AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 3-cü Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)

 

Feysbukda 5 iyul tarixində paylaşdığımız “Ölkəmizdə nələr baş verməkdədir və ən əsası, nələr baş verə bilər?” sərlövhəli məqalədə, bir sıra proqnozlar vermişdik. İlk növbədə, hakimiyyətin, karantini mümkün qədər uzatmağa meyilli olduğunu və qapanmaların azı gələn ilə qədər davam edəcəyini söyləmişdik. Bu gün etibarilə, məktəblərin açılması ilə bağlı Təhsil Nazirinin açıqladığı bir qərar, mövzubəhsi olsa da, bu, heç də birmənalı deyil və məktəblərin bir daha bağlanmayacağı mənasını daşımır. Unutmayaq ki, sərtləşmə qərarlarını açıqlayan, məhz “Operativ Qərargah”dır və “pis polis” rolunda da məhz bu qurumdur. Onu da unutmayaq ki, zatən, karantin, indiyəqədər bir neçə dəfə sərtləşmə-yumşalma dövrünü yaşayıbdır və xüsusən də havaların soyuması ilə virus təhlükəsinin nisbi olaraq artması nəticəsində, bizi, qarşıda yeni qapanma dalğasının gözləmədiyini söyləmək mümkün deyil və bu, elə oktyabrda da baş verə bilər.


Davamı →

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 2-ci Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)
 
 
Öncələr, gündəmin balansını dəyişən və cəmiyyətdə müəyyən müsbət reaksiyaya səbəb olan “məmur ovu” taktikası, zamanla, xüsusən də koronavirus olayı ilə birlikdə durğunluğa girdi və pandemiyanın diqtə etdiyi şərtlər, yeni psixoloji-ictimai-siyasi atmosfer yaratdı. Əvvəlcə, ilk dəfə qarşılaşdığı pandemiya olayına nə cür reaksiya verəcəyini bilməyən və qapanma addımlarının, insanlarda, özü üçün təhlükəli bildiyi neqativ ruhiyyəni gücləndirə biləcəyini düşünən hökümət, karantin elan olunması çağırışlarına ehtiyyatlı və məsafəli yanaşdısa da, daha sonra bu olayın, əslində bir avantaj ola biləcəyini, görünür düşündüyü üçün; zamanla, tamamilə fərqli bir pandemiya strategiyası izləməyə başladı. Və hökümətin və “operativ qərargah”ın verdiyi qərarların bəzən, hətta orta məktəbli məntiqinə zidd olması, zatən karantinin qısnamalarından bezginliyin və hakimiyyətdən ciddi narazılığın olduğu bir şəraitdə, passiv narazılığı daha da artırdı. Kəskin karantin və qapanma tədbirlərinin,

Davamı →

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 1-ci Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)
 
 
Əvvəla, bunu qeyd etməliyəm ki, bəndəniz, heç də politoloq, siyasətçi və ya hətta sosioloq da deyil. Sadəcə olaraq bir alim və ya filosof olaraq, siyasi durum və gələcək perspektivi ilə bağlı öz fikirlərimi qələmə almaq qərarına gəldim. Düşünürəm ki, ümumiyyətlə siyasəti, sahəsindən asılı olmayaraq hər bir alim, yetərincə anlamalı və bu barədə düşünməlidir.

Beləliklə, başlayaq.

Hər kəsin səbrsizliklə cavabını maraq etdiyi sual budur: Ölkəmizdə mövcud vəziyyət, davammı edəcək, yoxsa kəskin dəyişiklərmi baş verəcək? Ümumiyyətlə, hazırda nə baş verir və son vaxtlar baş verən qeyri-adi hadisələr nə anlama gəlir?


Davamı →

Ruslan Mollayev "Çobanyastığı" qısa hekayə

          Dəqiq xatırlayıram: qatar tələsmədən kəndimizə yaxınlaşırdı. Arabir yol boyu şaxələnən ağacların kölgəsi üzümüzə düşürdü. Baxanda adama elə gəlirdi, sanki günəş üzümüzə düşən qara ləkələri silir. Bu dəfə pəncərədən sevinc hissi ilə baxırdıq, çünki müharibədən xilas olmuşduq! Əkin sahəsində ətəklərini qatlamış qızlar bizi görüb əl elədilər. Onların içində özümüzlə gətirə bilmədiyimiz əsgərlərin sevgililəri də vardı. Bunu başlarını qaldırmadan işlərinə davam etmələrindən bildik.
— Uşaqlar! — deyib, digər əsgərləri də çağıraraq bütün nəfəslikləri açdıq: şehlənmiş gül qoxusu, sərin külək qarışıq, vaqonlara doldu...

03.05.2020





Davamı →

Yazıçı və müharibə | Ernest Heminquey

Yazıçının vəzifəsi dəyişilməzdir. Zaman ötdükcə yazıçı özü dəyişilsə də, onun vəzifəsi dəyişilməz qalır. Bu vəzifə doğru-düzgün yazmaqdan, heç vaxt həqiqəti inkar etməməkdən, həyat təcrübəsinə istinad edərək hadisələri reallıqlarla sərgiləməkdən və beləcə oxucu qəlbinə yol tapmaqdan ibarətdir.
 
Bundan çətin və mürəkkəb heç nə yoxdur. Mükafat, uğur və nailiyyət gec və ya tez gəlməsindən asılı olmayaraq yazıçını onun yolunu gözləməyə məcbur edir. Tez gələn mükafat isə çox hallarda yazıçının məhvinə səbəb olur. Əgər o özünü uzun müddət gözləməyə təhrik edirsə, nəticə etibarı ilə yazıçı narahat bir ömür yaşamağa məhkum edilir. Bəzi hallarda isə mükafat yazıçının ölümündən sonra gəlib yetişir. Bundan isə mərhum ədib üçün heç bir fayda olmur. Elə məhz buna görə də həqiqi, uzun ömürlü əsərlər yazıb ərsəyə gətirmək çox çətin işdir. Əsl yaxşı yazıçı əvvəl-axır öz layiqli qiymətini almaqla ədəbiyyat aləmində tanınacaq. Romantiklər isə bu qənaətdədirlər ki, dünyada “naməlum sənətkarlar” var.
Davamı →

Körpə qoxusu

 

 Döyüş meydanındakı kimsəsiz bir evə girdi

Qəlbi nifrətlə dolu, hirsli Azəri əsgəri.

Ətrafına göz gəzdirdi,

            Gördü küncdəki beşiyi...

Başqa heç kimsə yox idi,

                        uçuq daxma bomboş idi.

Mərmilərin gurultusu,

             güllə-boran səsindən

                        Əsgər sanki sərxoş idi.


Ardı →

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ


 – Müharibə haqda nə düşünürsüz?
 -Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir.

 – Axı insanlar bir-birini öldürür, burda vacib olan nədir?
– Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedir. Bu, tamam başqa məsələdir. Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var.

 – İnsanlıq müharibəni sevir?
– Bəs necə? Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir.


Ardı →