Hansı rənglər qadını cavan göstərir?

Makiyaj əsl zaman maşınıdır desək yanılmarıq. Peşəkar makiyaj sayəsində insan olduğundan daha gənc və ya yaşlı görünə bilər. Əlbəttə bunun üçün öncə rənglərin nə ifadə etdiyini bilmək lazımdır.

Ənlik
Gözəl almacıq sümükləri qadına xüsusi gözəllik verir. Bu sümükləri bildirmək üçün hansı rəngdə ənlik istifadə etməyin də böyük əhəmiyyəti var. Belə ki, tünd rəngli ənlik insanı daha yaşlı göstərir. Şaftalı və çəhrayi rənglər isə üzə canlılıq qatır.

Tonal krem
Qatı tonal krem insanı ən azı 20 yaş yaşlı göstərə bilər. Çünki bu halda krem incə qırışların arasına dolaraq onları daha da qabara bilər. Gənc və canlı dəri üçün açıq tonlarda olan yüngül tərkibli kremlərə üstünlük verin. Tonal kremdən öncə dərini mütləq nəmləndirmək lazımdır.

Dodaq və göz boyası
Mat görünümlü boya və göz rəngləri insanı yaşlı gstərir. Ancaq çox parıltılı boyalar da eyni effekti verə bilər. Bunun üçün də dodaqlara və gözlərə yaş-nəm effekti verən boyalara üstünlük verin. Yaş göstərən boya sayəsində ancaq gənc deyil, həm də daha iri görünüşlü dodaqlara sahib olacaqsınız.
Davamı →

Qalıcı makiyaj

Qalıcı makiyaj həmişə baxımlı görünmək istəyənlər üçün ideal bir seçimdir. Duş qəbul edərkən belə silinməyən layner, dodaq konturu, nəzərəçarpan qaşlarınız olmasını istəməzsinizmi? Bir çox insan səhər yuxudan oyandığı zaman və ya dənizə girib çıxdıqdan sonra güzgüyə baxmaq istəməz.

Bəziləri üçün təbii gözəllik səhər yuxudan oyandığınız və duşdan çıxdığınız anda necə göründüyünüzdür. Həmçinin idman edərkən və iş həyatında da gün ərzində makiyajınızı qorumaq xüsusi diqqət tələb edir. Günün qaçhaqaçında bir çox qadın çantasındakı güzgü və ənlikdən istifadə etmək istəmir. Qalıcı makiyaj isə zaman qazanmaq istəyən qadınların xilaskarına çevrilir.
Davamı →

Ombre dodaqlar

1-ci addım: Çərçivələmək
İlk olaraq dodağınızın qırağını kölgə etmək istədiyimiz rəngdə dodaq qələmiylə çərçivələyin. Bu zaman düz cizgi çəkmək elə də vacib deyil, çünki bir az dağınıq halda çəksəniz, daha təbii bir görünüş əldə etmiş olarsınız.

2-ci addım: Pomada çəkmək
Pomadanı həmişəki kimi çəkirik. Rəsm boyayırmış kimi cizginin içini doldururuq.

3-cü addım: İç tərəflərinə də qələm çəkmək
Dodağın iç tərəflərinə də qələmi dağınıq şəkildə çəkirik. Pomada ilə qarışması üçün də kist ilə yayırıq.

4-cü addım: Konsiler çəkmək
Üst dodağın ortasına bir az konsiler çəkirik. Alt hissəyə özü yayılacağı üçün ora çəkməyə ehtiyac yoxdur.
Davamı →

Dərinizin yaşına uyğun tonal krem seçimi

Tonal krem seçimində ən vacib məqamlardan biri də dərinizin yaşına uyğun tonal krem seçimi etməkdir. Bildiyiniz kimi insanın yaşı artdıqca üz dərisi də get-gedə yaşlanmağa başlayır. İllər keçdikcə dəri kənardan daha çox nəmləndirilməyə ehtiyac duyur. Buna görə də yaşlı dərilər gənc dərilərdən fərqli olaraq mütləq nəmləndirici formula malik tonal kremlərlə tonlaşdırılmalıdır.

Bu cür tonal kremlər dərini nəmləndirməklə yanaşı, yağlılığı səbəbindən yaşlı dərilərdə təravətli və təbii görüntü yaradır. Quruducu tonal kremlər isə üzdəki qırışıqlıqları daha nəzərəçarpan etdiyi üçün dərinin daha da yaşlı görünməsinə səbəb ola bilər. Nəmləndirici xüsusiyyətə malik tonal kremlər üz dərisində bərabər yayılıb, dərinin daha gənc görünməsinə səbəb olacaq.

