Musiqinin insan psixologiyasına və sağlamlığına təsiri

  • Musiqi

Musiqi nəyə qadirdir?
Musiqi terapiyası barədə olduqca geniş məlumatlar var — muğamla, klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur. Qədim dövrlərdən bəri xəstəliklərin müalicəsində də istifadə edilən musiqi, tibbin bir çox sahəsində olduğu kimi, xüsusilə insan psixologiyası üzərində böyük təsirə malikdir.
Musiqi ilə müalicə,


Davamı →

XX əsrin əvvəli-ümumi panorama

  • Musiqi

Fransa musiqisində təşəkkül tapmış impressionizm cərəyanının görkəmli nümayəndələri Klod Debüssi və Moris Ravel öz əsərlərində ətrafdakı həyatdan — təbiətdən, məişətdən aldıqları ilk təəssüratlarını canlandırmağa çalışmışlar (elə cərəyanın adı da «impression», yəni «təəssürat» sözündən irəli gəlir). İtaliya opera sənətində meydana çıxmış verizm üslubu həyatın olduğu kimi — mübaliğəsiz, yaraşıqsız təsviri demək idi. Pyetro Maskanyininin (1865 — 1945) «Kənd na-musu», Rucero Leonkavallonun (1857 — 1919) «Məzhəkəçilər», Cakomo Puççininin (1858 -1924) «Bohema», «Toska», «Turandot», «Madam Batterflyay» əsərləri verizmin parlaq nümunələridir. Bu sırada Puççini musiqisi, Puççini üslubu xüsusi yer tutur. Başqa verist bəstəkarlarla müqayisədə Puççini operalarındakı surətlər daha dolğun və inandırıcı, vokal partiyalar daha zəngin və ifadəli, ümumi dramaturji quruluş isə çoxşaxəli, mürəkkəb xarakter daşıyır.


Ardı →

Rok və Pop musiqisi

Bu anlayışın əhatə etdiyi müxtəlif cərəyanlar musiqinin ümumi məzmunu, üslub cəhətləri, hətta ifaçıların zahiri görünüşü ilə bir-birindən xeyli fərqli olsalar da, onların bünövrəsi, mənşəyi eynidir; hamısı blüzdən gəlir. Bu janr 50-ci illərin ortalarında görkəmli gitaraçılar Bi Bi Kinq, Maddi Uoters və başqalarının səyləri nəticəsində geniş tanınır və rok-n-roll adlı cəld, dinamik musiqi üslubunun yaranmasına təkan verir. Rok-n-roll üslubuna o dövrün istedadlı musiqiçiləri Çak Berri, Litl Riçard və nəhayət, əfsanəvi Elvis Presli geniş şöhrət qazandırırlar. Rok-n-rolla müraciət etmiş ilk ağ ifaçı, «rok-n-roll kralı» Elvis Presli bu musiqinin ecazkar daxili enerjisini duyub, onu öz heyranedici kompozisiyalarında məharətlə əks etdirmişdir.


Ardı →

Yüksək səslə musiqi dinləmə eşitmə itkisinə səbəb olur

Qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmənin eşitmə itkisinə səbəb olduğu təyin olundu. Prof. İrfan Papila, «Yüksək səs, iç qulağa ziyan verərək gəncləri kar edir» deyərək gəncləri xəbərdar etdi.
Texnologiyanın inkişafıyla həyatımıza girən mp3 çalan cib telefonları və walkmanlar, bir çox sağlamlıq problemini də özü ilə gətirdi. Qulağın içinə taxılan qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmək, eşitmə itkisinə səbəb olur.

Prof. Dr. İrfan Papila, «Cib telefonu və walkman kimi vasitələrin səsini sonuna qədər açdığınızda, yüksək səsi qulaq kanalından içəri vermiş olarsınız. Bu vəziyyət iç qulağa ziyan verir» dedi. Səs-küyə bağlı eşitmə itkinlərinə ‘akustik zədə' deyildiyini ifadə edən Prof. Papila, bu vərdişin qulaq zingildəməsi, yuxu pozuqluqları, narahatlıq və yüksək təzyiq kimi narahatlıqları da özü ilə gətirdiyini söylədi.

İnsanların gündəlik həyatda davamlı səs-küyə məruz qaldığını yazan Papila, 80 desibeldən daha çox səsə məruz qalmanın qulağa zərər verə biləcəyini ifadə etdi. Papila, sözlərini bu şəkildə davam etdirdi: «Pıçıltı 30, normal danışma 60, yol və avtomobillər 80, walkman və cib telefonlarının səs çıxışları 60-120 desibel olduğu bilinir. Bununla birlikdə şimşək 120, tüfəng 140 desibeldir. Bu nisbətlərə baxdığımızda insan qulağının davamlı səs-küyə məruz qaldığını söyləyə bilərik. Buna görə qulaqlarımızı səs-küydən uzaq tutmaq lazımdır.»

Qulaqların, səs-küydən qorunması lazım olduğunu yazan Papila, səsi çölə verən və qulağın içinə girməyən qulaqlıqların istifadə edilməsini tövsiyə etdi. Papila, «Eşidə biləcəyinizindən artıq yüksək səslə musiqi dinləmənin qulağa zərər verdiyini unutmayın. Qəflətən səs-küylə qarşılaşdınızsa, qulaqlarınızı əllərinizlə qorumağa çalışın. Uzun müddət cib telefonu və qulaqlıq istifadə etməkdən qaçının» məsləhətini gördü...


Davamı →

Caz musiqisi

XIX əsrin sonunda ABŞ-ın Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır.


Ardı →