Umutlar dagılsın yarınlarına/Şiringül Musayeva.

                                                 Kayabaşı, adın, sanki bir inci,
                                                 Yaylalar içində yerin birinci.     
… Dağlar..dağlar çox gözəldi, yamyaşıldı, biri o birini əvəzləyirdi, dik zirvələr sıraya düzülmüşdü, yamacları çiçəklərlə bəzənmişdi: haça zirvələrin başı üzərində məsmavi səma görünürdü və mavi səma çox yaxında görünürdü. Hikmətə elə gəlirdi; haça zirvəni aşmaq və mavi səmaya ağ, pəmbə buludlara əllə toxunmaq olar. Və Hikmət çox istəyirdi mavi səmaya, ağ, pəmbə buludlara əllə toxunsun. Hikmət eləcə irəliyə şığıyırdı; sanki bir qartala dönmüşdü, özünü çox yüngül, qayğısız hiss edirdi, dik zirvələr, yamyaşıl, çiçəklərə bürünmüş dağ yamacları-hamısı ona gəl-gəl deyirdi, heç bir çətinlik çəkmədən dağların sinəsində gəzişirdi, birindən o birinə adlayırdı, dağlar özü onu bir-birinə ötürürdü.
 Dağlar necə gözəldi...çəmənlər necə gözəldi..otlar, al-əlvan çiçəklər necə gözəldi..səma necə gözəldi...Günəş necə gözəldi… Günəş...Gözünü dünyaya açandan bəri gördüyü günəş. Günəş, babası, nənəsi, ata-anası, bax bu dağlar, bu çəmənlər, bu Şebingülü baxçaları onun həyatıdır. Bunlar eləcə var idi; Hikmət gözünü açandan onları görmüşdü, babasını dinləmiş ,nənəsini sevmişdi, bu dağları, bu məsmavi göy üzünü seyr etmişdi. Dünya elə bu yamyaşıl dağlardan, dağların zirvəsinə toxunan məsmavi səmadan,tazə, tər Şebingülü baxçalarından və şəfəqlər içərisində gülümsəyən al Günəşdən ibarətdir. Amma… Hikmət eşitmişdi: nənəsinin söhbətlərindən, babasının söylədiklərindən eşitmişdi; haradasa böyük bir dünya var: o dünya çox böyükdür, sonsuzluqdan başlayıb, sonsuzluğa gedir, başdan-başa dağlardan, çəmənlərdən, dənizlərdən, quş uçurmayan meşələrdən, cəngəlliklərdən ibarətdir. Bu meşələrin, ormanların, çəmənlərin, dağların, çeşmələrin sayı-hesabı yoxdur, amma nədənsə Şebinkarahisar, Yeşil Giresun, Kelkit vadisi, Kayabaşı ,Köprübaşı, Eğribel Təpəsi, Çobanlar Çeşməsi, Sarıçiçək yaylası birdir-babası belə deyir. İnsanların sayı-hesabı yoxdur; milyon illər bundan əvvəl yaranıblar, milyon illər bundan sonra yaranacaqlar,amma Hikmətin babası birdir, nənəsi birdir, Koroğlu birdir, elə Hikmət özü də birdir. Çox qəribədir və çox müəmmalıdır...
 Hikmət Okuyar xəyaldan ayrıldı, yanağında gilələnmiş göz yaşlarını əli ilə sildi.Hə belə ...belə işlər...xocam...Nədənsə bu gün xəyallar ona heç rahatlıq vermir.… Babası Bektaş Ağası Qara Memed kişi əlindəki kərki ilə Şebingül kollarının dibini təmizləyir və onun üzünə baxmadan danışır. Nədənsə bir qədər pərtdir.
 -Cavanlar quş olur, uçub uzaqlara gedirlər,ayağı yer tutan gedir. Bəs bu torpaqlar nə olsun? Dünyanın heç bir yerində belə gözəl yaylalar, torpaqlar yoxdur. Gedənlər geri dönsələr, bu torpaqlar üçün nə isə etsələr belə olmaz, bu torpaqlar da inkişaf edər, canlanar. Gedən geri dönmür ki…
 -Baba, mən dönəcəyəm…
 -Böyük adam...Aşıq Veysəl də öz torpağından quş olub uçumuşdu mu? .Daha bizlərə ehtiyac yoxdur.   -İstəmirsən böyük adam olum ? 
                                               Sevdigim Çamoluk şöhrete erse
                                               Servetleri bir kuşuna değişmem.
                                                Bütün gözellikler siraya girse
                                                Bizimkinin bir kaşına değişmem.

