Yeni marketinq - O, nə istəyir?

Ünsiyyət prosesində, daha müasir dillə desək, kommunikasiya aktında, tərəflərin istəkləri ilk növbədə söyləmək və dinləməklə məhdudlaşır. Tərəflərin qarşılıqlı marağı sayəsində bu çərçivə genişlənir və sosial dayanıqlılıq qazana bilir.
Əgər söyləyən üçün dinləyənin reaksiyası və dinləyən üçün söyləyənin nə dediyi bir fayda kəsb etmirsə, hər iki tərəf üçün konkret məqamda yekun güclü küləyin əksinə tüpürmək kimi nəticə verəcəkdir. (Müqayisənin etik tərəfi üçün üzr istəyirəm).
Son zamanlar internet sayəsində media məcralarının genişlənməsinə sehrli çubuq kimi baxanların sayı-hesabı yox idi. Bu cəbhədə olanları sayı elə indi də dünyanın tam işğalına kifayət edirmiş kimi təsir bağışlayır.
Təəssüf!

Davamı →

Marketinqin satışdan fərqi

Cəmiyyətimizdəki insanların bir çoxu marketinqi yanlış qavrayır. Marketinqi çox vaxt satış ilə qarışdırırlar. Onlar gördükləri işlərin marketinq və ya satış olduğunu aydınlaşdıra bilmirlər. Bu da nəticədə onların gördükləri işlərdə uğursuz olmaqlarına gətirib çıxarır. Hətta şirkətlər belə hesab edirlər ki, marketinq məhsulun satışının dəstəklənməsi üçün mövcuddur. Əslində isə hər şey əksinədir. Yəni, məhsul marketinqin dəstəklənməsi üçün mövcuddur. Bu iki termin bir-birindən çox fərqli anlayışlardır.

Davamı →

CRM nədir? CRM nə üçün lazımdır?

CRM nədir?
Customer relationship management – Müştərilərlə Əlaqələrin İdarəetmə Sistemləri şirkətlərin öz müştəriləri və potensial müştəriləri ilə qurduğu əlaqəni daha yaxşı idarə etmək üçün istifadə etdikləri bir sistemdir. Bu sistemə görə şirkət müştəriləri haqqında nə qədər çox məlumata sahib olarsa,  marketinqdə  bir o qədər də  uğurlu rəqabət apara bilər. Sistem müştəri ilə şirkət arasındakı hər bir prosesi özündə cəmləşdirir.
Davamı →

İnternetin marketinqdə rolu

İnternet-marketinq (Online marketing) nədir?
İnternet-marketinqin nə olduğunu daha yaxşı dərk etmək üçün əvvəlcə internetin nə olduğunu bilmək lazımdır. İnternet bütün dünyanın bir-biri ilə əlaqə yarada bilməsi üçün vacib olan qlobal şəbəkədir. Günümüzdə internetdən istifadə etməyənlərin sayı demək olar ki, yox deyiləcək qədər azdır. Belə olan halda,  bütün bunların internet-marketinq üçün nə qədər perspektivli olduğu aydın şəkildə özünü göstərir.
Davamı →

Telemarketinq

Telemarketinq ( ing. Telemarketing ) telefon vasitəsilə edilən birbaşa marketinq növüdür. Telemarketinqin əsas məqsədi müştərilərlə ünsiyyətin asanlaşdırılması və satışın sadələşdirilməsidir. Burada adətən müəyyənləşdirilmiş siyahı üzrə potensial və ya mövcud müştərilərlə telefon ilə əlaqə saxlanılır. Telemarketinq işlərində əsl məqsəd satış olduğu üçün satışın reallaşdırılmasına yönəlmiş fəaliyyətləri telesatış olaraq adlandıra bilərik.
Davamı →

Marketinqdə rəqabət

Rəqabət nədir?
Bu anlayış bazarın əsas xüsusiyyətlərindən biridir. Marketinq bazarın inkişafı üçün təbii və zəruri bir mühit kimi rəqabəti qəbul edir. O gəlir və mənfəət artımına nail olmaq məqsədilə oxşar məhsulları və ya xidmətləri satan şirkətlər arasında baş verən bir prosesdir və sərbəst bazar iqtisadiyyatının əvəzsiz bir atributudur. Ticarət strukturları arasında rəqabətin olması, bütövlükdə iqtisadiyyatın səmərəliliyinin artırılması üçün vacibdir. Çünki onun məhdudlaşdırılması iqtisadiyyatın durğunluğuna gətirib çıxarır.
Davamı →

