Müdrik Kəlamlar | Mənalı və Hikmətli


Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.
– Viktor Hüqo


 

  • Səni çiçək açmağa,azadlığa aparacaq şey sadəcə sənin səsindir.– Oşo
  • Oxunacaq ən böyük kitab insandır. – Hacı Bəktaş Vəli
  • Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur.– Artur Şopenhauer
  • Hər ümidsizlikdə bir ümid, hər qаrаnlıqdа bir işıq yаşаyır…– Hüseyn Cavid
  • Həyat öz taleyini izləyənlərə səxavətli olur. – Paulo Koelyo
  • Əsəri olmayan alim barsız ağacdır. – Sədi Şirazi
  • Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər. – Cəfər Sadıq
  • Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. –İ. V. Höte


Davamı →

Məşhur yazıçıların əsərlərindən mənalı sözlər | Kitab sözləri

 

Bir nəfər tövbə etmiş günahkar Tanrıya, yüzlərlə mömindən daha xoş gəlir.

Lev Tolstoy, Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir?

 

Əldə etdiyin xoşbəxtlik və uğurlar sənə o vaxt bağışlanar ki, onları ürək açıqlığı ilə başqaları ilə bölüşməyə hazır olasan.
Albert Camus, Çöküş

 

Suyu sakit axan geniş çayda üzərkən, ulduzları seyrə dalmaq nə xoş idi…
Mark Twain, Heklberri Finnin Macəraları

 


Davamı →

Oşodan mənalı sözlər və kəlamlar | Oşo sözləri

  • Dağıtmaq nifrətdən gələr, yaratmaq sevgidən gələr.

  • Azadlıq buradadır və indidir, o nə dünən, nə də sabahdır, azadlıq bax elə bu andır.

  • Hətta bəzən insan özü öz yalanına o qədər inana bilər ki, yalan həqiqət kimi görünə bilər.

  • Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır.

  • Yaş fərqi, cahillik və bilik arasında fərq deyil.

  • Çünki yuxular sadəcə yaşanmamış düşüncələrdir. Gündüzdən qalan yaşanmamış arzular və həsrətlər...Özlərini heç olmasa yuxuların içində tamamlamağa çalışırlar.

  • Həqiqət həqiqətdir,onun sənin mənliyinə hansı qapıdan girməyinin elə də önəmi yoxdur.


Davamı →

Qadınlar haqqında dəyərli sözlər

  1. Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. – Avreli Avqustin

  2. Sevən qadının fədakarlığı ölçüyə gəlmir. – Alfons Dode

  3. Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır. – Emil Krepelin.

  4. Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür. Birincisi bərbəzək, ikincisi isə xəzinədir. – Napoleon Bonapart

  5. Qadın uşaqları kişidən daha yaxş başa düşür, amma kişilərdə uşaqlıq hissi qadınlardan daha çoxdur. – Fridrix Nitsşe

  6. Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur. –  Fransua de Laroşfuko.


Davamı →

Mənalı Atalar Sözləri

Keçmişdən bu günə ulu atalarımızdan bizə miras qalan atalar sözlərimiz bizə həyatı yenidən öyrədir, öyüd-nəsihət verir. Biz də bu hikmətli atalar sözlərindən mənalı hesab etdiyimiz 39 sözü sizlər üçün bir yazıda topladıq.

1.Cəfasın çəkən səfasın görər. 

2.Söz qılıncdan kəsərlidir.

3.Təmiz hava girməyən evə həkim girər.

4.Ürək götürməyəni, əl götürməz.

5.Şam bahadı — korun nə vecinə.

6.Ağıllı uşaq nadan qocadan yaxşıdır.

7.Bəxt, gözüaçıq olanların yanındadır.

8.İtə nə qədər daş atsan, o qədər də hürər.

9.Bir cinayətə göz yuman, ikincisini də dəvət edər. 

10.Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.


Davamı →

Gözəl Sözlər

  •  İnsan, zamanı dayandırmaq istədiyi yerə aiddir.
  • Öyrəndik ki, hər yaranı sağaldan zaman deyil, sevgidir..
  • Neçə insan gördüm əynində libası yox, neçə libaslar gördüm içində insan yox.
  • Ağlamaq üçün gözdən yaş mı axmalı,Dodaqlar gülərkən gözlər ağlamazmı?
  • Lazım olduğu zaman ağlamaqdan çəkinmə. Çünki, göz yaşları söyləyə bilmədiklərini söyləmək üçündür yalnız.
  • Əgər hər hansı bir məqsəd üçün ayaqda deyilsinizsə, hər zərbə sizi yerə sərə bilər.
  • Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir.
  • Bir çiçəklə bahar olmur, amma bahar bir çiçəklə başlayır.
  • Bir şəhər qədər izdihamlıdır, bəzilərinin yalnızlığı..

Davamı →

Dahilərdən mənalı sözlər

Məni kənardan qınayanlara sözüm yoxdu. Onsuz kənarda qalmaqları onlara bəs edir.  –Mark Twain.

Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. – İ. V. Höte

Bizim şəxsiyyətimiz  bağ, iradəmiz isə bağbandır.  –   Şekspir

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. –  Atatürk

Cəsur ol. Risk al. Heç bir şey təcrübənin yerini tuta bilməz. – Paulo Koelyo

Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.–  Əbu Turxan

Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. – Hüqo


Davamı →