İctimai nəqliyyat vasitələrindən istifadə edənlər.
(P.S. İradlarınızı qeyd etməyinii xahiş edirəm. Fikirlərinizi açıq aydın şərhdə və ya şəxsi mesajla ifdə edə bilərsiniz, ən azından buna ümid edirəm :) )
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Sırada durmağın özü bir mədəniyyətdir. Bu mədəniyyət insanlara, ən başlcası isə insanın özünə hörmətdən irəli gəlir. Sırada durmaqda ən məşhur xalq ingilislərdi, ya da adları çıxıb, “English queue”, yəni İngilis sırası. İngilislər hər yerdə sırada dururlar, hətta avtobus dayanacağında belə. Qoca, cavan, qadın, kişi olmasında fərqli olmayaraq hamı sırada durur, təkcə qüsurlu insanların sıradan kənar keçməsinə icazə verirlər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Son dövrlərdə ən böyük qayda-qanunsuzluğu, basabası bankomatların qabağında görürük. Bir aydır maaşlarını, və ya təqaüdlərini gözləyən insanlar kart hesabınlarına pul oturan kimi bankomatların qabağında sıraya düzülürlər toplaşırlar. Bunu insanların bir ay pula həsrət qalması ilə bağışlamaq olar, amma bu hal təkcə bankomatların qarşısında baş vermir ki...
Bir gün öncə pəncərədən baxıram və qarşıdakı binada nə görsəm yaxşıdır? – bir qadın 4-cü mərtəbədən pəncərədən boylandı, o yana-bu yana baxdı və sonra içəridən bir zənbil (paket) çıxartıdı və tulladı üzü aşağı..
Belə şeylərdən çox eşitmişdim, amma real olaraq görməmişdim, onu da gördüm. İndi artıq, “gözlər də gündə bir mənzərə görməsələr kor olarlar”. O mənzərəni görəndə dondum, qaldım. Bir anlığa nə deyəcəyimi belə bilmədim. Atam mənə baxdı, mən də atama… düşünürəm ki, mən adi bir sakinəm və tutaq ki, mənim evim təbiətdir, mən çöldə yaşayıram. Kimsə gətirib mənim evimə zibil atırsa, bu mənim xoşuma gəlmir. Bəs mən gətirib sizin evinizin içinə zibil atsam necə, xoşunuza gələrmi?
Biz düşünürük ki, öz evimizi təmiz saxlayaq, küçə-bayır çirklənsə də olar. Bəs o küçə, o bayır bizim evimiz deyil? Yaxşı tutaq ki, torpağı önəmsəmir, vacib saymır və zibilləyirik. Sabah bu zibilin ziyanını da biz özümüz çəkirik ki axı. O zibilin, o mikrobun, infeksiyaların havasını biz uduruq, onları ayaqlarımızla evimizin içinə kimi gətiririk. O həyətdə uşaqlar oyun oynayırlar, məyə onlar bizim uşaqlarımız, bizim gəlcəyimiz deyillərmi? Niyə onlara da natəmizliyi aşılayaq, niyə onları xəstəliklərə məruz buraxaq?
“Millət necə tarac olur-olsun nə işim var?!” (M.Ə.Sabir)
Bir dəfə bir səfərdən qayıdanda yol yoldaşı olduğum bir şəxs yemək vaxtı verilən nemətlərə baxıb, öz-özlüyündə, görəsən, bunların saxlanma müddəti keçibmi, təzədirmi, köhnədirmi deyə bir söz işlətdi. Bundan sonra da mənə başına gələn bir əhvalatı danışdı. Bir gün bu dayı aptekə girib, dərman alır. Əczaçı ona lazım olan dərmanı verir və dayı da başlayıb bu dərmanın istehsal və saxlanma müddəti ilə maraqlanmağa. Dərman qutusundan və kağızından məlum oldu ki, dərmanın saxlanma müddətinin bitməsinə 3-4 gün qalıb. Kişi bu zaman əczaçıya deyir: axı dərman köhnədir, vaxtı bitib! Əczaçı da dərmana baxıb, deyir ki,-yox, bitməsinə hələ 3-4 gün var! Halbuki bu dərmanı 15 gün atırlar...
İnsan ha deyir ki, vətənimdir, pis danışmayım, dost var, düşmən var. Amma nə qədər belə desək də, danışılası, ən əsası da ki, həll olunası problemlərimiz çoxdur. Bizdə laqeydsizlik hökm sürür.