                                                           …… ... 

                                                  Gül rengin içimi yakar, kovurar 
                                                  Sevdanı könlümde bil Şebingülü’m.
                                                  Dert alma,derman al çözümlerde dur
                                                  Bülbüle yar kimi gül, Şebingülü’m. 
                                                   … ...
— Olmaz ki getməyəsən,elə burada yaşayaq?
 -Burada nə işləyəcəm?
— Çoban.
 -Mən çoban ola bilmərəm, Birgül.
 -Al-Birgül qönçə Şebingülü üzüb ona uzadır-məni xatırlayarsan.
 Görəsən dünyada ona gül uzadan mavi gözlü, teli burma-burma,al yanaqlı, bal dodaqlı qızdan gözəl məxluq varmı?Gözləri məsmavidir...məsmavi. Sonralar heç bu rəngdə, bu təmizlikdə bir göz görmədi. Bəlkə getməsin...Amma getdi...Yollar onu çəkib apardı.…
                                                  Karda, kışta kar yolları kesende,
                                                 Eğribel’də dağ rüzgarı esende,
                                                  Kırat gelir, murat olur desen de…
                                                  Yoldaş heç durmasın yoldan yol alsın.
                                                     ....      ...    ...

...Birgül qarşısinda durmuşdu ,mavi gözləri dolmuş səma kimiydi ....Egribel səmasına oxşayırdı.Soyuq payız yağışı yağırdı üzərinə, üşüyürdü.
 -Məni də apar özünlə.
-Aparacağam, Birgül, sən hələ böyü,mən də işlərimi yekunlaşdırım.
 Amma...gələ bilmədi… ..
 ...-Gələ bilmədim, Birgül...-Hikmət Okuyar ağrıyan sinəsini ovuşdurdu; acı qəhər boğazına dirənmişdi; nədəndir qədrini bilmədiyi günün, üstündən yel kimi ötdüyü anın həsrətini çox çəkir.
  Hə...belə..belə işlər...İnsan oğlu belədir, xocam. Cavanlıqda geriyə dönməyi heç sevməz...Amma… İnsan oğlu sevdiyini də heç unutmaz. Unutmaq mı ..bəlkə də heç ayrılmaz; necə ki bu torpaqlardan ayrıla bilmədi, necə ki uşaqlığından ayrıla bilmədi, necə ki babalı, nənəli, atalı- analı günlərindən heç ayrılmadı, eləcə də Birgüldən heç ayrılmadı. 
 Böyük şəhərlərdə oxudu. İnsanların gurluğu, maşınların gurluğu, hay-küyü, gənclik coşqusu onu alıb apardı.Getdi ...Karadeniz, Şebinkarahisar, Giresun yörəsi, Kelkit vadisi, Dikmetaş, Altınova, Altınçevre, Hacıömer çiftliği, Karşıyaka, Avutmuş, Köprübaşı, İkioğul, Değirmenönü, Qırkgöz, Birogul, Altıntepsi ovası, Erentəpə, Kınık, Karacaören, Kılıçkaya Barajgölü, güllü-bülbüllü Şebingülü bağçaları–hey xəyalındaydı. Arada bir gördüyü vətən oğullarından sordu 
                                            Özledim hemşehrim hele bir anlat
                                            Tepelerden, derelerden nə xeber?
                                             Bir az da meyveden, sebzeden söz et
                                             Buzluklardan, seralardan ne xeber ? 

                                               Ayrık otlarını yola bildin mi ? 
                                               İlacı,gübreyi bula bildin mi?
                                              Tohumluk buğdayı ala bildin mi ?
                                               Sökülmemiş meralardan ne haber ?  -deyə sordu
 Gözlədi, o torpaqlara dönəcəyi günü hey gözlədi İçindəki həsrət ,vətən sevgisi, xəyalındakı bülbüllü sebingülü baxçaları dilində, dodağında şeirlərə döndü-möhtəşəm şeirlərə, oxuyanın, dinləyənin qəlbində bənzərsiz, tayı,bərabəri olmayan izlər buraxan, duyğular oyadan, vətən sevgisini gücləndirən şeirlərə…

                                                            Kayabaşı, gəlib üstə çıkarsam
                                                            Burcuna varmadan dönmiyecegim.
                                                            Yeşili seyr edip, maviyi görsem
                                                            Nadimak dermeden inmiyecegim

