İosif Brodski

Rus şairi və esse ustası İosif Brodski (1940-1996) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun milliyyətcə yəhudi olan valideynləri bir neçə dil bilən ziyalı insanlar olmuşlar.

1947-ci ildə orta məktəbin 1-ci sinfinə gedən Brodski sonra bir neçə məktəb dəyişir. Dördüncü sinfi bitərən İosifə sinif rəhbəri belə bir məzmunda xasiyyətnamə verir: «Bu uşaq xarakterinə görə inadkar, sarsılmaz, həm də tənbəldir. Yazılı ev tapşırıqlarını ya çox pis yerinə yetirir, ya da ümumiyyətlə yerinə yetirmir.

Dəftəri dərsə aidiyyatı olmayan qeydlər və rəsmlərlə doludur. Bunlara baxmayaraq, qabiliyyətlidir, əlaçı da ola bilər, lakin cəhd göstərmir». Yeddinci sinfi bir neçə «iki» ilə «başa vuran» gələcəyin şairi təhsilini axşam məktbinə dəyişir və azad dinləyici kimi universitet mühazirələrində iştirak edir. Sonda o, sərbəst mütaliə hesabına geniş erudisiyalı bir şəxsə çevrilir. Qısa bir vaxtda ingilis və polyak dillərini dərindən mənimsəyir, latın, italyan və fransız dilində mətnləri çətinlik çəkmədən oxuyur.
Davamı →

Tim Parks | Nobelin qüsuru nədədir?

İsveçli şair Tomas Transtörmer Nobel mükafatını qazandı. İnternetdəki bir neçə uzun şeirindən başqa Tranströmerdən heç nə oxumamışam, amma düşünürəm ki, onun qalib olması hər cəhətdən çox yaxşı seçimdir. Əvvəla Nobel jürisi baxımından. Açıqlayım.

Jürinin on səkkiz üzvü var, bunlar İsveç Akademiyası adlanan, XIX əsrin axırlarından Nobel mükafatını vermək üçün seçilmiş bir qurumun nümayəndələridir. Əvvəllər qurumun iki üzvü demişdilər ki, bu öhdəliyi öz üzərlərinə götürməkləri doğru deyil. Qurumun 1786-ci il tarixli yaranma sənədində Akademiyanın məqsədi belə ifadə olunmuşdu: “İsveç dilinin saflığını, gücünü və ucalığını dəstəkləmək.” Dünyanın hər hansı bir yerindən ən dəyərli, “idealist yönümlü” əsərləri seçmək bu məqsədlə uyuşurdumu?
Davamı →

Murakami İşiqurodan yazır

Bəzi yazıçılar var ki, yeni romanları çıxan kimi məni bir nüsxəsini almaq üçün o saat kitab evinə dartır; sonra o ərəfədə nəyi oxuyuramsa, onu bir yana atıb həmin əsəri oxumağa girişirəm. Bu günlərdə çox az yazıçı mənə bu cür təsir edir. Kazuo İşiquro onlardan biridir.

Məncə, İşiquronun ən gözə çarpan xüsusiyyəti bütün əsərlərinin fərqli olmasıdır; hər romanı fərqli formada qurulub və fərqli yönlərə işarə edir. Struktur və üslub baxımından hər biri açıq şəkilədə digərindən fərqli olmaq üçün yazılıb. Yenə də hər biri açıq şəkildə İşiquronun damğasını daşıyır, buna baxmayaraq, hər biri öz içində mikro-kosmosları olan bənzərsiz dünyalardır.
Davamı →

İvan Bunin

İvan Bunin 1870-ci ildə Voronejdə, zadəgan nəslində anadan olubdur. Onun mənsub olduğu nəslin Rusiyanın ictimai və mədəni həyatında rolu böyük olmuşdur. Bu nəsildən dövlət xadimləri, hərbçilər, şairlər, yazıçılar çıxmışdır. Məsələn, onlardan biri Vasili Jukovski olmuşdur. Vasili Jukovski İvan Buninin ulu babasının qeyri-qanuni oğlu olmuşdur.

Belə ki, İvan Buninin ulu babasının əsir türk qızı Səlimə ilə olan münasibətindən Vasili Jukovski anadan olmuşdur. Vasili Jukovski XIX əsr rus ədəbiyyatının inkişafında xidmətləri olan yaradıcı insanlara mənəvi cəhətdən qayğı, diqqət göstərmiş, onlara mənəvi dayaq olmuşdur. Məsələn, Puşkin, Lermontov, Nekrasov və digərləri bu mənəvi dayağı görənlər içərisində olmuşdur.

İvan Alekseyeviç Buninin həyatının üç ili anadan olduğu Voronejdə keçmişdir. Sonra onun atası Orlov quberniyasının Yelits əyalətinə gəlmişdir. Və burada Butırkı xutorunda yaşamışdır. İvan Buninin uşaqlıq illəri burada keçmişdir.

İvan Alekseyeviç Buninin ilk müəllimi Nikolay Romaşkov olmuşdur. Nikolay Romaşkov Buninin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Nikolay Romaşkov Moskvada Lazarev adına Şərq Dilləri İnstitutunu bitirmişdir.
Davamı →

Nobeldən kim, niyə imtina edib

İlk Nobel imtinaçısı Lev Tolstyodan sonra keçən 110 ildə ona yaxın adam bu nüfuzlu mükafatdan imtina edib.

1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi. Ancaq Tolstoy bu cür addım atmış yeganə adam deyil. Sonradan nobel imtinaçılarına Jan Pol Sartre, Boris Pasternak və başqa tanınmış simalar da qoşuldular.

Lev Tolstoy öz davranışı ilə bir nümunə yaratdı. Yeni yaranmasına baxmayaraq (o zaman nobel mükafatı cəmi beş iş il idi yaranmışdı), prestiji olan bu mükafatdan heç kim imtan etməzdi. Rus yazıçısının qeyri-adi addımından sonra isə xüsusi termin olan: “Nobel imtinaçısı” yarandı. Ondan bəri keçən 110 il ərzində belə “üsyankarların” sayı 10-u keçməyib.
Davamı →