Rəşid Behbudov

  • Musiqi
Rəşid Məcid oğlu Behbudov 1915-ci ildə Tiflis şəhərində dünyaya göz açmışdır. Onun atası, əslən Şuşalı olan Məcid Behbudov Azərbaycan xalq mahnılarının mahir bilicisi və ifaçısı kimi tanınmışdır. Orta məktəbi Tiflisdə bitirdikdən sonra Rəşid elə buradaca 1930-cu ildə ifaçılıq fəaliyyətinə başlamışdır.
1938-ci ildə Rəşid Behbudov Yerevan filarmoniyasının rəhbərliyindən dəvət alır. O zaman bir çox Azərbaycan sənətçiləri bu şəhərdə yaşamış və işləmişdir. Onların yaratdıqları həmin əsərlərin bir çoxunu indi ermənilər öz adlarına çıxırlar.
Rəşid Behbudov 1938-ci ildən Yerevan filarmoniyasının solisti olmuş, həmçinin, Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmişdir. Çoxlu sayda azərbaycanlının yaşadığı Yerevanda onun hər konserti alqışlarla qarşılanırdı. Bununla belə, gənc müğənni erməni mədəniyyət xadimlərinin qısqanclığı ilə üzləşirdi. Burada Azərbaycanlı sənətçinin inkişafı üçün şəraitin olmadığını görən müğənni Bakıya köçür. Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəşid Behbudov gərgin əməyi sayəsində 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olur. O, həmçinin, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də çıxış etməyə başlayır. Rəşid Behbudovun bir müğənni kimi təkcə Azərbaycanda deyil, ondan kənarlarda da tanınması məhz bu teatr və filarmoniyanın adı ilə bağlı olmuşdur.

Davamı →

Gedək üzü küləyə

  • Musiqi
Sevgilim, tut əlimdən,
Gedək üzü küləyə.
Rahatlıq gəzmirəm mən,
Gedək üzü küləyə.

Qoy göynəsin üzümüz,
Qoy yaşarsın gözümüz,
Bükülməsin dizimiz,
Gedək üzü küləyə.

Yollarda daş-kəsək var,
Yollarda gül-çiçək var.
Yollarda qar-külək var,
Gedək üzü küləyə.

Biz axşamla,səhərlə,
Gəl üzləşək hünərlə.
Günlərlə, həftələrlə,
Gedək üzü küləyə.
Davamı →

Hər kəsin öz mahnısı olsun

Bəzi Afrika qəbilələrində bir qadın uşaq dünyaya gətirəcəyini öyrənəndə bir neçə yaxın adamı ilə birlikdə səssiz bir yerə gedirlər və o uşağın mahnısını «eşidənə» qədər orada dua edirlər. Qadın mahnını «eşidəndən» sonra isə hamısı bir yerdə(həm də yuksək səslə) o mahnını  oxuyurlar. Bundan sonra isə onlar qəbiləyə qayıdırlar və o mahnını qəbilədə hamıya öyrədirlər. Ancaq bu mahnının ilk «kütləvi» ifası uşaq doğulandan sonra baş verir. Uşaq doğulan kimi bütün qəbilə bir yerə toplaşır və uşağın mahnısını ona oxuyur.


Ardı →

Besame mucho

  • Musiqi

XX əsr tarixin yaddaşında daha çox qanlı müharibələr və kosmosun fəth edilməsi, eləcə də atom bombasının yaradılması ilə qalacaq. Hə, bir də yəqin ki, seksual «inqilabları» da bura əlavə etmək lazımdır...
Təbii ki, hər bir inqilabın özünün xarakterik cəhətləri, müsbət və mənfi yönümlü təsadüfi «hədiyyələri», xeyli sayda insanlardan ibarət qurbanları, nəhayət başlanğıcı və sonu olur. Ancaq seksual «inqilabın» sən demə yalnız başlanğıcı olurmuş, sonu isə yox...??? Hə, az qala lap unutmuşdum: — hər bir inqilab özünün himni, marşı, üsyana çağıran nəğməsi ilə də tarixin qulaqlarını dəng etmək gücünə malikdir. Lap elə «Marselyoza» kimi...

XX əsrin seksual «inqilabının» simvolik himni isə Mexikodan olan 15 yaşlı Konsuelo Velaskesin yazdığı və bəstələdiyi, sözlərindən və hər notundan səmimiyyət qarışıq pərişan bir kədər süzülən nəğməsidir — deməyə haqqım var. Ona görə ki, milyonrlarla insan məhz bu fikirdədir. Həmin nəğmə hansıdır bilirsinizmi? Müəllifi necə, tanıyırsınızmı? Yox? Ay sizi...onda qulaq asın, yaxşı?


Ardı →