 Hələ o torpaqlara dönmədən o torpaqların, o dağların, gur çeşmələrin, sərin yaylaların, o torpaqlarda yaşayan sadədən sadə insanların: dağda tütək çalan çobanın, tarlalarda, bağlarda kətmən vuran əməkçinin, Şebingülü baxçalarında çiçək dərən –gül qoxulu qızların dilində Bizim Hikmətə döndü; Çoban dağa yolu düşən hansısa yad ölkə adamına dilboğaza qoymayaraq Bizim Hikmətdən bəhs etdi, nənələr mürgülü nəvələrin gələcəyə dikilən xəyal, arzu dolu dünyalarına şirindən şirin bir Bizim Hikmət dastanı ilə nəqş vurdu. Kelkit vadisi ,Şebinkarahisar insanı onu Dağların ve Çobanların Şairi kimi sevdi, əzizlədi. Adı hər obada, eldə sevilərək çəkildi. 
   ...-Hikmət Okuyar...Hikmət Okuyar..Hikmet Okuyar! — Egribeldir mi, Kayabaşıdır mı, Çobanlar Çeşmesidir mi, Köprübaşıdır mı,Aşıq Veysəldir mi, babasıdır mı, Birgüldür mü hər gecə yuxusuna girən, qulağına pıçıldayan...
                                              Nerde erenlerin fermanı nerde ?
                                              Nerde dertlilerin dermanı nerde ?
                                              Duyur sözlerimi namerde, merde…
                                              Duyur sözlerimi namerde,merde! ’
   … Və Bizim Hikmet söz verdi; qışı soyuğuyla, sazağıyla, tufanıyla ,yazı bənzərsiz, ucsuz bucağsız yaşıl çəmənləriylə, zümrüd dağlarıyla, məsmavi səmalarıyla, yayı –payızı buludlu, bol meyvəli bağlarıyla dünyanın heç bir yerində bənzəri olmayan bu torpaqları dünyaya tanıdacağına söz verdi; Şebinkarahisara, Kerkit vadisinə, Kayabaşına, Çobanlar çeşməsinə, Köprübaşına, Aşıq Veysələ, Birgülə söz verdi...
                                              ...Çözüm türkümüzü dinləsin bir yol,
                                                 Naramızla dağlar inləsin bir yol,
                                                 Sevgi sözümüzdən anlasın bir yol,
                                                 Netice almadan dönmiyecegim.
                                                              ....   … ...
  — Çətin məsələdir, çətin məsələyə toxunursunuz -Yakub bəy başını buladı.
  -Nəymiş o çətinlik? Bu gözəllikdə torpaq diqqətdən kənarda qalmalıdır? Mənim məqsədim bu torpaqları inkişaf etdirmək,gediş-gəlişi asanlaşdırmaq,bu gözəllikləri dünyaya tanıtdırmaqdır.Qoy oradakı insanlar dünyaya çıxış alsın.İndiki texnika əsrində çətin işdirmi bu?Sadəcə diqqət lazımdır,bu torpaqlara ürəyi yanan vətən oğlu lazımdır.
                                              ....  Kelkit vadisində titən ocaqlar.
                                                    İçində birikmiş özlemi saklar
                                                    Bizim Hikmet indi netice bekler
                                                    Ben olsam bekletmem ”Buyur al ”derim.
 -O zaman mən də yolun açıq olsun deyirəm-Yakub bəy gülümsünərək ayağa durdu.
 Sanki Hikmet Okuyarın üzərindən ağır bir yük götürüldü.Dərindən nəfəs aldı. 
                                                       ....           .....           ....

