız təxmin etmək olar. Bircə bu məlumdur ki, Qoyya onun emalatxanasında altı il çalışıb. Amma adı daim dava-dalaşda hallanan bu gəncin qeyri-adi dəliqanlılığı haqqında dolaşan əhvalatların sayı-hesabı olmayıb. Məsələn, üç nəfərin ölümü ilə nəticələnən belə davalardan birindən sonra Qoyya Madridə qaçıb. Burada o, Martinesin daha bir şagirdinin — həmin dövrdə müəyyən mövqe tutmuş Fransisko Bayenin emalatxanasında işləməyə başlayır. 
Davamı →