Məşhur modelyer Pyer Kardinin həyatını alt-üst edən qeyri adi qadın

Bu əfsanəvi modelyerin adı bu gün bütün dünyada tanınan markadır. Pyer Kardin 500-ə yaxın dəb ixtirasının müəllifidir, onun muzaları ən məşhur və gözəl aktrisalar olub. Bununla belə Kardin heç vaxt gizlətmirdi ki, qadınlar yalnız estetik obyekt olaraq onda maraq oyadır. Modelyerin sözlərinə görə, həyatında “ruhunu alt-üst edən” və yaradıcı təxəyyülü alovlandırmağı bacaran yalnız bir qadın olub.
Bu yazıda oxucuları aktrisa Janna Moro ilə tanış olana qədər qadınlardan uzaq gəzən modelyerin qeyri-adi həyat hekayəsi ilə tanış edirik.

Davamı →

Diorun dəbli sitatları

Bu fransız moda dahisinin adı əbədi olaraq dəb tarixinə öz möhürünü vurub. Christian Dior yaratdığı unikal modellərlə geyim yaradılması prosesini incəsənət səviyyəsinə qaldırmış, dəb sahəsində kiçik inqilab etmiş, qadınlara eleqantlıq bəxş etmiş və dünyaya bir növ tərz vermişdir. Onun dünyaya bəxş etdiyi bu zövqlü tərz bu günə qədər qorunub saxlanıb. Aşağıda bu istedadlı şəxsin daxili dünyasını kəşf etməyə imkan verən ən məşhur sitatlarını təqdim edirik: 
 
Özü haqqında
  • Mən burjuaziya ailəsində doğulmuşam və bununla qürur duyuram. Uşaq vaxtı yaşadığım ev dəhşətli dərəcədə pis vəziyyətdə idi, lakin bu ev haqqında xatirələrim o qədər incə və möhtəşəmdir ki… Mən öz həyatımı və tərzimi həmin evin quruluşuna və formasına borcluyam. Evimiz boz çalarlara sahib açıq çəhrayı rəngə boyanmışdı və mən yeni tendensiyalar yaradan zaman məhz həmin rənglərin uyğunluğundan istifadə edirəm.

Davamı →

Kristian Dior (Christan Dior)

1940-cı illərin sonları və 1950-ci illərin əvvəllərinin ən qüdrətli və nüfuzlu modelyeri Kristian Dior (1905-1957) müharibədən sonrakı illərdə modanın yeni erasını açmaqla yanaşı, həm də adını tarixə modanın tacsız şahı kimi yazdırdı. Dior bu modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaratdı. O, bir neçə məhsulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını qoydu.


Ardı →