Sözün həqiqi və məcazi mənası

Dəmir qapı birləşməsində dəmir sözü qapının materialının dəmirdən olduğunu ifadə edir.Dəmir yumruq birləşməsində isə dəmir sözü «möhkəm», «güclü» mənalarını bildirir. Gördüyümüz kimi, dəmir metaldır, qapı dəmirdən hazırlanır, yumruğun isə metalla heç bir əlaqəsi yoxdur. Deməli, ilk baxışda dəmir sözünün göstərilən mənaları bir-birindən çox uzaqdır. Lakin dəmirdən hazırlanan hər bir əşya çox möhkəm, davamlı olduğu üçün, yumruq da söz birləşməsində dəmir sözü məhz bu mənada, yəni möhkəm, dözümlü, davamlı mənalarında işlədilir. Demək, dəmir sözünün həqiqi mənası ilə yanaşı, məcazi mənası da var.
Davamı →

Leksika

Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: «qələm» sözünün leksik mənası «yazı alətidir». Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn:azadlıq -müstəqillik — sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini  izah etməklə. Məsələn:dəmirçi — metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.


Davamı →