Uşaqlar nəyə görə dərs oxumaqdan yayınır?


Uşaqları dərslərdən soyudan vərdişləri görmək istəyirsinizsə, bunlara nəzər salın.
Öyrənmək bacarığı hər insanda fərqlidir. Kimi daha tez öyrənərkən, kimi də biraz vaxta ehtiyac duyur.
Müasir dövrdə bəzi ailələrin uşaqların təhsili ilə bağlı etdikləri səhvlər, uşaqların bacarıqlarını nəzərə almadan onlara yol çəkmək və uşağı bu yolda getməyə məcbur etməkdir. Ancaq hər kəsin maraq dairəsi və bacarığı olduğu sahələr var.
Davamı →

Məktəbdə davranış qaydaları

İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.

«Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.
Davamı →

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Gələcəkdə öz ayaqları üstündə möhkəm dayanmaq üçün yola çıxan balacalardan ailə və müəllimlərinin tələbləri yüksəkdir. Məktəb dövründən başlayan bu hekayə universitet və daha sonrakı pillələrdə uşaqların həm də böyüməyinə yardım edir. Uşaq öyrəndikcə müvəffəqiyyəti artır. Hər qazanılan uğur uşağın şəxsiyyətinə böyük təsir edir. Ona görə də valideynlər uşağın şəxsiyyətinə zərər vermədən öz potensiallarını düzgün şəkildə istifadə etməkdə onlara yardımçı olmalıdırlar.
Davamı →

Məktəb həyatı...Həyat məktəbi

Samuel Butler;  «Yaşamaq, çoxluq qarşısında tək başına skripka çalmaq kimidir, skripka çalmağı da skripka çalarkən öyrənməkdir»- deyər. Bir çoxumuzun, «necə yaşamalı?» sualının cavabını yaşayarkən öyrənməmizin  gözəl bir izahıdır.
Həyatımız iki etaplı bir oyuna  bənzəyir. Birinci etap  məktəb həyatı, ikinci etap isə  həyat məktəbi dövrüdür. Ortalama insan ömrünün 70 il sayıldığını nəzərə alsaq,  ömrümüzün dörddə biri məktəb həyatında,  dörddə üçü həyat məktəbində keçir.
Məktəb həyatı  bitincə həyat məktəbi başlar. Hər nə qədər məktəb həyatının məqsədi  insanı  həyat məktəbinə hazırlamaq olsa da, bir çox alimin haqlı olaraq bildirdiyi kimi; «həyat məktəbində ən çox lazım olan məlumatlar, məktəb həyatında öyrədilməyənlərdir.»
Məktəb həyatında, «Həyat bilgisi» dərsi  olduğu  halda, həyat məktəbində bildiklərimiz niyə köməyə gəlmir?  Çünki məktəblər bizi həyata deyil, imtahanlara hazırlayır. Gündəlik həyat bacarıqları qazandırmaq üçün deyil, akademik məlumat toplamaq üçün çalışır.


Ardı →