  — Biz şairlərin,şeirlərin, Dağların və Çobanların Şairi Bizim Hikmət'i axtarırıq- qarşıdan gələn, üçü də bir –birindən gözəl qızlardan biri Metehandan soruşdu.
 -Əvvəlcə tanış olaq. Mən Metehan.
 -Mən Birgül.
 -Mən Fatimə.
 -Mən Xədicə.
 -Neynirsiniz onu?-Metehan soruşdu.
 -Şeirlərimiz var,əfəndim ,oxuyacağıq ona.Bir də onun şeirlərini dinləyəcəyik –öz dilindən.
 -Onu çətin buralarda taparsınız.Tapsanız ...tapsanız Eğribel Təpəsindəki Çobanlar Çeşməsi başında taparsınız. 
                                           Hikmetin deyişleri Bülbülün nefesinde.
                                           Dinleyene sözü var, Egribel tepesinde. 
  — Eləysə gedək, ləngiməyək.
 Kayabaşı, Egribel Təpəsi, Çobanlar Çeşmesi, Sarıçiçək yaylası tazə -tər çiçəklərlə örtülüb.Hər tərəf gül-çiçəkdir.Çiçəklərin ətri adamı bihuş edir. Hikmət Okuyar Çobanlar Çeşməsinin başında əyləşib.Qəlbi çox kövrəlib, incədən incə olub,bir gül yarpağı kimi titrəyir. Ətrafına baxınır: bu həmin Çobanlar Çeşməsidir mi ?
 Ah, zaman bir dəli atlı kimi şütüyüb keçdi yanından. Suların şırıltısı necə də o vaxtı andırır,sanki heç üstündən illər ötməyib, heç dəyişməyib. Ah,bu çöllər, çəmənlər, başı üstündə duran məsmavi səma, şəfəqlər içərisində gülümsəyən gözəl Günəş..-illər onlara heç toxunmayıb. İçindəki məsum qəlbli oğlana da heç nə toxunmayıb. Elə indi də dünyaya o məsum qəlbli, gözəl gözlü oğlanın baxışlarıyla baxır. Hələ də buludların ardıyca qaçmaq, əl uzadıb onlara,mavi səmaya toxunmaq istəyi var içində.
 -Salam.
 -Salam.
 -Siz, Bizim Hikmetsiniz? Bu, Dağların ve Çobanların Şairi Bizim Hikmet.
 Hikmət Okuyar başını qaldırır: qarşısında mavi, səma kimi lacivərd, gözəl gözlü bir qız görür; saçları burma-burma çiyinlərinə dağılıb, yanaqları, qönçə dodaqları Şebingülü rəngindədir.
 -Salam-qız ona gülümsəyir: təbəssümü eynən Birgülü xatırladır, illər heç toxunmayıb ona. Zaman hər şeyə rəğmən geriyəmi qayıdıb?
 -Al-qız ona bir şebingülü uzadır. Birgülün vaxtilə ona verdiyi şebingülünün eynisidir.Olurmu bu?
 -Adın nədir?
 -Birgül.Mən sizi tanıyıram, şeirlərinizi şox oxumuşam.
 Hikmət Okuyar gülümsünür, mərd çöhrəsi işıqlanır.
 -Siz bu dağların oğlusunuz, bu dağları dünyaya tanıtmaq istəyirsiniz, şeirləriniz də elə bu dağlardan bəhs edir, siz bizi sevirsiniz-Birgül irəli yeriyir.
 Elədir-İllər ötmüş bu sevgidən heç nə əskilməmişdi. Metehan gülümsünür:
 -Ustad, qızlar sizi çox axtarmış. Aradabir şəhərə də dönün.
 Onlar əl-ələ verərək qarşıdakı zirvəyə doğru irəliləyirlər. Başları üzərində Günəş zərrin şəfəqlərini yayaraq gülümsəyir...
                                       Çağır gidenleri tut bas bağrına,
                                       Çağlasın yeniden o gur sesimiz.
                                       Umutlar dağılsın yarınlarına…
                                        Şenlensin köyümüz ve mahellemiz...

   Not: '' Umutlar dağılsın yarınlarına'' isimli Şeirli Hekayə'mdəki şeirlər; tanınmış Türk Şairi Hikmet Okuyar’ındır. Müəllif: Şiringül Musayeva

Sovet xüsusi təyinatlılarına verilən məntiqi məsələ

Bu illüstrasiyada mövcud olmayan peyzaj təsvir edilib və ona baxaraq məntiqə, öz biliyinizə və şəkildən əldə edə biləcəyiniz məlumatlara əsaslanaraq bir neçə “uydurma” vəziyyət yarada bilərsiniz. Etməli olduğunuz yeganə şərt isə çox sadə 13 suala cavab verməkdir.



Suallar

Şəklə baxaraq aşağıdakı suallara cavab verməyə çalışın:
Davamı →

Uzundur dünyanın bu əfsanəsi/Şiringül Musayeva(1-ci hissə)