Marketinq anlayışı və marketinqdə 5P prinsipi

Marketinq – ingilis dilində “market” sözündən götürülüb və bazar mənasını verir. Azərbaycan dilində “bazarda fəaliyyət” kimi tərcümə olunur.  Geniş mənada isə insanların sosial ehtiyaclarının müəyyənləşdirilərək təmin edilməsi prosesidir.
Marketinq anlayışı
  • Müasir ədəbiyyatda çox sayda marketinq  anlayışı mövcuddur. Bunlardan bir neçəsini sadalayaq:
  • Marketinq ehtiyacları qarşılamağa yönəlmiş bir növ insan fəaliyyətidir – Philip Kotler
  • Marketinq insanların və təşkilatların ehtiyac və istəklərini yerinə yetirməyə yönəldilmiş sosial prosesdir – Lamben Jean-Jacques
  • Marketinq fərdlərin və təşkilatların məqsədlərini təmin edən mübadilə vasitəsilə qiymətlərin, ideyaların, məhsulların və xidmətlərin reallaşdırılması və həyata keçirilməsi prosesidir – Amerika Marketinq Assosiasiyası (AMA)
  • Marketinq məhsulların yaradılması və onların mübadiləsi vasitəsilə lazım olanları əldə edən sosial idarəetmə prosesidir – Golubkov E və s.

Davamı →

Müştərisizlik faktoru

Çox zaman biznes mühitində olanlar, müştəri qıtlığından əziyyət çəkdiklərini və mövcud müştərilərin sayının azaldığını bildirirlər. Real səbəblərə gəldikdə isə bunun niyə belə effekt verdiyini, nəticələrin təhlili və s. heç bir şəkildə aparılmır. X adlı sahibkar Y adlı mal gətirir, mağaza açır, plansız şəkildə işçilər işə götürür və xüsusilə satış menecerlərindən “babat satış” olmasını gözləyir. Təbii ki, istənilən sahənin əjdahası olsun, əgər ona müəyyən şəraitlər yaradılmayıbsa, o heç bir şəkildə tam olaraq potensialını ortaya qoya bilməyəcək. Bir neçə il qabaq adını çəkməyəcəyim şərti sahibkarla mövcud bir təhsil biznesinin inkişaf etdirilməsi üçün görüşmüşdük. Həmin şəxs bildirdi ki, sən mənə 100 müştəri gətir, onu qeydiyyatdan keçir sonra kart verəcəm, filan işləri görəcəm.
Davamı →

Satış şöbəsinin mütəxəssisləri üçün üç faydalı məsləhət

Şirkət satış şöbələrini genişləndirdikdə, yeni müştərilərlə əlaqənin yaradılmasına görə məsuliyyət daşıyan şəxs kimi gənc kadrları seçir. Əslində, bir çox satış şöbəsi nəsillər arasında olan fərqlərlə bağlı problemlərdən şikayət edir.
Mən buna təcrübənin asimmetriyası deyirəm. Gənc satıcılar onlardan yaşca böyük və daha təcrübəli olan müştərilərlə işləməyə məcburdurlar. Çox vaxt potensial alıcılar təcrübəsiz satış məsləhətçisinə şübhə ilə yanaşırlar (LinkedIn vasitəsilə mütəxəssisin təcrübəsi və təxmini stajını bir neçə saniyəyə öyrənmək olur).
Davamı →

Brand story – təxəyyül məhsulu yoxsa müştəri təcrübəsi

Brend də, əslində, insanlar kimidir: hər birinin öz fərqli hekayəsi var. Heç fərq etməz ki, bu hekayə kreativ, yoxsa sıradan biridir, darıxdırıcıdır yoxsa həyəcan vericidir, anlamsızdır ya da ilhamlandırıcıdır, vacib olan bu hekayənin necə danışılmasıdır. Bir çoxlarının da razılaşdığı kimi marketinqdə vacib olan təqdimatdır. Brend hekayənizi danışmaq üçün bir çox yollar sınaya bilsəniz də, müştərinizin brend təcrübəsinə əsaslanan hekayə sizi başqalarından fərqləndirəcək.
Davamı →