Mərkəzi Avropa Universiteti


Mərkəzi Avropa Universiteti
(ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir. Bu gün Mərkəzi Avropa Universiteti (MAU) – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin rəsmi veb-səhifəsi: www.ceu.hu

400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Ardı →