Orfoqrafiya prinsipləri
Müasir türk dili orfoqrafiyasının əsasını müasir Azərbaycan yazısında olduğu kimi, üç prinsip təşkil edir: fonetik prinsip, morfoloji prinsip, tarixi-ənənəvi prinsip.
Hər iki dilin orfoqrafiyasının əsas prinsipi fonetik prinsipdir. Bu prinsipə görə dildəki hər bir səsin yazıda yalnız bir işarəsi — hərfi olur və sözlər, əsas etibarilə, eşidildiyi kimi də yazılır.
kapı, baba, okul, uçak, gelin, bilmek, biz, almak, doğal (təbii), çiçek, ölüm, yaşam
Hər iki dildə bir sıra sözlər morfoloji prinsipə əsasən yazılır, yəni hər hansı bir sözün tələffüz müxtəlifliyinə baxmayaraq, ədəbi dildə həmin sözün yazılışı bir cür qəbul edilmişdir.
qardaş, kardaş, kardeş.
şindi, şinci, şimdi.
eyi, iyi.
Ardı
- ?
- 06 may 2012, 11:30
- Ferro
- şərh əlavə et
Orfoepiya və orfoqrafiya qaydaları
- İkinci hecasındakı saiti “u”, bəzən də “ü” ilə deyilən sözlər “i” ilə yazılır.Məs:münbit, ümid, münsif, müdir, mühit, müflis, müdhiş. İstisna: üfüq, mühüm.
- Qandax, Muxax, Qazax, Samux, Yevlax sözlərinə saitlə başlanan şəkilçi qoşulduqda sondakı x samiti ğ samiti ilə əvəz olunmur. Lakin tələffüz zamanı ğ kimi tələffüz oluna bilər: Qazax [Qazağ]
- O saitli alınma sözlər a və o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik və s.
Ardı
- ?
- 12 aprel 2011, 23:21
- luminat
- şərh əlavə et
Azərbaycan dilini söymək
Bunu anlamak ücün yazını sona qədər oxumak lazım
Günlərdir TV-lərdə Flora Kərimova-Tahirə, Vasif Məhərrəmli-Vüqar, Elza Seyidcahan, Nusabə Ələsgərli, Nadir Qafarzadə və baskalarının mediya ile savası barədə süjetlər efirə gedir. Bir sozlə bir zamanlar barəsində bir cümlə yazilması ücün qəzetlərə az qala minətci salan bəzi sənət adamları Tv-lərə ayaq acandan sonra cönüb olublar bir qəzetci düşməni. Əslində fikrimcə onlar düz edirlər. Axı qəzetcilərdədir günah. Adama deyərlər ki, bu kəndini bəyənmis nüsabələri, elzaları, nadirləri, natavanaları, nə bilim kimləri bu millətə sırıyanda bilmirdiniz ki, belə olacaq. Nə isə bu məsələnində üzərində cox dayanmaq istəmirəm. Cünku, efirimizdən evimizə gündə yüzlərlə tör-töküntü girir. Bizdə istəməyərəkdən onların sərsəmləməsinə qulaq asmak məcburiyyətində qalırık. Mən bu müğəniciklərdən deyil, sözün əsil mənasında sənətkar saydıqım, səsi və səxsiyyəti qarsısında daim sayqıyla dayandıqım, evində cörək kəsdiyim Xalq artisti Flora Xanım barədə yazacam. Yəni digər özünü sənətkar adlandıran sənətkarcıklardan fərkli olaraq dühi saydıqım FLORA xanima etirazımı edəcəm.
Ardı
Artıq "uje" demirəm!
Savadsızlıq baş alıb gedir. Buna sübut lazım deyil, elə, küçələr, divarlar, pəncərələr bundan bar-bar bağırır. Maariflənmə mütləqdir, mütləq. Yoxsa dilimizin aqibəti necə olacaq bilmirəm. Özü də çoxlarımız buna öyrəşirik, çoxlarımızı qınamalı deyil, çünki, evdə belə eşidirik və belə də danışırıq, bu da ondan irəli gəlir ki, Azərbaycan Sovetin tərkibində olub və bu da insanlara dil baxımından az təsir etməyib. Bunun nəticəsini də müxtəlif qüsurlara məruz qalaraq dilimiz çəkir. Amma, bunu düzəltmək, dilimizdə olan bu xəstəliyi sağaltmaq bizim əlimizdədir. Lakin, çoxlarımız üçün təəssüf bu önəm daşımır və bu xəstə dil zamanla axı ölə də bilər.
Ardı
düzgün yazı və tələffüz qaydaları
Birincisi, ь və ъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn: шью yerinə шју (bəzən dəшију), съел əvəzinə sel və ya, siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında ь və hansında ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün, подъезд sözünü подезд, подијезд kimi yazırlar.
Ardı
- +3
- 03 aprel 2010, 10:05
- 2ral
- şərh əlavə et
