Diorun dəbli sitatları

Bu fransız moda dahisinin adı əbədi olaraq dəb tarixinə öz möhürünü vurub. Christian Dior yaratdığı unikal modellərlə geyim yaradılması prosesini incəsənət səviyyəsinə qaldırmış, dəb sahəsində kiçik inqilab etmiş, qadınlara eleqantlıq bəxş etmiş və dünyaya bir növ tərz vermişdir. Onun dünyaya bəxş etdiyi bu zövqlü tərz bu günə qədər qorunub saxlanıb. Aşağıda bu istedadlı şəxsin daxili dünyasını kəşf etməyə imkan verən ən məşhur sitatlarını təqdim edirik: 
 
Özü haqqında
  • Mən burjuaziya ailəsində doğulmuşam və bununla qürur duyuram. Uşaq vaxtı yaşadığım ev dəhşətli dərəcədə pis vəziyyətdə idi, lakin bu ev haqqında xatirələrim o qədər incə və möhtəşəmdir ki… Mən öz həyatımı və tərzimi həmin evin quruluşuna və formasına borcluyam. Evimiz boz çalarlara sahib açıq çəhrayı rəngə boyanmışdı və mən yeni tendensiyalar yaradan zaman məhz həmin rənglərin uyğunluğundan istifadə edirəm.

Davamı →

Tom Ford

Tom Ford müasir dövrümüzün ən yaraşıqlı dizaynerlərindən biridir. O öz brendini yaradana qədər, bütün dəb dünyasında art-direktor olaraq ən çox gəlir qazanan dizayner idi. O Texas əsilli olsa da, Nyu Mexikoda yaşayıb və məktəbi burada bitirib. Daha sonra isə Nyu-Yorka gedərək universitetə qəbul olur və incəsənət tarixini öyrənir.

Lakin zamanla o bu sahəyə aid olmadığını başa düşür və təhsili atır. Bu zaman o memar olmağa qərar verir və məşhur Parsons məktəbinə daxil olur. Lakin burada da, bir neçə il təhsil aldıqdan sonra təhsilini yarıda qoyur. Tom Ford başa düşür ki, geyim dizaynerliyi məşğul olmaq istəyir. Bu səbəbdən də, təhsilini ataraq Parisə gedir.
Davamı →

İlk butsların yaradıcısı

Adolf (Adi) Dassler alman sənayeçi və idman geyimləri dünyasında məşhur “Adidas” şirkətinin yaradıcısıdır (1948). Adolf Dassler Bavariyanın kiçik Gerçogenaurah şəhərciyində dünyaya gəlib. Onun anası paltaryuyan, atası isə çörəkçi idi. Birinci dünya müharibəsi başa çatdıqdan sonra Almaniyada vəziyyət elə də yaxşı deyildi və Dassler ailəsi üçün də pis günlər başlayır. 1920-ci ilin əvvəlində Dasslerlər ailə biznesi yaratmaq qərarına gəlirlər. Bu ailə biznesi isə çəkməçilik idi. Adolfun anasının paltar yumaq üçün istifadə etdiyi məkan emalatxanaya çevrilir. Adolf, onun böyük qardaşı Rudolf və atası burada ayaqqabını tikir, bacıları və anası isə kətandan model hazırlayırdılar. Ailənin istehsal etdiyi ilk məhsul yataq çəkmələri olur.

1924-cü ilin iyul ayında ailə artıq “Dassler qardaşlarının ayaqqabı fabriki”-nin əsasını qoymuşdu. Bu fabrikin isə öz növbəsində ailənin üzvləri də daxil olmaqla 12 işçisi var idi. Onlar birlikdə 1 gün ərzində 50 cüt ayaqqabı istehsal edirdilər.
Davamı →

Nina Riccinin uğur tarixçəsi

Mari Adelaida Nieli 1833-cü ildə İtaliyanın şimalında çəkməçi ailəsində dünyaya gəlir. Qızcığazın 5 yaşı olduqda ailə Turinadan Florensiyaya, 12 yaşı olduqda isə Monte-Karloya köçür. Bu köçmələr adi yerdəyişmə arzusundan irəli gəlmirdi. Məşhur və bacarıqlı ayaqqabı ustası Niel qızlarının gələcəyini yaxşı şəkildə təmin etmək üçün daha zəngin müştərilər axtarışında idi. Lakin 1895-ci ildə o dünyasını dəyişir və ailə himayəsiz qalır. 12 yaşlı Mari anasına kömək etmək üçün işləməyə başlayır.

