3. Nisbi üstünlük və ticarət

Nisbi üstünlük və ticarət (COMPARATIVE ADVANTAGE AND TRADE)
Alternativ  xərclərdə və nisbi üstünlüklərdə fərqlər ticarətin gətirdiyi gəlirləri müəyyən edir. Hər bir fərd nisbi üstünlüyü olan istehsalda ixtisas­laşanda buraxılışın ümumi həcmi yüksəlir, iqtisadi «piroqun» həcminin yüksəl­məsi cəmiyyətin bütün üzvlərinin həyat səviyyəsini yüksəltməyə imkan verir. Başqa sözlə, iki insanın əldən verilmiş imkanlarının xərcləri fərqli olduqda, malların mübadiləsi hər ikisinə sərfəlidir, çünki hər biri malı onun bu məhsula dair alternativ xərclərindən aşağı qiymətə əldə edir.
Təklif olunan sövdələşməni fermerin nəzər-nöqtəsindən seyr edək. Fermer  1 kq kartof əvəzinə 3 kq ət əldə edir. Digər sözlərlə, o, ətin hər bir kiloqramını 1/3 kq ətin qiymətinə əldə edir. Beləliklə, sövdələşmə, fermerə sərfəlidir, çünki o, əti yaxşı qiymətə alır.


Ardı →

3. Təsərrüfat imkanları

Təsərrüfat imkanları (PRODUCTION POSSIBILITIES)
Təsəvvür edək ki, fermer və ranço sahibi həftədə 40 saat işləyir və vaxtını kartofun becərdilməsinə, heyvanların bəslənməsinə və ya bu işləri birləşdirərək keçirir. Bizim qəhrəmanlarımız üçün hər bir məhsulun istehsalı üçün lazım olan vaxt 3.1. cədvəlində göstərilib. Fermer  1 kq kartofu 10 saata 1 kq əti isə 20 saata istehsal edə bilər. Istehsalat gücü hər iki halda yüksək olan ranço sahibində 1 kq kartofun istehsalına 8 saat sərf olunur, 1 kq ətin istehsalına isə 1 saat vaxt sərf olunur.
Ardı →