DEPO

Vüsal Nuru

Depo

 

Avtobus qapılarını  açan kimi adamlar içəridən daşıb çölə töküldü. Tələsik düşənlərdən birinin ayağı büdrədi və ağzı üstə yerə yapışdı. Əl atıb durğuzdular, o da pərtliyini gizlədərək metroya tərəf getdi. Yuxulu görünürdü. O, Avtobusdan yox,  fırlancaqdan düşən adam kimi idi.

Kişinin 35-40 yaşları olardı. Başına qara kepka qoymuşdu. Əyninə də qəhvəyi rəngli qısa gödəkcə və mavi rəngli cins şalvar geyinmişdi. Əllərini gödəkcənin cibinə qoyub, cibiylə bərabər qarnını qucaqlamışdı. Hiss olunurdu ki, səhərin ayazı onu üşüdür. O, çiyinlərini qulağının dibinə qədər qaldırıb, əsnəyə-əsnəyə özünü metronun şüşəli qapılarına çatdırmağa çalışırdı.

Yol boyu əsnəyirdi. Ağzını ayğır kimi  acıb, gözlərini yumurdu. Özü də alt çənəsini sağ tərəfə əyərək əsnəyirdi.  Üzü arıq olduğundan əsnəyəndə sifəti eybəcərləşirdi. Bu çox gülməli görünürdü.  Nazik, bir az da donqar olan burnunun  üstü qırışırdı. Qaşlarının biri alnına qədər qalxanda, o biri bərk-bərk yumulmuş gözünün üstünə əyilirdi. Ağzını yuman kimi tənbəl-tənbəl əlini cibindən çıxardıb yumruğuyla sulanmış gözlərini silirdi. 


Ardı →

Növbəti stansiya “ Depo “

Yazını oxuyub biləcəksiniz ki, problemlər məngənəsində boğulmamaq üçün yeganə çıxış yolu “ Depo “yadır...!Həzarat, metro deyəndə normal insanın ağlına ilk olaraq stansiyalar, vaqonlar, “ Depo “ və s. gəlir. Gün ərzində milyonlarla insan nəqliyyatın bu növündən istifadə edir. Metro həm sərfəli, həm də rahat və nisbətən təhlükəsiz nəqliyyat növüdür. Nə “ probkası “ olur, nə də “ svetaforu “… Əmbə, yaraşıqlı “ basa – bas “ ı da olur ki, bunun da xəlqimizin mentaliteti baxımından yanaşsaq, öz “ ləzzəti “ var.


Ardı →

Metroda eynək mədəniyyəti

Hal-hazırda siz səhv düşünürsünüz, metroda eynək mədəniyyəti insan mədəniyyətinin ən yüksək vəziyyətidir. Bunu hər kəs bacara bilmir, bu istedad hamıya verilmir. Gün eynəklərinin metro və digər tamamilə gündən və onun şüalarından uzaq bir aləmdə istifadə edilməsi əslində sadə bir vəziyyət deyil. Hələ bizim eramızdan əvvəl Azıx mağarasında tapılan 18 yaşlı qızın alt çənə sümüyü ilə yanaşı həmçinin günəş eynəyi də tapılıb. Yüz illər sürən axtarışlardan sonra ele həmin qızın mağarada gün eynəyindən istifadə etməsi isbat edilib. Hələ min illər bundan əvvəllər yaşamış məşhur Alman alimi ömrünün düz 60 ilini bu işə sərf edir, ondan sonra yaşamış alimlər onu belə təsvir edirdi " o sankı cəmiyyətdən ayrılmışdı, anlamaq olmurdu nə iş görürdü və daima öz işini görürdü, hətta onun həyat yoldaşı onu «eynək dalınca qaçan cəsur adlandırırdı».
Ardı →