Vampir qəbirləri tapılıb

 Bolqarıstanda aparılan arxeoloji qazıntı işləri zamanı iki vampir məzarı aşkarlanıb. Məzarlardakı skeletlərin ikisinin də sinələrində, ürək nahiyələrində dəmir pazlar vardı. Alimlərin fikrincə, bu dəmir pazlarla qətlə yetirilmiş adamları müasirləri qaniçən, vampir saydıqları üçün belə öldürüblər. Sozopol şəhərinin yaxınlığında aşkarlanmış qəbirlər orta əsrlərə aiddir. Be...lə xəstəliyə tutulmuş adamda tər vəziləri atrofiyaya uğrayır, dəri perqament rəngi alır və qurulaşır. Həmin xəstəliyin daşıyıcısı olan insanlar günəş altında qala bilmirlər: onların bədəni dərhal qızır, dəridə yanıqlar əmələ gəlir. Xəstəlik dişlərdə distrofiya yaranır, ağızda nazik və iti dişlər əmələ gəlir


Davamı →

Meymunlar üzərində maraqlı təcrübə

Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə  üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Ardı →

Cəsur iraqlı

Bir nəfər gənc New York, Mərkəzi Parkda gəzərkən, birdən quduz bir itin kiçik bir qıza hücum etdiyini görür. Qaçır və itlə boğuşmağa başlayır. Xeyli uzun bir çabadan sonra üzəri qan içində qalsa da iti öldürür. Balaca qızın da həyatını qurtarır. Son anda bu səhnəni görən polis təngənəfəs vəziyyətdə hadisə yerinə qaçır və adamın yanına gəlir. Qucaqlayıb təşəkkür etdikdən sonra «Sən bir qəhrəmansan, sabah bütün qəzetlər səni yazacaqlar» deyir. Və davam edir: «Görəcəksən başlıq da belə olacaq; „Cəsur New Yorklu kiçik qızın həyatını qurtardı“. Gənc „Amma mən New Yorklu deyiləm!“ deyir. Polis „Fərq etməz, o zaman qəzetlər bunu yazacaqlar; “Cəsur Amerikalı kiçik qızın həyatını qurtardı». Gənc artıq çaşaraq «Amma mən Amerikalı da deyiləm» deyir. Polis «Bəs, o zaman sən haralısan?» deyə soruşduqda gənc cavab verir; «Mən İraqlıyam!» polis gəncə başqa heç bir şey söyləmir. Amma gənc sabahısı gün qəzetləri alanda belə bir başlıqla qarşılaşır;  «Radikal İslamçı, günahsız Amerikan itini öldürdü.»

P.S.: Onlar qəzetdə xəbər başlığına lazım olanı yazmasalar da mən öz xəbərimin başlığını lazım olan şəkildə qeyd etmək istədim..
Davamı →

Maraqlı hadisələr

Amerikalı qadın Henriyeta Houland Qrin vəfat etdikdən sonra bankda onun hesabına 90 milyon dollar olduğu aşkara çıxmışdı. Bundan xəbər tutan qonşular təəccüblənmişdilər. Henriyetanın vəfatından xeyli əvvəl onun yeganə oğlunun ayağını operasiya etməli idilər. ana oğlunu pulsuz operasiya etməli olan xəstəxananı tapmaq üçün düz on gün vaxt sərf etmişdi. Henriyeta özü isə süd alarkən bir litr süddə bir neçə sent artıq almağa çalışan satıcı ilə mübahisə etdiyi zaman ürək partlamasından ölmüşdür.
***

Ardı →