Qısası, o böyüdükdən sonra seçiminə görə peşmanlıq duymadığını deyib. Erkən yaşlarından Mari daim öz parlaq libasları ilə seçilirdi və onları özü tikirdi. Hələ kiçik uşaq olan Marini atelyelərdə şagird olaraq işə götürürdülər. Dərzilik sənətinə yiyələnən Mari Monte-Karloda böyük populyarlıq qazanır.
Davamı →

Yazılı köynəkləriniz üçün kombinlər


Düz, sadə köynəklər nə qədər sevimlimiz olsa da, üzəri yazılı olanlar da bir o qədər, diqqətçəkəndir. Küçə dəbində çox məşhur olan yazılı köynəkləri yay bitmədən qarderobunuza əlavə edə bilərsiniz. Əgər düşünsəniz ki, bu cür köynəkləri necə dəstləşdirək ki, həm də, tərzli görünək, o zaman bizim verdiyimiz məsləhətlər köməyinizə gələr.
Davamı →

Küçə dəbindən öyrənəcəyiniz 5 dəbli məsləhət

Həmişə olduğu kimi, küçə dəbi ilham mənbəyimiz olmağa davam edir. Və bu ilham mənbəyinin arasında bir neçə parça var ki, qarderbomuza mütləq əlavə etməliyik. Elə buna görə də, sizə tərzinizi dəyişəcək və küçə dəbindən ilhamlanacağınız 5 dəbli məsləhətimizi təqdim edirik.

Sneakerlər
Rəngli ya da ki, rəngsiz sneakerlər istənilən geyim tərzinizə rahatlıqla uyğunlaşa bilər. Eyni zamanda da, görünüşünüzə tərz qatacaq yetərli parçadır.
Davamı →

Stiletto

Əslində stiletto yüksək və incə dabanlı ayaqqabıların orjinal adından başqa bir şey ifadə etmir. Stilettonun orjinal adı ilə moda gündəmini zəbt etməsi 1950-ci illərdə zəyifliyin, incəliyin moda dünyasında xüsusi yer tutması ilə baş verdi. İlk stilettonun yaranmasında iki ad önə çıxır – markaya adını verən Roger Viver və Marilyn Monroe, Gloria Swanson və Bette Davis kimi müştərilərə sahib italıyalı ayaqqabı dizayneri Salvatore Ferragamo.

Viver üçün ayaqqabının silueti çox vacib amil idi. Ayaqqabıda ayağa tam oturan xəfif qövs və incə daban seksi görüntü və xüsusi dizaynla yanaşı, incə zövqü də ifadə edirdi.
Davamı →

Çətir dəbi

İndi istifadə etdiyimiz çətirlər müasir formasına düşənə qədər uzun yol qət edib. Təxminən 3500 il bundan əvvəl ilk çətirlər Qədim Misirdə istifadə olunmağa başlayıb. Bu çətirlər Misirin havasına uyğun olaraq, əsasən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdur. Daha sonra e.ə. 11-ci əsrdə Çində ipək və suya davamlı çətirlər istehsal olunmağa başladı ki, bunları da ancaq kübar insanlar istifadə edə bilərdi.

Qədim Yunanıstan və Romada istehsal olunan çətirlər isə öz kübar görünüşü ilə qadınların əvəzolunmaz aksessuarına çevrilmişdi. Elə o dövrdən qadınlar bu əşyanı davamlı istifadə etməyə başladı. Artıq zaman keçdi və Avropada Renesans dövründə, əsasən, Fransa, İtaliya, İngiltərədə kübar, varlı ailələr arasında geniş istifadə edilməyə başladı. Bu dövrdə hələ də çətirlər çətin açılıb-bağlanırdı.

Baxmayaraq ki, ipəkdən və bahalı materiallardan hazırlanırdı. «Böyük kəşflər» dövründə bu lazımlı əşya Cənubi Amerikaya da gedib çıxmışdı. Amma burada qadınlar 18-ci əsrin ortalarında yavaş-yavaş çətirdən istifadə etməyə başladılar.
Davamı →

Dəbdən düşməyən klassik – Espadril

Gündəlik həyatımızın rahat keçməsinə səbəb olan espadrillər yüz illər boyu dəb aləmində öz yerini qoruyub saxlayır. Əvvala dabanlarının həsir ipdən hazırlanması, təbii görüntüsü, bütün geyimlərlə rahatlıqla dəstləşdirə bilmək kimi xüsusiyyətlər espadrili dəb aləminin klassikləri arasında özünəməxsus yer tutmasına səbəb olan amillərdir. Yaz-Yay fəsillərinin “ən”ləri arasında olan bu ayaqqabıların tarixçəsini sizlər üçün araşdırdıq.

Davamı →

Bel çantalarının dəb dünyasına gəlişi


2014-cü ildə “haute couter” dizaynerləri rəsmi olaraq idman ayaqqabılarını donlarla geyinməyə «razılıq verdilər». Bundan sonra demək olar ki, istər mass brendlər, istərsə də lüks brendlər öz kolleksiyalarında idman ayaqqabılarına geniş yer verməyə başladılar. Və indi belə bir hal bel çantalarında da baş verir. Çünki son bir neçə mövsümdür ki, demək olar ki, bütün brendlər öz çanta kolleksiyalarında rahatlıqla “cool” görüntünü özündə birləşdirən bel çantalarına geniş yer verirlər.
Davamı →