Mədəaltı vəz xəstəliklərinin çarəsi

Mədəaltı vəz və ya pankreas, adından göründüyü kimi mədənin altında yerləşən və 100 qrama qədər çəkisi olan bir orqandır. 100 qram olmağına baxmayaraq çox böyük bir işin öhdəsindən gəlir. Mədəaltı vəz yağların, zülalların, karbohidratların parçalanması üçün xüsusi maddələr ifraz edir.
Mədəaltı vəzin istehsal etdiyi maddələr öd axacağına tökülür və öd şirəsi ilə qarışmış halda həzmdə iştirak edir. Bu səbəbdən də mədəaltı vəzdə problem əmələ gələndə ilk növbədə öd kisəsi və öd yollarının vəziyyətinə baxılmalıdır. Öd yollarının daşla tutulması zamanı nə öd, nə də mədəaltı vəzin şirəsi onikibarmaq bağırsağa axa bilmir və şirə mədəaltı vəzin özünü yandırır, nəticədə mədəaltı vəzin iltihabı – pankreatit baş verir.
Davamı →

Mədəaltı vəzin şişləri

Adenokarsinoma üçünorta yaş həddi 55-dir, xəstəlik kişilərdə qadınlara nisbətdə 2 dəfə çox rast gəlinir, lakin ahıl dövrdə şəkərli diabet xəstəliyi də varsa, qadınlar da xəstəliyə tutula bilir. Klinik simptomları bədən kütləsinin itirilməsi və qarında ağrıların olmasıdır. Mədəaltı vəzin xərçəngi çox vaxt vəzin başında lokalizasiya olunaraq obturasion sarılığa gətirib çıxara bilər. Bundan başqa, dalaq venalarının obturasiyası, mədə və qida borusu venalarının genişlənməsi və mədə-bağırsaq qanaxmalarına gətirib çıxara bilər. 90% hallarda diaqnoz şiş regionar limfa düyünlərinə, qaraciyər və ağciyərə metastaz verdikdən sonra təsdiqlənir.


Diaqnoz: USM, KT, PET-KT, endoskopik retroqrad pankreotoqrafiya, dəri vasitəsilə punksion biopsiya, qanın biokimyəvi analizi, qanda onkomarkerlərin təyininə əsasın qoyulur, bəzən isə diaqnostika məqsədilə laparotomiya aparılır.


Ardı →