Birlik | Satirik hekayə

“Ay kişi, sür gedək də! Öldük ki… Nəyi gözləyirsən? Camaat evə gecikir axı!” deyə bir səs məni Remarkdan ayırdı. Romanın şirin yerində kitabı bağlayıb tər və kir qoxulu adamlarla qaynayan avtobusun içində güclə də olsa arxaya çevrilməyi bacardım.

Bu giperpola mənbəyi adamın 23,25 yaşı olardı, çox əsəbi görünürdü. Əslində avtobusda əsəbi görünməyən adam yox idi və mən bu əsəbi adamların əsəbi baxışlarına özüm də bilmədən tədricən çoxdan alışmışdım. Bu əsəbi adamalrı hər gün işə gedəndə küçədə, avtobusda, metroda və hətta işdə də görürdüm. Hər gün! Axşam evə qayıdanda isə hər şey tərsinə olurdu...metro, avtobus, küçə, əsəbi baxışlar.

Təkcə evdən bayıra çıxmadığım günlərdə bu əsəbi baxışlardan gizlənə bilirdim.  Evimin divarları məni və ailəmi xroniki əsəb daşıyıcılarından qoruyurdu. Nə yaxşı ki, evimizin divarları var. Əslində hərdən qorxurdum ki, bu əsəbi adamların, aqressiyası, paxıllığı divarları da dəlib keçər, yuvama, ocağıma təcavüz edər.


Ardı →

Sərnişin nəqliyyatı niyə əsəbi atmosfer yaradır?

Məşhur teatrşünas Stanislavskinin  belə bir  fikri var:  «Teatrda mədəniyyət  qarderobdan başlayır». İnsanın   gün ərzində  rastlaşdığı   hər hansı  ilk xoş münasibət  onda  yaxşı ovqat  yaradır  və yaxud əksinə.  Bəlkə də  şəhərmizin  də mədəni həyatı  elə nəqliyyatdan start götürür desək,  yanılmarıq.  İctimai nəqliyyatdan  istifadə edən  insanlar mənim  fikirlərimi    təsdiqləyər.  Paytaxtımızda  sərnişindaşımada istifadə olunan   bəzi avtobuslarda  total  mədəniyyətsizlik baş alıb gedir.  Sürücünün  davranışı,   acgözlüyü    əsəbi atmosfer  yaradır.  Bu   ağrılı məsələ  haqqında   dəfələrlə  yazılıb,  fikirlər  səslənib. Düzdür,  nəqliyyatda  bəzi müsbət məqamlar qeyd olunmalıdır.  Dövlət vəsaiti hesabına   bir sıra  iritutumlu  avtobuslar  xaricdən  gətirilərək  istifadəyə buraxılıb,   magistral  yollarda inşaat   işləri  aparılır.  Avtomobillər xəttdə olarkən nəzarəti gücləndirmək məqsədilə  yol kənarlarında müxtəlif  qurğular quraşdırılıb.
Ardı →

Hava nəqliyyatı

İnsanın hava şarında ilk uçuşu Parisdə 1783 – cü ildə olmuşdur. Jan Fransua Pilar de Rozye və Markiz de Arlantes birlikdə Monqolfye qardaşlarının hazırladıqları isti hava ilə doldurulmuş hava şarnda 8 km uçmuşdular. Hava şarı ağac yandırılması ilə qızdırılır və idarə oluna bilmirdi, yəni küləkdən asılı olaraq hərəkət edirdi.

Buxar mühərrikli havadan yüngül idarə olunan ilk aparat fransız Qifford tərəfindən 1852 – ci ildə havaya qalxdı və 24 km uçdu.

1884 – cüildə ilk tam idarə olunan uçuş elektrik mühərrikli fransız hərbi dirijablı La Franse – da Şarl Renar və Artur Krebs tərəfindən həyata keçirildi. Uzunluğu 52 m, həcmi 1900 m3, mühərrikinin gücü 8,5 a.q. olan dirijabl 23 dəq. ərzində 8 km msafəqət etdi.
Ardı →

Azərbaycanda nəqliyyat və iqtisadi əlaqələr

Azərbaycanda müasir nəqliyyatın bütün sahələri mövcuddur. Bura dəmir yolu, su, avtomobil, hava və boru-kəməri nəqliyyatları daxildir. Nəqliyyat kompleksi yük və sərnişin daşımalarında böyük rol oynayır. Yüklər bütün nəqliyyat növləri ilə, sərnişin daşımaları isə dəmir yolu, su, hava və avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Azərbaycanda çay nəqliyyatının rolu çox azdır. Kür çayının mənsəbindən Yevlax şəhərinə qədər kiçik çay gəmiləri yerli əhəmiyyətli yüklər daşıyır.


Ardı →