                                  Bilinməz  nə  vaxtdan  hərlənir  bu tas,
                                  Nə  zaman  pozular  bu  gözəl  əsas.
                                   Belə nazik  fikri  dərindən duyub
                                  Ağıl  ölçüsüylə  dərk  etmək  olmaz.
      Keçmiş  günlərə  baş  vuranda  ,  xəyala   dalanda   ilk  öncə  gözü   önünə  kəndlərinin  kənarını  əhatə   etmiş  yamaclar   gəlirdi.    Nədənsə  həmişə     yaz   vaxtları  canlanırdı   xəyalında  ;  yamaclar   yaşıl  dona  bürünmüş  olurdu  .Və   ən  qəribəsi   o  idi  ki  ,  yamaclar   aralıdan  dağa  bənzəyirdi,  yaxından  isə   elə  yamac idi  ki, vardı.  Sonra   uca   Pirdirəki  dağını  xatırlayırdı.  Və  anlayırdı ki  ,  Pirdirəki  dağı,  sözsüz ,  dağdır,  çünki  ətrafdan  ,  hətta  çox  uzaqdan  belə  görünür. Və  ona  çox  təəccüblü  gəlirdi   nədən   aşağılar   -  dağın  yamacları   yaşıl   ,zümrüd   rəngində, əsas  özəyi — başı  isə    yumru  və  bozumtuldur:  sanki  sal  qranit  parçasıdır.
    Uşaq   vaxtı   babası  ilə  dəfələrlə  dağa   getmiş  və   yəqinləşdirmişdi  ki, dağ  qranit  parçası  — filan  deyil,  amma  daşlı- kəsəklidir.  Yəqin ,elə  buna   görə   də    ətraf  yamyaşıl    zümrüd  rəngunə   boyananda  o, eləcə  bozumtul  qalır  .Bozumtul...
   Nədənsə   bu  rəng  həmişə  ona  kasıb  gəlirdi ,  qoca  gəlirdi   və   o ,  həmişə  o  vaxt  da, indi  də  düşünürdü  ki ,bu  dağ nə  isə   qocadır,  kasıbdır  .Dağ   onda   qəribə   bir  təəssürat   yaradırdı.
Davamı →

Uzundur dünyanın bu əfsanəsi/Şiringül Musayeva(2-ci hissə)

 
  Nigar  ona  bir  kisə  kömür   və  içi  yeməli  şeylərlə  dolu  zənbil  də  verdi. Ayaqları  bir- birinə  dolaşaraq   kömürü  və  zənbili  daxmasına  gətirdi.
  Tələsik  peçi   qaladı.  Zənbildə  kartof ,  soğan ,  vermişel,  düyü  ,  çay  .  yağ   konfet  və  bir  qutu  xurma  var  idi.   Xurmadan   bir  neəsini  tələsik  ağzına  atdı.
    Budur, çay  da  qaynadı.  Hə   indi  xurma  ilə   şay  içmək  ,  kartof  soyutmasının  bişməsini  gözləmək   və  xəyallara  dalmaq  olar.
   Xəyallar...İnsan  qocaldıqca   xəyala  dalmağı  daha  çox  sevir  .Əslində  insan  cavan    olanda  da  xəyala  dalmağı  çox  sevir. Gənc  olanda  xəyallar  daha  vüsətli  olur :  gözlənilməz  gedişlər  ,  xoş  sürprizlər ,ən  əsası  da  bunların  baş  verəcəyinə  olan  inam.
  Qocalanda  isə   heç  bir  sürprüz  qalmır.  Qarşıda  sanılı  qoz  kimi  yeknəsəq  günlər  durur. Bəzən  bədbəxtlik  qocalmanı  ,  deməli  yeknəsəqliyi  sürətləndirir. Ya  da  bədbəxtlik  elə  qocalıqdan  da  betər  bir  durumdur.  İnsan 
nə  üçün   bədbəxt  olur. Ümumiyyətlə  bədbəxtlik  və  xoşbəxtlik  arasında  fərq  böyükdür,  yoxsa  kiçik ?Və  yaxud  bir  çox  filosofların    təbirincə   deyilsə   xoşbəxtlik  və  bədbəxtlik  bəlkə  nisbidir.  Əslində  bədbəxtlik  və  xoşbəxtlik  yoxdur.  İnsanın  özünü  bədbəxt  və  xoşbəxt  hiss  etməsi  var.
Davamı →

Maraqlı adlar - “Novruzəli” - sürətli poçt xidməti

Ölkədə yaranan yeni qurum və təşkilatlara ad tapmaqda çətinlik çəkirik. Hətta bu işin bəzi bürokratik əngəlləri də var. Misal üçün, qanuna görə dövlət tarixi-milli adların, etiketlərin və işarələrin istifadəsinə nəzarət etməlidir. Buna görə bəzi anlaşılmazlıqlar və problemlər ortaya çıxır. Bəs bu işi necə tənzimləməli? Sözü gedən sahə ilə məşğul olan insanlara kömək məqsədilə ədəbiyyatımızın ən məşhur ad və ifadələrindən istifadə edərək bəzi təkliflər irəli sürmüşük. Buyurub baxa bilərsiniz.