Xoşbəxtlikdən bir çox kosmetika brendləri artıq uzun müddətdir ki, nəmləndirici, günəşdən qoruyucu və “yaşlanmaya qarşı” nəzərdə tutulmuş tonal kremlər istehsal edir. Dərinizi yaşlanmadan qorumaq üçün zənn etdiyiniz kimi heç də orta yaşlara çatanadək gözləmək lazım deyil.
Davamı →

Tonal kremdən düzgün istifadə

Qeyri-bərabər yayılmış tonal krem
Tonal kremin üz dərisindən seçilməməsi üçün onu üzdə tam bərabər yaymaq vacibdir. Qeyri-bərabər paylanmış tonal kremlər təbii ki, üzdə bəzi hissələrin daha tünd bəzi hissələrin isə nisbətən daha açıq rəngdə görünməsinə səbəb olur.

Tonal kremi bərabər şəkildə üzdə rahat yaymaq üçün artıq müxtəlif forma və ölçülərdə süngərlər və fırçalar var. Düzgün vasitə seçimi ilə tonal kremi üzdə təbii görünəcək şəkildə yaymaq artıq çətin deyil.
Davamı →

Təbii qış makiyajı

Makiyajda son zamanların trendi, mümkün olduğu qədər təbii görünməkdir. Soyuq qış günlərini qarşılaşmağa hazırlandığımız bu günlərdə dəyişən fəslə uyğunlaşmaq üçün, həm dərimiz, həm də edəcəyimiz makiyaj baxımından çox önəmlidir.

Açıq tonlara üstünlük verin
Təbii görünüşlü bir qış makiyajını etmək olduqca asandır. Makiyaj edərkən açıq tonlar seçməlisiniz. Rənginizə uyğun pastel tonlar ilə təbii və cazibədar görünüşə qovuşacaqsınız. Örtücülərdən istifadə etmək istəyirsinizsə, çox ağır olmayan örtücülər və ya BB kremlər seçiminiz ola bilər.

Gözləriniz parıldasın!
Üzümüzdə ən çox diqqət çəkən yer gözlərimizdir. Qış aylarında həm təbii, həm də canlı bir görünüşə sahib olmaq üçün ten rənglərinə diqqət etməlisiniz. Bunun üçün şaftalı və ya qəhvəyi rənglərdə ten çəkin və kipriklərinizə makiyaj edərək onları da ön plana çıxarın.
Davamı →

Doğru bronzer seçimi necə olmalıdır?

Düzgün makiyaj cildinizin rənginə görə seçildiyi zaman özünü bəlli edir. Bunun üçün də bronzer seçimi makiyaj parçalarından biridir. Bəs dəri tonumuza uyğun bronzeri necə seçməliyik?

Cildi açıq olanlar üçün
Burada diqqət etməli olduğunuz məqamlardan biri bronzerinizin öz rənginizdən bir az tünd tonlu olmasıdır. Xüsusilə sarışınlar üçün bal rəngi və çəhrayı tonları məsləhətli olardı.

Qarabuğdayı olanlar üçün
Tünd dəri rənginə sahib olanlar birbaşa şokolad rənglərinə yönəlməlidirlər. Həm tünd olan ten rənginizi isitmək, həm də kontur kimi görünməsi üçün şokolad tonları tam sizə uyğundur!
Davamı →

Makiyajsız gözəl olmağın sirləri

Yuxunuza fikir verin
Kifayət qədər yatmaq çox əhəmiyyətlidir. Yorğunluq insanın üzünün çökməsini, gözlərinin solğun görünməsini təmin edən bir problemdir. Bu səbəblə yuxunuzu almağa diqqət edin.

Soyuq suyun əhəmiyyəti
Üzü soyuq suyla yumaq canlanmasını təmin edir. Yorğunluq əlamətlərindən də soyuq su sayəsində xilas ola bilərsiniz.

Nəmləndiricisiz olmaz
Dərinizi nəmləndirməyi əsla unutmayın. Peeling, köpük kimi məhsullar istifadə edərək təmizlədiyiniz dərinizi mütləq nəmləndirin. Bu sayədə elastikliyini itirməyəcək və canlı görünəcək.
Davamı →

Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?

Makiyajdan bir neçə saat sonra tonal kremin oksidləşib narıncı rəngə çevrilməsinin qarşısını almaq üçün məsləhətlərimizi oxuyun.

Rəngini xüsusi diqqətlə seçdiyiniz, dərinizlə bütünləşən sevimli tonal kreminizin bir neçə saat içində üzünüzdə narıncı rəngə çevrildiyini hiss edirsiniz? Narahat olmayın, problem sizin tonal kreminizdə deyil. Sadə bir kimyəvi reaksiya səbəbilə yaranan bu halın qarşısını almaq mümkünsüz deyil.
Davamı →