Müqayisə: insan bədəni robot olsaydı?

Həyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı “robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allahın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Bədənin içindəki sistemlərin bu nizamını və bütün üstün sistemləri yaradan göylərin, yerin və bunların arasındakıların hakimi olan uca Allahdır.

Beyin/komüter
Sinir hüceyrələrinin hər biri məlumat ötürülməsi üçün xüsusi vahidlərdən təşkil olunub. Beyin təkmil kompyuterdəki mikroprosessorun məlumat ötürməsini təmin edən 4.5 milyon tranzistorun işini təkbaşına görə bilir. Bu rəqəm beyində elektrik mübadiləsi aparan 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə çox kiçikdir. Üstəlik, beyin dad və qoxu impulslarını qavraya bilir, lakin bunu edən qurğu hələ mövcud deyil.


Ardı →