“Darıxma, düzəlməyəcək” – psixiatriya mərkəzi

“Qara paltarlı qadın” – gəlinlik dükanı

“Qəbrim damır, ağlama” – beton-konstruksiyalar zavodu

“Salam, dar ağacı” – taxta-şalban sexi

“Topal Teymur” – qaçış kursları

“Qılınc Qurban” – dəmir-dümür mağazası

“Şahbaz bəy” – xaricdə təhsil mərkəzi
Davamı →

Məşhur terminlərin qeyri-adi tərzdə izahı

1. Feminizm
Kişilər və qadınlar bərabərdir. Lakin qabları kişilər yumalıdır.

2. Teokratiya

Sakit şəkildə qabları yumasam daş-qalaq ediləcəm və öldükdən sonra cəhənnəmə düşəcəm.

3. Demokratiya

Ailə şurasında qabların yuyulmasının mütləqliyinə səs verdik.

4. Suveren demokratiya

Ailə başçısı heç vaxt qab yumayacaq, çünki ailənin 146%-i bu variant üçün səs verib.

5. Anarxiya

Hər kəs öz qabını yuyur. Kimsə məni onun qabını yumağa məcbur etsə Molotov ilə tanış olacaq.
Davamı →

Eynşteynin qızına yazdığı məktub – “Bu kainatın idarə edən qüvvənin adı…”

Lieserl Einstein atasının sevimli qızı idi və bunu, dahinin 1400-dən artıq məktubun 1980-cı ildə Hebrew Universitetinə bağışladıqda da, yazılanlar arasında tapılan məktublardan hiss etmək olurdu. Məktublardan birini xüsusilə qızına ünvanlamış dahi, təkcə elmdə deyil, həyati məsələlərdə də bir çox şeyi daha yaxşı anladığını bizə çox aydın şəkildə sübut etməyi bacarır.


Həmin məktubu sizə təqdim edirik. Oxuyun, düşünün:
Davamı →

Nahidə/Şiringül Musayeva.

      Boğazının altını bağlasana -əri bərkə-bərk onun plaşının yaxasını çəkib bağladı – soyuq olar. Həmişəki kimi iri əlləri ilə onun saçlarına sığal verib beretkasının altına yığdı. 
    Və həmişəki kimi Nahidə bütün bunlardan gizli bir təsəlli və zövq aldı. 
Amma bu gün bu təsəlli və zövqə nə isə bir acı zəhər də qarışmışdı. Və bu acı zəhər qadının qəşəng üzünü sapsarı saraltmışdı. Əri isə bunu heç hiss etmirdi. Əksinə, onun sevinci yerə-göyə belə sığmırdı. Gör bir neçə illər idi uşaq arzulayırdılar. Hər axşamları, hər gündüzləri bu qayğıya bələnirdi. Qazandıqları pullar həkimlərə, dava-dərmana sovrulurdu, lakin Nahidə heç cür ana ola bilmirdi. 
  Ah, ana olmaq arzusu… Hər axşam, hər həftə, ər ay Zaurun sual edən baxışlarına eyni kədərli cavabı vermək bilsəniz necə çətindi. O ,hər ay bir az qayğı ilə, bir az umacaqlıqla Nahidəyə yanaşır, intizarla xoş bir xəbər eşitmək istəyirdi. Və Hahidə həmişə,bir Allah bilir, necə bir həsrətlə arzu edirdi ki, Zaura xoş bir xəbər versin. Və o sevinclə və həm də ehtiyatla Nahidəni bağrına bassın, onu öpüşlərə qərq etsin. O gündən sonra hər gün, hər saat Nahidənin üstündə əssin: «Çaydanı bu qədər doldurma», «Əlini soyuq suya vurma» və s. və i. Həmişə bağlarda, küçədə gördüyü körpə uşaqları gəzdirən analara Nahidə necə həsrətlə baxardı. Onlar görən bilirlərmi necə bəxtəvərdilər? Bəzən bu analar bir-biri ilə söhbət edərdilər: «Nana»klubniçni» yoqurtu çox sevir». Orxan isə albalı sokundan ötrü ölür». «Ver də, vişnə sokunun heç bir ziyanı yoxdur». Ah, bu söhbətlər… Görən nə vaxtsa o da öz körpə totuq uşağını kolyaskada oturdub belə arxayın və bəxtəvər şəkildə söhbət edəcəkmi? 
Yaxın rəfiqəsi İntizarın hamilə olması heç yadından çıxmır. İntizar bir tikə yemək yeyə bilmir, bütün günü öyüyürdü. Bir gün ayaq üstə dura bilməyən İntizar ağlaya-ağlaya «uşağı» istəmədiyini söylədi. O, əlləri ilə İntizarın ağzını tutdu: «Nə danışırsan,uşağı istəməmək olarmı?» «Kaş mənim hamiləliyim bundan da pis keçsin, amma uşağım olsun». Sonra isə İntizar gül  parçası kimi bir qız doğdu. 
Əvvəllər onlar uşağı bir yerdə gəzdirər, havaya çıxarardılar. Sonralar isə İntizar tədricən ondan gen gəzməyə başladı. O, elə bil Nahidə ilə uşağı gəzdirəndə sıxılırdı. 
Və bütün bu və buna oxşar hallar Nahidəni  bəzən özünə qapanmağa, tay-tuşdan gen gəzməyə vadar edirdi. 
Bəzən neçə ay və yaxud ildir ki, ana ola bilməyən bir rəfiqəsinin artıq hamilə olduğunu eşidəndə o nə qədər də sevinər və ümid edərdi ki, bir gün bu sevincdən ona da pay düşəcək. Lakin illər ötür, o isə ana ola bilmirdi. 
İllərlə davam edən intizar, həsrət bəzən insanı hansısa yola sürükləyir, o intizardan yaxa qurtarmaq istəyirsən. Xoşbəxt, bəxtəvər anaların sənə dikilən gözləri, uşaqlarını sanki səndən qorumaq istəyirmişlər kimi etdikləri qeyri-ixtiyari hərəkətlər səni cana doydurur. Ərin artıq sənə qadın kim yox, kötük kimi baxır. Baldızlar, qayınana sənə artıq əvvəlki mehribançılığı göstərmirlər. Böyük qayın sərt və ağır baxışlarla səni süzür, ona qulluq etmək üçün əldən-ayaqdan  getməyini hiyləgərlik, yerini bərkitmək kimi qəbul edr. 
  Və bütün bunlara dözüb, yaşamaq bilsəniz necə çətindir… 
   Və elə bu əzabları artıq öz zərif çiyinlərində daşıya bilməyən  Nahidə ay yarım olardı ki, səhv etmişdi. Və bu səhv addımı atmaq üçün o neçə gecə yuxusuz qalmış, götür-qoy etmiş, özünü hazırlamışdı. Lakn… o səhv Nahidəyə çox baha başa gəlmişdi. Ondan sonra qəribə bir ürəkgetmə xəstəliyinə düçar olmuşdu və hər dəfə özündən gedəndə sayıqlayır, bədəni bədəninə, nəfəsi nəfəsinə, əlləri əllərinə yad olan o kişinin onun zərif bədənini necə basıb əzdiyini hiss edirdi. O yad dodaqlar necə də amansızcasına onun dodaqlarını sümürür, o yad nəfəs  onun nəfəsini oğurlayıb aparırdı. 
Hər dəfə üzünə dəyən şillələrdən, boyun-boğazına çırpılan soyuq sudan sonra özünə gələn Nahidə için-için ağlayır, ana olmaq şərəfinin ona necə baha başa gəldiyini hiss edirdi. O ana olmaq istəyirdi, lakin belə yox. 
Hər dəfə gözünü açanda başı üzərində durmuş Zaurun iri, qəşəng əllərini tutur, dəqiqələrlə öpür, göz yaşları ilə islanırdı. Zaursa… 
Ah, necə gözəl olardı bətnindəki bu körpənin atası Zaur olsaydı. Onun xoşbəxtliyinin arxasında fələyin bu acı istehsazı durmasaydı. 
Və bu gün budur, Zaur onu həkimə aparırdı. Aparırdı ona görə ki, Nahidə ay yarım  olardı ki, hamilə olmuşdu və ay yarım olardı ki, bu qəribə ürəkgetmə xəstəliyi ondan əl çəkmirdi və Zaurun təsvirəgəlməz sevincinə bir qorxu, acı da qarışmaq istəyirdi. 
Həkim Nahidəni müayinə edib, hər şeyin normal olduğunu dedi. Ürəkgetmənin isə əsəb, narahatçılıq, gərginliklə əlaqədar olduğunu söylədi. Nahidəyə əsəbi gərginliyi aradan qaldıran dərmanlar yazdı. 
    Evə döndülər. 
   Zaur mehribanlıqla onu öpür, gülməli şeylər danışır, kefini açmaq istəyirdi. 
Nahidəsə … Hər dəfə Zaur onun qarnını sığallayanda, ürəyi nə istədiyini soruşanda bir xəcalət duyurdu. 
   Yox, Nahidə belə yaşaya bilmirdi, bu çox ağır idi. Nahidə heç kəsin üzünə dik baxa bilmirdi. Ona elə gəlirdi ki, bütün aləm onun sirrindən xəbərdardır. Bütün yanı balalı  analar ondan fərqlənir, o nə isə rəzil, alçaq iş tutub. Hətta o adam da, Nahidəyə elə gəlirdi, ona ikrahla baxır. O, Nahidənin nələri fikirləşib, hansı əzabları yaşayıb buna razı olduğunu başa düşmür. Ona elə gəlirdi ki, Zaur heç bir günahı olmadan alçalıb, ləyaqətini itirib. Və bunlara da səbəb Nahidə olub. Və Nahidə heç cür razı ola bilmirdi ki, əri bu vəziyyətdə alçalmış qalsın. Odur ki, Nahidə Zaurdan ayrılmaq istədiyini nəhayət ki, açıb ona söylədi. Zaur heyrətlə, dəhşətlə Nahidəyə baxır, heç nə başa düşə bilmirdi. Lakin Nahidə həmişə öz qərarında qətiliyi, fikrində dönməzliyi ilə seçilmişdi. O vaxt Zaura ərə gələndə də belə inad göstərmişdi. Və bu gün də həmin inadla çıxıb getmək istədiyini  söyləyirdi. 
   Zaur həftələrlə ona yalvardı, təsiri olmadı. 
   Bir gün Zaur beli bükülmüş halda evə döndü; rəngi-ruhu avazımış, dili-dodağı təpimişdi, danışmağa çətinlik çəkirdi. Gedib üzüqoylu çarpayıda uzandı. Səhərə qədər kəlmə kəsmədilər. 
    Səhər Nahidə Zaurun hər şeyi başa düşdüyünü bildi. Göz yaşları ilə Zaurun ayaqlarına düşdü, bu işin Zaura olan məhəbbətindən, ana olmaq istəyinin güclü olmasından irəli gəldiyini söylədi. Və elə indi də Zaura olan məhəbbətinə görə getmək istədiyini söylədi. 
  Zaura elə gəldi ki, Nahidəni başa düşür. 
  Və Nahidə şeylərini yığışdırıb sakitcə evdən çıxdı.

Səkinə/Şiringül Musayeva.


           Artıq 35 yaşı var, adam bu yaşı bir qız kimi dеyəndə utanır və içində san­ki nə isə оvu­lub-tö­kü­lür. Bu yaş­da qa­dın­la­rın çохu öz is­tə­dik­lə­rinə nail оlub, arzularına ça­tıb­lar, — han­sısa ailə qurub, han­sısa bir sə­nə­tin da­lın­ca gе­dən ar­tıq sеç­diyi yо­lun yоl­çu­su­dur...
 
Sə­kinə isə bu­dur baх, ayaq­la­rını şap­pıl­da­da­raq ma­ğa­zaya gеdir, əy­nin­də nazik, nim­daş хalat, əlin­də yеkə ağ zən­bil. Bu Sə­kinə kim idi, hə­yat­dan nə is­tə­yir­di, han­sı ar­zu­lar­la ya­şa­yır­dı? – Bir az qə­liz sual­dır. Lap əv­vəl­lər Sə­kinə bir qız uşağı idi, qaç­malı, оy­na­malı, dər­sə gеt­məli idi. Sоn­ra bir az bö­yüdü. Ar­tıq еv iş­ləri gör­məli, anaya, qar­daş ar­vad­la­rına kö­mək еt­məli, qar­daş uşaq­la­rı­nın sa­çını da­ra­malı, pal­ta­rı­nın sö­kü­yünü tik­məli, qоca ata­nın yе­mə­yini vaхt­lı-vaх­tın­da ha­zır еlə­məli idi. Hər­dən də хəl­vət­də qоca ana ilə fər­siz, «pul qa­za­nıb ba­şını saх­laya bil­mə­yən» qar­daş­la­rın, 70 ya­şın­da yеr-göy id­dia­sın­da оlan ata­nın, hə­rəsi bir ka­sıb ai­lə­dən gə­lib bu еvdə хa­nım­lıq id­dia­sın­da оlan gə­lin­lə­rin, Sə­ki­nə­nin ba­şın­da qоz qı­ran qar­daş uşaq­la­rı­nın qеy­bə­tini еt­məli idi. Və еlə bu qеy­bət­lər də Sə­ki­nə­nin öm­rü­nün az-çох dadı-duzu, mə­nası idi. Anası ilə хıs-хıs da­nış­dıq­ca Sə­kinə il­hama gəlir, göz­ləri par­la­yır, ürəyi hə­yə­can­la dö­yü­nür­dü.
Davamı →